Qozadan Kəpənəyə

Xoca Əfəndinin fikir öndərliyini etdiyi xidmətlər Türkiyənin sərhədlərini aşaraq bütün dünyaya yayılmağa başlayanda, onu və gördüyü işləri gözü götürməyənlər, onun haqqında əsassız iddialar irəli sürməyə başlayırlar. O dövrdə bir çox insan Xoca Əfəndini yaxından tanısa da, onu tanımayanlar da az deyildi.

Xoca Əfəndi isə görülən işlərin hər kəsi əhatə etməsini istəyirdi. Çünki bu xidmətləri həyata keçirən Anadolu insanı idi və hər bir Anadolu insanının bu gözəllikləri görməsinin və onlara könül verməsinin vacibliyinə inanır. O, görülən bu işlərdən özünə zərrə qədər olsun pay ayırmamışdı və görülən bu işləri tamamilə onun əsəri kimi görənlərə:

- Yaradana qarşı böyük bir hörmətsizlik, bu xidmətlərdə tər tökmüş insanlara qarşı haqsızlıq, müqəddəs amala qarşı da xəyanət olar -deyərək özünü yox, Allahın lütfünü və zəhmət çəkən insanları ön plana çəkirdi.

1994-cü ildə "Jurnalistlər və Yazıçılar" (Qazeteciler və Yazarlar) vəqfi qurulur. Xoca Əfəndi bu vəqfin fəxri sədri olur.

"Jurnalistlər və Yazıçılar" Vəqfi, bütün ictimai təbəqələrin nümayəndələrini bir yerə yığacaq insanları düşmənçilik içərisində deyil, dostluq və sülh içərisində yaşamasına səy göstərir. Bu məqsədlə bir çox tədbirlər həyata keçirilir. Bu tədbirlərdə bir çox, ziyalı, sənətkar din xadimləri və dövlət iməmurları iştirak edir. Bu insanların əksəriyəti tədbirlərdə Xoca Əfəndi ilə yaxından tanış olmaq imkanı əldə edir, bir çoxu isə onu, ümumiyyətlə, ilk dəfə görürlər. Demək olar ki, hamısı da Xoca Əfəndi ilə görüşdükdən sonra, onun haqqındaki təssüratlarınız necədir sualına:

- Dərin elmli, son dərəcə təvazökar, fərqli düşüncəli, Türkiyəyə sonsuz sevgisi olan bir insandır, -şəklində cavab vermişlər.

Xoca Əfəndi, hər kəsin görməyə adət etdiyi adi bir məd­rəsə müəllimi deyil. Belə ki, o din alimi olmaqla yanaşı, digər bir çox sahələri də dərindən tədqiq etmiş və elminin dairəsini çox genişləndirmişdir. Ədəbiyyatdan incəsənətə, fəlsəfədən psixologiyaya, tarixdən sosiologiyaya qədər bir çox elm sahəsində geniş məlumata malikdir. Həm türk, həm də qərb ədəbiyyatının və fəlsəfəsinin bütün dövrlərini və təmsilçilərini oxumuşdu. Onun bir ədəbiyyatçı və ya filosofla rahatlıqla fikir mübadiləsi apardığı və illərlə bu sahədə tədqiqat aparan bir insanla eyni biliyə sahib olduğu müşahidə edilir. Bu səbəbdən, onunla həmsöhbət olan ziyalılar, elm adamları və sənətkarlar onun elminə heyranlıq duyduqlarını ifadə etmişlər. Ancaq o, təvazökarlığından heç bir zaman bu sahələrdə söz sahibi olduğunu iddia etməmiş və daima ünsiyyətdə olduğu insanlara:

- Siz daha yaxşı bilirsiniz, -deyərək ehtiram göstərmişdir.

Lakin onun bu təvazökarlığı sahib olduğu böyük elmi potensialı və əxlaq səviyyəsini kölgədə qoymamış, əksinə ona olan hörmət və ehtiramı daha da artırmışdır.

Xoca Əfəndini fərləndirən cəhətlərdən biri də , onun insanlara qarşı olan böyük hörməti idi. O illərdə bir çox dövlət xadimi ilə görüşmüşdü. Bu dövlət adamlarından biri də o dövrün baş naziri Bülənt Ecevit idi. Bülənt Ecevitdən:

- Fəthullah Gülən Xoca Əfəndi sizinlə tanış olmaq və üz-üzə görüşmək istəyir. Mümkündürmü? -deyə soruşanda o:

- Əlbəttə, İzmirə gələndə görüşərik, -deyərək təklifi qəbul edir.

