Hudeybiyyənin təbliğ yönü
İslamın təbliğində və vüsət tapmasında Hudeybiyyənin əvəzsiz yeri var. Allah Rəsulunun belə ağır şərtli bir müqaviləni qəbul etməsinə ilk əvvəl Həzrət Ömər kimi sadiq səhabələr belə etiraz mənasında münasibət bildirmişdi.[1] Amma növbəti il müsəlmanlar çox rahat və sərbəst şəkildə Məkkəyə girmişdilər. Beləcə insanlar yavaş-yavaş İslama hazırlanmış və Xalid b. Vəlid, Amr b. As kimi Məkkə böyükləri könüllü şəkildə İslam dinini qəbul etmişdilər.[2] Onların öz istəkləri ilə, rəncidə edilmədən müsəlman olması gələcəkdə İslam yolunda göstərilən xidmətlərdə mühüm rol oynayacaqdı və oynadı da.
Bundan başqa, beyət əsnasında səhabələrin Allah Rəsuluna ürəkdən bağlılığı məkkəli əyanı-əşrəfin gözündən yayınmamış[3] və məkkəlilərin İslama münasibətini daha da yumşaltmışdı.
[1] Buxari, Şurut 15; Müslim, Cihad 94.
[2] İbn Hişam, əs-Siratün-nəbəviyyə, 4/238-240.
[3] Buxari, şurut 15; Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/329-330.
- tarixində yaradılmışdır.