Fəthullah Gülən Xocaəfəndi Filistinə ismarıc göndərib
İslam aləminin ramazanı-şərifin mənəviyyatına qədəm basdığı, Haqqın rizasına nail olmaq üçün Qədr gecəni axtardığı bu bərəkətli günlərdə İsrail ordusunun Qəzzəyə və məzlum Filistin xalqına hücumuna dair xəbərini etikafda ikən aldım. Qadın-uşaq fərq qoymadan məsum insanların qətlə yetirilməsini heç bir vicdan qəbul edə bilməz.
İllərdir nəzərat altında yaşayan və insani ehtiyaclarını təmin etməkdən belə məhrum edilən qəzzəli qardaşlarımızın acısı insanlığını itirməmiş hər kəsi və bütün dünyanı ehtizaza gətirəcək qədər böyükdür.
Dövlət olaraq gücsüzlüyümüzün və dünya müvazinətində heçliyimizin ağrısını bir daha dərindən hiss edirik. Qəzzə faciəsində dünyasını dəyişən qardaşlarımıza Cənabi-Ərhamürrahimdən rəhmət, yaxınlarına və bütün Filistin xalqına başsağlığı diləyirəm.
İsrailin Qəzzəyə hücumunun tezliklə dayandırılması və sülhün bərqərar olması üçün əlimizdən gələn yalnız dualarla Cənabi-Haqqın mərhəmət və hifzinə sığınmaqdır. Allahın rəhmətinin leysantək yağdığı belə bir gündə Mövladan bütün məzlumlara, ələlxüsus da qəzzəli qardaşlarımızın dadına çatmasını niyaz edirəm.
M. Fəthullah Gülən
- tarixində yaradılmışdır.