Allahı sevən Peyğəmbərə itaət edər
Sünnə həyatımızın həyatı, ruhumuzun ruhudur. Qurani-Möcüzül-Bəyan da sünnəni təsdiqləyir, o nəinki təsdiqləyir, hətta sünnənin İslamiyyətdəki əvəzolunmaz yerini müəyyənləşdirib aydınlığa qovuşdurur. Bu mövzu ilə bağlı bir neçə ayəyə nəzər yetirək:
1. Qurani-Kərimin bir neçə yerində eyni sözlərlə və ya bir az fərqlə belə buyurulur: "(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları təmizləyər, onlara Kitabı və hikməti öyrədər..." (“Cumuə” surəsi, 62/2).
Böyük mühəddis{qluetip title=[1]}[1] Hədislər üzrə tədqiqçı, hədis mütəxəssisi{/qluetip} və müfəssirlərin{qluetip title=[2]}[2] Təfsirçilər{/qluetip} əksəriyyəti bu ayədə keçən “hikmət” sözündən “sünnə” mənasını çıxarmışlar. Çünki başdan-ayağa möcüzə olan Qurani-Kərimdə təsadüfi kəlmələr, məqsədsiz ifadələr və lazımsız itnab, yəni yersiz təfsilatla mətləbi uzatma olmadığına görə, sözügüdən ayədə keçən “hikmət”in mənası kitab və ya kitabın bir hissəsi ola bilməz, çünki belə olsaydı, “hikmət” sözü “Kitab” sözündən sonra işlədilməzdi. Bəli, burada “kitab”sözü ilə bir çox ayədə də keçdiyi kimi Qurani-Kərim qəsd edilir. “Hikmət” isə kitabın icmalını təfsil{qluetip title=[3]}[3] Müxtəsər ifadə edilmiş məsələləri təfərruatla izah etmək. Məsələn, “Namaz qılın” əmri qısa şəkildə bildirilmiş, Peyğəmbərimiz isə namazla bağlı bu hökmün təfərrüatını öz həyatında tətbiq edərək göstərmişdir, yəni icmali olanı izah etmişdir.{/qluetip}, mübhəmini təfsir{qluetip title=[4]}[4] Qaranlıq qalan, anlaşılmayan məsələləri təfsir etmək, izah etmək{/qluetip}, ümumi olanı təxsis{qluetip title=[5]}[5] Ümumi hökmləri xüsusi, müəyyən məsələlərlə izah etmək. Məsələn, Quranın “Nisa” surəsi 11-ci ayəsində əksini tapan miras hökmləri (Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!) hər kəsə, ümuma birbaşa şamil edilmişdir. Ancaq Peyğəmbərimiz (s.ə.s.) "Qatilə miras düşmür" buyuraraq bu ümumi hökmü qatillər barədə xüsusiləşdirmişdir. Yani hökmü onlara məxsus şəkildə izah etmişdir.{/qluetip} və mütləq olanı təqyid{qluetip title=[6]}[6] Mütləq hökmüm icra edilməsi şərtlərini müəyyən etmək. Məsələn, Quranda “oğruların əlinin kəsilməsi” ilə bağlı mütləq əmr var, lakin bu əmrin necə, hansı şərtlər daxilində tətbiq edilməsi yoxdur. Peyğəmbərimiz də bu əmrin icrası şərtlərini müəyyən etmişdir, açıqlamış, yəni mütləq olan bir əmri təqyid etmişdir.{/qluetip} etmək mənasına gələn Allah Rəsulunun sünnəsidir.
2. Bir başqa ayədə Allah (c.c.) peyğəmbərlərini insanlar onlara itaət etsin deyə göndərdiyini buyurur: "Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik." (“Nisa” surəsi, 4/64)
Allah peyğəmbəri insanlar ona itaət etsin deyə göndərir. Peyğəmbərə şəxsinə görə deyil, fərdi-ictimai, maddi-mənəvi tərəqqiyə vasitə və vəsilə olduğu üçün, Allahın məmuru olduğu üçün itaət edilir.
Bəli: "Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, Ondan üz döndərməyin!" (“Ənfal” surəsi, 8/20). "Allaha itaət edin, Peyğəmbərə itaət edin" (“Nisa” surəsi, 4/59).
