Fəthullah Gülən Xocaəfəndinin Paris qətliamı ilə əlaqədar başsağlığı
Parisdə məlun qətliam nəticəsində yüzdən artıq məsumun həyatını itirdiyini, çox sayda insanın yaralandığını xəbər aldım və dərin kədərə qərq oldum. Kim tərəfindən və hansı məqsədlə törədilir-törədilsin hər cür terror hadisəsini bir daha şiddətlə lənətləyirəm.
Bütün terror fəaliyyətləri sülh və əmin-amanlığa vurulan ən böyük zərbə, qəbuledilməz bir cinayətdir. Və hər kəs tərəfindən qeyd-şərtsiz pislənməli, lənətlənməlidir.
Terror əvvəla ən müqəddəs və ümumbəşəri dəyər olan insan həyatına yönəlmiş bir təhdiddir və yer üzündə ən çirkin insan əməlidir. Heç bir din, heç bir anlayış və heç bir dünyagörüşü ona bəraət qazandıra bilməz.
İnsan həyatı Allah dərgahında çox böyük dəyərə malikdir. Müqəddəs Kitabımız heç bir din və irq ayrıseçkiliyi etmədən "Hər kəs bir məsumu öldürsə, o, bütün insanları öldürmüş kimidir" buyuraraq insan həyatını əsas dəyərlərdən saymışdır. Müsəlman yalnız sülhün, barışın və əmin-amanlığın timsalıdır və həmişə bu cür olmalıdır. Bu səbəblə nə terrorçunun müsəlman olması, nə də həqiqi bir müsəlmanın terrorçu olması mümkündür.
Dünən Fransanın paytaxtı Parisdə baş verən amansız və qeyri-insani qətliamda yaralananlara təcili şəfalar diləyir, həlak olanların ailələrinə və Fransa Prezidenti Cənab Fransua Ollandın şəxsində bütün Fransa xalqına başsağlığı diləyirəm.
M. Fəthullah Gülən
- tarixində yaradılmışdır.