Uğur Kurdun ailə və yaxınlarına başsağlığı
Cənazə mərasimində iştirak etmək üçün getdiyi cəm evinin həyətində faciəvi bir şəkildə silahla vurulan 30 yaşlı Uğur Kurdun vəfatını xəbər almışam. Dostluğa, birliyə və bərabərliyə hava-su qədər ehtiyac duyduğumuz belə bir vaxtda bu kədərli hadisə məni böyük hüznə qərq etmişdir. Mərhum qardaşımıza Cənabi-Mövladan rəhmət, başda həyat yoldaşı və övladı olmaqla kədərli ailəsinə, yaxınlarına səbir niyaz edirəm. Rəbbimdən diləyim odur ki, belə bir hadisə bir daha yaşanmasın və Anadolu torpaqlarında yüz illərlə sürən qardaşlığımız əbədiyyən davam etsin.
M. Fəthullah Gülən
- tarixində yaradılmışdır.