Ailə yuvasının əhəmiyyəti

Fəthullah Gülən: Ailə yuvasının əhəmiyyəti

Bir xalq və cəmiyyətin mükəmməlliyi ailədən, ər-arvadın əl-ələ verib qurduqları yuvadan başlayır. Bu səbəbdən tərbiyənin özülü ailə yuvasında qoyulmalıdır ki, uzunömürlü və davamlı olsun. Ailə tərbiyə əsasları üzərində qurulmamışsa, cəmiyyətin əxlaqlı olması da mümkün deyildir. Hətta qüsursuz bir təlim və tərbiyə siyasəti ideal insan yetişdirməkdə vacib amil olsa da, ailə tərbiyədə oynadığı roluna görə həmişə öz əhəmiyyətini qoruyacaqdır.

Ailədə, xüsusilə də, şüuraltının formalaşdığı dövrdə yaxşı təlim-tərbiyə görmüş uşaqların güclü tufanlara tuş gəlməzlərsə, gələcəkdə bəzi kiçik düzəlişlərlə şüuraltının qəhrəmanları kimi qarşınıza çıxıb sizi heyrətləndirməsi mümkündür. Bəli, ailədəki müvəffəqiyyət həyatda uğurun ilk mərhələsidir... bu mərhələ də sağlam bir izdivacdan asılıdır.