2001
29.01.2001 | Məhkəmənin üçüncü iclası oldu Fəthullah Gülənə “Dünyəvi dövlət quruluşunu dəyişdirərək yerinə şəriət dövləti qurmaq məqsədilə qeyri-qanuni təşkilat qurub bu məqsəd istiqamətində fəaliyyət gördüyü” iddiası ilə 10 ilə qədər ağır həbs cəzası verilməsini tələb edən məhkəmə davam etdi. |
05.02.2001 | M. Esad Coşan xoca əfəndinin vəfatı ilə əlaqəli bir təziyə ismarıcı dərc etdirdi |
24.03.2001 | "Hocanın okulları" kitabı ilə əlaqədar istintaq
nəticəsində Fəthullah Gülənə təzminat ödənməsinə qərar verildi Ankara DTM-də Fəthullah Gülən haqqında istintaqda dəlil olaraq istifadə edilən "Hocanın okulları" adlı kitabın müəllif və naşirləri məhkum oldu. Məhkəmə kitabın müəllifi İsmayıl Özdəmir, Fərhad Özkan ilə ÇEV (Çağdaş Eyitim Vəqfi) sədri Gülsevən Yaşeri faizi ilə birlikdə toplam 1,5 milyard lirə təzminat ödəməyə məhkum etdi. |
28.03.2001 | Məhkəmənin dördüncü iclası oldu |
26.04.2001 | Amerikada Corctaun Universitetində bir konfrans
təşkil edildi Corctaun Universitetində Fəthullah Gülən və onun fəaliyyətləri haqqında geniş iştirakçı kütləsinin qatıldığı bir konfrans təşkil edildi. İki gün davam edən konfransa dünyanın müxtəlif universitetlərindən elm xadimləri qatıldı. |
27.04.2001 | Üstün xidmət mükafatına layiq görüldü TYB-nin bu ilki üstün xidmət mükafatlarını təhsil və mədəniyyət sahəsində göstərdiyi xidmətlərinə görə Fəthullah Gülənə, xalq mədəniyyətinə xidmətinə görə Aşıq Yaşar Reyhaniyə və idman tarixi tədqiqatına görə Atıf Kahramana verildi. Ölkə xaricində müalicə olduğuna görə marasimdə iştirak edə bilməyən Fəthullah Gülənin mükafatını “Qazetəçilər və Yazarlar Vəqfi” sədri Harun Tokak aldı. Üstün xidmət mükafatını TYB Qurucu sədri Mehmet Doğanın əlindən alan Tokak Gülənin adının Türk mədəniyyətinə xidmət etmiş insanlar arasında olmasından son dərəcə məmnun olduğunu dedi. |
21.05.2001 | Məhkəmənin beşinci iclası oldu Ankara 2 nömrəli Dövlət Təhlükəsizlik Məhkəməsində aparılan Fəthullah Gülən istintaqının beşinci iclası 21 may bazar ertəsi günü keçirildi. |
16.07.2001 | Məhkəmənin altıncı iclası oldu Ankara 2 nömrəli Dövlət Təhlükəsizlik Məhkəməsində aparılan Fəthullah Gülən istintaqının altıncı iclası 16 iyul bazar ertəsi günü keçirildi. |
12.09.2001 | ABŞ-dakı 11 sentaybr 2001-ci il tarixli terror təcavüzü ilə əlaqəli ismarıc dərc etdirdi |
17.09.2001 | Məhkəmənin yeddinci iclası keçirildi Ankara 2 nömrəli Dövlət Təhlükəsizlik Məhkəməsində aparılan Fəthullah Gülən istintaqının yeddinci ilcası 17 sentyabr bazar ertəsi günü keçirildi. |
06.11.2001 | Davam edən məhkəmə üçün ABŞ məhkəmə orqanlarına
ifadə verdi Türkiyə ilə ABŞ arasındakı “Qarşılıqlı yardım və təhvil vermə müqaviləsi” əsasında bir Amerikalı prokuror 6 noyabr saat 10.40da Fəthullah Güləndən ifadə aldı. |
12.11.2001 | Məhkəmənin səkkizinci iclası keçirildi Ankara 2 nömrəli Dövlət Təhlükəsizlik Məhkəməsində aparılan Fəthullah Gülən istintaqının səkkizinci iclası 12 noyabr bazar ertəsi günü keçirildi. |
28.11.2001 | “Qazetəçilər və Yazarlar Vəqfi”nin verdiyi iftara tolerantlıq və dialoq mövzulu ismarıc göndərdi |
01.12.2001 | “Kırık testi” söhbətləri yayımlanmağa başladı Fəthullah Gülən 21 mart 1999-cı ildə ABŞ-a getdikdən sonra imkan daxilində söhbətlərini davam etdirdi. Xoca əfəndinin ABŞ-da elədiyi söhbətləri ilk dəfə www.herkul.org saytında “Kırık testi” adlı səhifədə 1 dekabr 2001-ci il tarixində yayımlanmağa başladı. |
21.12.2001 | Cem Karacanın toy mərasiminə təbrik ismarıcı göndərdi |
26.12.2001 | Məhkəmənin doqquzuncu ilcası keçirildi Ankara 2 nömrəli Dövlət Təhlükəsizlik Məhkəməsində aparılan Fəthullah Gülən istintaqının doqquzuncu iclası 26 dekabr çərşənbə günü keçirildi. |
- tarixində yaradılmışdır.