Fəthullah Gülən və ictimai rəy

Fəthullah Gülən haqqında cəmiyyətin hər təbəqəsinin görüş və düşüncələri mediada öz əksini tapdı. Əks qütblərdə yer alan bir qrup marjinal kəsim müxtəlif vaxtlarda əsassız ittihamlara əl atsa da, bu görüş və düşüncələr böyük əksəriyyət tərəfindən müsbət qarşılandı və faydalı oldu.

Siyasətçilərdən Prezident Süleyman Dəmirəl başda olmaqla, sabiq baş nazir, DYP lideri hörmətli Tansu Çillər, yenə əvvəlki baş nazirlərdən və ANAP lideri hörmətli Məsut Yılmaz, Türk siyasətinin ən məşhur və təcrübəli ünvanlarından Demokratik Sol Partiyası sabiq rəhbəri hörmətli Bülənt Ecevit, CHP lideri Dəniz Baykal və əvvəlki rəhbəri Hikmət Çətin, Demokratik Türkiyə Partiyası sabiq lideri Hüsaməddin Cindoruk, Milliyyətçi Hərəkat Partiyası qurucusu və ilk lideri Alparslan Türkeş, indiki lideri hörmətli Dövlət Baxçalı, Böyük Birlik Partiyası lideri Möhsün Yazıcıoğlu cənabları daim Fəthullah Gülən haqqında müsbət düşüncələrini dilə gətirdilər. Bundan başqa, hər partiyadan xeyli millət vəkili və nazirlər də Gülən haqqında dəstəklərini ifadə etdilər.

Prof. Toxtamış Atəş, prof. Nur Vergin, prof. Əli Yaşar Sarıbay, prof.Nilufər Gölə, prof. Şərif Mardin, prof. Ümid Meriç Yazan, prof. Xəlil İnalcıq, prof. İhsan Doğramacı, prof. Mehmet Aydın, prof. Nevzat Yalçındaş, prof. Mehmet Altan, prof. Sabahaddin Azim, prof. Niyazi Öktem, prof.Suat Yıldırım, prof. Kamal Karpat, prof. Zəki Kuşoğlu, prof.Mehmet Saray, prof.Yaşar Nuri Öztürk, prof. İzzəddin Doğan, dos. Büşra Ersanlı, dos. Əli Bayramoğlu, dos. Əhməd Turan Alkan və onlarla elm xadimi Fəthullah Gülən haqqında yazılı və şifahi olaraq daima təqdirəlayiq düşüncələrini ifadə etdilər və onunla müxtəlif səbəblərlə bir araya gəldilər.

Ordu mənsublarından vəzifə başında ikən Quru Qoşunları Komandiri Orgeneral Hikmət Bayar, ehtiyatda olan ordu və korpus komandirlərindən Kənan Evren, Xalis Burhan, Vural Bəyazit, keçmiş MTN rəhbərlərindən Fuad Doğu, Orxan Atəş və daha bir-neçə general, polkovnik və digər rütbəli hərbçilər ya Fəthullah Gülənlə xüsusi dostluq münasibətləri qurdular, ya da Gülən haqqında müsbət düşüncələrini dilə gətirdilər və ya onunla məktub və ya təbrik mübadiləsində oldular.

Xeyli sənət adamı, məsələn, məşhur kino ulduzu Cüneyt Arkın, Hülya Koçyigit, Pərihan Savaş, Bulut Aras, Fatma Belgen, Tanju Gürsu, müğənnilərdən Selda Alkor, Necla Akben, Emel Sayın, Eli Rza Binboğa, İzzət Altınmeşə, prof. Ələddin Yavaşca, Yıldırım Gürsəs, Barış Manço, Cem Karaca, kino-rejissorlardan Xalid Refik, Lütfi Akat, sənətşünas tənqidçilərdən Aişə Şasa, Atilla Dorsay...

İş adamlarından Aydın Bolak, Əhməd Çalık, Çingiz Kaptanoğlu, Şadan Kalkavan, İhsan Kalkavan, Atasay Kamer, Cihan Kamer, Engin Elginkan, Sema Cıngıllıoğlu, Sakıp Sabancı, Aydın Doğan, Üzeyir Garih, İshak Alaton, Rahmi Koç, Fuad Miras və digərləri...

İdman aləmindən Fənərbaxça klubunun sabiq rəhbəri və iş adamı Əli Şən, Qalatasaray klubunun keçmiş və yeni şöbə rəisləri, iş adamı Adnan Polat və Ergün Gürsoy, Qalatasaray və Beşiktaş kimi klublardan daha bir çox futbolçu, basketbolçu...

Çoxsaylı media nümayəndəsi: Taha Akyol, Yalçın Doğan, Derya Sazak, Şeref Oğuz, dos. Şahin Alpay, Ertuğrul Özkök, Oktay Ekşi, Bekir Çoşkun, mərhum Yavuz Gökmen, Hadi Uluengin, Cengiz Çandar, Zeynep Göyüş, Güngör Mengi, Yavuz Donat, Nuriye Akman, Zülfü Livaneli, Mehmet Barlas, Mehmet Ali Birand, Ali Bayramoğlu, Nevval Sevindi, Mehmet Altan, Ali Acar, Etyen Mahçupyan, Avni Özgürel, Nazlı Ilıcak, Mehmet Ali Ilıcak, Şakir Süter, Memduh Bayraktaroğlu, Meriç Köyatası, Ahmet Tezcan, mərhum Cenk Koray, İzzet Sedes, Rıza Zelyut, mərhum prof. Ayhan Sonqar, mərhum Ahmet Kabaklı, Ayhan Katırcıkara, Mehmet Ocaktan, Mustafa Karaalioğlu, Ali Bulaç, Süleyman Yağız, Ömer Çavuşoğlu, Vehbi Dinçcan və daha bir çox jurnalist və televiziya əməkdaşı Fəthullah Gülən haqqında daima müsbət düşüncələrini dilə gətirdilər.

Fəthullah Gülən 1999-cu ilin yanvar ayında ABŞ Mayo xəstəxanasından 1999-cu il 22 mart tarixinə alınan görüş üçün 21 mart tarixində Türkiyədən ABŞ-a getdi və 22-26 martda bu Klinikada müayinə olundu. Gülən həkimlərin məsləhəti ilə o tarixdən bu günə qədər ABŞ-da yaşayır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.