Cəhənnəmin Cəhənnəmdəki insanları tərbiyə edici rolu varmı?
Cəhənnəm bir cəzadır, pis əməllərin cəzası.Orada buradakı pis əməllərin cəzası çəkiləcəkdir.Burada mömin müəyyən şeylərə sinə gərərək Cənnətə girmək üçün mahiyyət, hal və xüsusiyyət qazana bilməmişsə, bu iş bir mənada tamamlanacaqdır. Bütün istedadlarını və qabiliyyətlərini küfürlə yox etmiş şəxslərə gəlincə, onlarda kiçicik bir maya belə olmadığından, belələrində Cənnətə girmək naminə bir mayalanma da olmayacaqdır. Bir şeyin içində spirtləşməyə dair bir xüsusiyyət varsa,onda bir mayalanma olur, fəqət belə bir xüsusiyyət yoxsa,onda heç bir qıcqırma olmaz. Eləcə də Peyğəmbərimiz (s.ə.s.): "Zərrə qədər imanı olan Cənnətə girər." buyurur. Çünki onun içində onu Cənnətə uyğun hala gətirəcək belə əhəmiyyətli və həyati bir cövhər var.
Deməli, burada o ruhu tam şəkildə tamamlaya, miraclarını edə bilməyənlər bunun müqabilində qəbirdən başlamaqla bir əzab və bir işgəncə silsiləsi içində fərqli bir həyata məcbur ediləcəklər. Buna görə bəzi şəxslər hesablarını qəbirdə bitirəcəklər.Məsələn,yuxularına girdiyi şəxslərə bəzi haqq dostları deyirlər ki: "Altı ay çəkdik, bitdi…" Təbii ki, yuxu doğru isə, söhbət mukarrabinin (imanı yüksək olanların) hesabından gedir. Bəziləri hətta qəbir işgəncəsi ilə hesab və mizan həyəcanından xilas olacaqlar. Bəzilərinin isə işi məhşərə qədər davam edəcək. Məhşərdə sorğu-suala çəkiləcək və ya çəkilməyəcəklər. Bundan başqa bəziləri, Allah qorusun, Cəhənnəmə girəcəklər. Onlar da burada qaçırdıqları fürsətləri orada əldə etməyə çalışacaqlar. Allah orda hazırlaşdıracaq və sonra çıxaracaq, amma Cəhənnəmlik deyə adlandırılıb Cənnətə girəcəklər. Beləliklə, burada qazanmış olmaları lazım gələn mahiyyəti qazanacaqlar… Yəni özlərinə qayıdacaq və əsl təbiətlərinə qovuşacaqlar. Nəticədə dünyaya ilk gəldikləri kimi təmizliyi yenidən əldə edəcəklər... Və Allah da onları Cəhənnəmdən çıxarıb Cənnətinə qoyacaqdır…
- tarixində yaradılmışdır.