Bülənt Ecevitin bu cavabı Xoca Əfəndiyə çatır o:

- Tərbiyəm dövlət rəhbərlərinin yanıma gəlməsini qəbul etmir. Mən özüm onu məqamında ziyarət edərəm -deyərək, hörmət və izzətini göstərir.

Həqiqətən də, Xoca Əfəndi Ecevitlə görüşmək üçün İzmirdən İstanbula gedir. Səmimi bir ab-havada keçən görüşdən sonra Xoca Əfəndi ilə bağlı düşüncələri soruşulan Ecevit:

- Fəthullah Xocanın və onun ətrafında toplanan insanların demokratiyanın inkişafı üçün çox faydalı olduqlarını düşünürəm, -deyə cavab verir.

Bu illərdə bir sıra media orqanları Xoca Əfəndi ilə görüşmək və reportajlar hazırlamaq istəyirdilər. Bunlardan bəziləri ilə görüşən Xoca Əfəndi ona verilən bütün sualları müfəssəl cavablandıraraq, gördükləri bütün işləri ölkənin və onun insanlarının faydası üçün olduğunu izah etməyə çalışır.

Təqvimlər 1997-ci ili göstərdikdə, Xoca Əfəndi üçün çox ağır bir hadisə baş verir. Yola çıxdığı ilk günlərdən bəri yanından heç ayrılmayan, bütün işlərə özünü düşünmədən baş qoyan, yaşa dolmağına baxmayaraq, yorulmaq bilmədən çalışan yaxın dostu Hacı Kamal Əriməzi itirir. O, çox sevdiyi dostundan belə bəhs edir:

- Aydınlı Hacı Kamal çox varlı idi. Yeddi sülaləsinə çatacaq qədər zeytun bağları və bir almaz mədəni var idi. Bir neçə dəfə təhsillə bağlı mülahizələrimi dinlədikdən sonra, tələbə oxutmaq, onlara təqaüd vermək və məktəblər açmaq məqsədilə dükanlarını, hətta evini belə satdı. Düz elədimmi, bilmirəm, ancaq bir gün ona: "Hacı Kamal, səninlə bizim evimiz belə olmamalıdır. Gəl bir komamız belə olmadan yaşayaq bu dünyada. Bu xeyirli işləri dünya mənfəəti üçün etmədiyimizə, sırf Allahın rizasını və məmnunluğunu umduğumuza halımız şahid olsun" dedim və o fədakar, səxavətli insan həyatı boyunca kirayə bir evdə, bir məktəbin sadə bir otağında yaşadı və özündən sonra heç bir maddi mal-mülk miras qoymadı.

Xoca Əfəndi yalnız Türkiyənin deyil, bütün dünyanın problemlərini düşündüyünü və bütün insanlığın dərdlərini özünə dərd bildiyini göstərən bir fəaliyyətə öndərlik etməyə başlayır. Xristian dünyasının məhşur simaları ilə və Papa II Jean Paul ilə görüşür. Xoca Əfəndi Papaya:

- Dünyada insanlıq dəhşətli bir mənəviyyatsızlıq içində yaşayır. Dinsizlik və mənəvi tənəzzül başda gənclər olmaqla bütün insanlığı təhdid edir. İnsanlar bir-birinə qarşı tole­rantlığı unudub, düşmən münasibət bəsləyirlər. Dünyaya sülhün hakim olması üçün hər kəs öz üzərinə düşəni yeri­nə yetirməlidir və bu düşüncə ətrafında bir-birimizə kömək etməliyik, -deyir.

Dünyada hökm sürən mənəvi aşınmaya, dinsizliyə və bütün insanlığı təhlükə altına alan düşmənçiliyə qarşı birlikdə mübarizə apara biləcəklərini, dünyada sülhə nail olmaq üçün birlikdə çalışa biləcəklərini söyləyir. Xoca Əfəndinin Papaya etdiyi bu təklifin üstündən çox keçmədən ortaya çıxan mədəniyyətlər arası ziddiyyətlər ehtimalı onun dünyada baş verən hadisələri nə qədər uzaqgörənliklə qiymətləndirdiyini göstərirdi.

Xoca Əfəndi 1999-cu ildə səhhətində yaranan problemlər səbəbilə Amerikaya gedir. Başda şəkər xəstəliyi olmaqla, bir çox xəstəlikdən əziyyət çəkir. Buna görə də həkimləri Amerikada qalmağı və müalicəsini burada davam etdirməyi məsləhət görürlər. Bundan sonra Xoca Əfəndi çox sevdiyi Türkiyədən illərlə ayrı qalacağı bir dövrə qədəm qoyur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.