Sağlam övladlar yetişdirməyin əhəmiyyətinə inanan ana və atalar məqsədlərinə nail olmaq istəyirlərsə, bu əsəri əllərindən yerə qoymasınlar.
Uşaq şillədən, hədə-qorxudan deyil, valideyninin şəfqət və sevgisini itirməkdən qorxmalıdır. Atanın üz-gözündən narazı qaldığını hiss etdirməsi, ananın o şəfqət yağan simasının birdən-birə tutulması uşağı səhvini başa düşməyə və düzgün addım atmağa vadar edirsə və bu, tərbiyədə vacib amil hesab olunursa, başqa metod axtarmağa ehtiyac yoxdur. Uşaqların siz valideynlərə güvənməsi, dərdlərinə şərik olacağınıza inanması çox əhəmiyyətlidir.