Dəyişməz insan
İki Cahan Sərvəri İslamın təbliğinə necə başlamışdısa, yolun başında necəydisə, yolun ortasında da, sonunda da eləydi, zərrə qədər dəyişməmişdi. Məkkədə ətrafında bir kölə, bir qadın, bir uşaq və bir azad insandan başqa heç kim olmayanda, yəni ilk illərdə davranış və hərəkətləri necə idisə, Vida həccində yüz mindən çox insan əmrinə müntəzir dayananda da eləydi. Hətta təvazökarlığı fəth və zəfərlərin dolu kimi yağdığı dövrlərdə daha da ənginləşmişdi.
Ömrü boyunca heç dəyişməyən bir lider var, o da Rəsulullahdır. Bu qədər çətinlik çəksə də, yaxın qohum-əqrəbasından, həmşəhərlilərindən o qədər əziyyət görsə də, qətiyyən münasibətini dəyişməmiş, onlara qarşı ilk vaxtlar necə olubsa, elə də qalmışdı.
Dostları arasına yenilərinin qatılması və bunların içində həqiqətən dəyərli insanların olması belə Ona köhnə dostlarını və dostluq əlaqələrini qətiyyən unutdurmamışdı. Əvvəl necə idisə, elə də qalmışdı.
- tarixində yaradılmışdır.