Kiçik Bədir
Əbu Süfyan Uhuddan ayrılanda: "Bir il sonra Bədirdə görüşək!" deyə meydan oxumuş, Allah Rəsulu da onun təklifini qəbul etmişdi...[1] Düz bir il sonra Allah Rəsulu ordusunun başında Bədrə gəldi. Lakin müşriklərdən heç bir səs-səmir yox idi. Peyğəmbərimiz bir-iki gün orada gözləyib Mədinəyə qayıtdı. Bu səfərə İslam tarixində "Bədri-Suğra" deyilir. Bədrə oxşar kiçik bir zəfər qazanmış və müşriklərin ürəyinə qorxu salmışdılar. Nuaym ibn Məsud Allah Rəsulunun yanına gəlmiş, Qüreyşin böyük bir ordu toplayıb Bədrə doğru gəlməkdə olduğunu söyləyərək müsəlmanları qorxutmaq istəmişdi. Halbuki onun verdiyi bu xəbər yalnız möminlərin imanını artırmışdı. Qurani-Kərimdə bu hadisə haqqında buyurulur:
الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُوا لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَاناً وَقَالُوا حَسْبُنَا اللّٰهُ وَنِعْمَ الْوَكِيلُ
"İnsanlar onlara: "Camaat (düşmən) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!" – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!" – deyə cavab verdilər." ("Ali-İmran" surəsi, 3/173)
İkinci Bədirdən də yüksək əhval-ruhiyyədə qayıtmışdılar. Səhrada və bütün qəbilələrdə əmin-amanlıq ab-havası yenidən bərqərar olmağa başlamışdı.
[1] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/34; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/38.
- tarixində yaradılmışdır.