Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.

Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid mənbəyi olmuşdur.

Peşəkar boks karyerasından sonrakı həyatında xəstəliyinə baxmayaraq ömrünü insan hüquqlarının müdafiəsinə, yoxsulluq, aclıq və xəstəliklərlə mübarizəyə həsr etmişdir.

Dünyanın harasında olur-olsun məzlumlara əl uzadaraq, onların köməyinə tələsərək amalını əməli ilə sübut etmiş və heç bir xeyirxah fəaliyyətə biganə qalmamışdır.

11 Sentyabr terror aktından sonra İslamın parlaq üzünə atılan ləkənin təmizlənməsi üçün çıxışları və fəaliyyətləri ilə böyük əmək sərf etmişdir. Teroristləri qınamaqla yanaşı, onların heç bir dinə mənsub olmayan fanatiklər olduğunu bütün dünyaya elan etmişdir.

Hollivud küçəsində məşhur insanların adları yerə döşənmiş ulduz lövhələrə həkk olunur. Mərhum adının həmin lövhələrə yazılmasına o şərtlə razı olmuşdu ki, yerə yox, divara vurulsun. Çünki Məhəmməd adının yerdə, ayaq altında olmasını istəmirdi. Onun divara vurulan ulduz lövhəsi inandığı dəyərləri mətanətlə müdafiəsinin simvoluna çevrilmişdir.

O dünyadan köçsə də, adı yadi-cəmil olmuşdur. Mərhuma Allah-taaladan rəhmət və məğfirət, ailəsinə və yaxınlarına səbir diləyirəm.

M.Fəthullah Gülən

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.