Ayələrdə ifadə olunan Allaha itaətlə Peyğəmbərə itaət eyni şey deyil. Qurani-Kərimdə həm İlahi əmr və qadağalara, həm də nəbəvi əmr və qadağalara, yəni Allah Rəsulunun söz, feil və təqrirlərinə itaət məsələsi açıq-aydın əksini tapır. Çünki Allaha itaət mövzusunda Qurani-Kərimin ortaya qoyduğu və Rəsulullahın (s.ə.s.) təbliğ etdiyi əmr və qadağalar xaric, bir də müstəqil olaraq sünnə çərçivəsinə daxil olan əmrlər-qadağalar, tərğiblər-tərhiblər{qluetip title=[7]}[7] Tərğib - rəğbətləndirmə və təşviq etmək. Tərhib - çəkindirmə və qorxutmaq{/qluetip}, təşviqlər-tövsiyələr var ki, Allah Rəsulu (s.ə.s.) bu haqda belə buyurur: "Şübhəsiz, mənə kitab və kitabla birlikdə onun bənzəri, bir misli verildi," (Ebu Davud, sünne 5; Ahmed b. Hanbel, el-Müsned, 4/130).
Üstəlik yuxarıda misal verdiyimiz ayələrdə Allaha və Peyğəmbərinə ayrı-ayrılıqda itaət əmr edildikdən sonra: "Rəsulullahdan üz döndərməyin!" deyilir ki, bu da sünnəyə tabe olmamağın, hətta ona laqeyd yanaşmağın və şübhə ilə baxmağın bir növ irtidat olduğunu sübüt edir.
3. Qurani-Kərimdə bu mövzu ilə bağlı keçən ayələrin bəziləri:
a. "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!" (“Nisa” surəsi, 4/59)
Bu ayə Rəsulullahdan sonra gələn idarəçi və böyüklərə itaəti əmr edirsə, bəşəriyyət üçün böyüklərdən böyük, itaətə ən çox layiq, pənahgahımız, nicat qapımız Rəsulullaha itaət etməmək, Onun sünnəsinə, laqeyd yanaşmaq, Ona əmr etmə, qadağa qoyma haqqı və səlahiyyəti verməmək hansı insafa sığar?
b. "Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!" (“Ənfal” surəsi, 8/46)
Bu ilahi bəyan Allaha və Peyğəmbərinə itaəti nüsrət, qüvvət, birlik və dövlətin əsası sayır. Rəsulullaha itaət edilməməsi, yəni imama (rəhbərə) əhəmiyyət verilməməsi camaat namazında imama itaətsizlik zamanı meydana çıxan qarşılıqlığı xatırladar: kimin hansı qibləyə dönəcəyi məlum olmaz. Elə isə ixtilafa düşməmənin yolu Rəsulullaha itaət və Ona tabe olmaqdır. Başqa bir ayə də: "Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin (Allahın kitabına və Rəsulullahın məsləhətinə üz tutun)!" (“Nisa” surəsi, 4/59) buyurur.
Madam ki, bizi birləşdirən, ictimai vəhdəti təmin edən istinadgah O və Onun sünnəsidir, o zaman Onun qüdsi mirasını sorğu-suala çəkməyin nəticələrini, görəsən, heç düşünürükmü?
c. "De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın" (“Ali İmran” surəsi, 3/31).
Allahı sevmək Rəsulullahı sevmək, Rəsulullahı sevmək də Allahı sevməkdir. Rəsulullahı sevmədən Allahı sevmək olmaz. Onun sünnəsinə tabe olmadan “Allahı sevirəm” demək boş iddiadan başqa bir şey deyildir.
ç. "Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (“Əhzab” surəsi, 33/21)
Müxtəlif yönlərə uzanan yollarda istiqaməti tapa bilmək və sirati-müstəqimdə qala bilmək üçün yeganə yol istiqaməti təmsil edən insana tabe olmaq, Onun sünnəsinə itaət etməkdir.
Mənə üsyan edən Allaha üsyan edər
Peyğəmbərimizin hədislərində də sünnənin əhəmiyyəti vurğulanmış və bu mövzuya həssas yanaşılmışdır.
Məsələn, Buxari və Müslimin “Səhih”lərində Hz. Əbu Hureyrədən (r.a.) rəvayət olunan bir hədisdə: "Mənə itaət edən, şübhəsiz, Allaha itaət edir; mənə üsyan edən də, şübhəsiz ki, Allaha üsyan edir" buyurulur.
Peyğəmbərin yolu Allahın yoludur. Peyğəmbərin izi ilə getmək İlahi bəyanın kölgəsində ömür sürməkdir. Dolayısilə, sünnəni qəbul etməmək, Onu təcrid etmək və ya Ona üsyan etmək Allaha üsyan deməkdir.
Allah hər şeyi nöqsansız, olduğu kimi əks etdirən sadə bir Ruhu (insanı) seçir, insanlara kəlamını Onunla göndərir. O da bu kəlamları öz şərhi ilə birlikdə açıqlayır, izah edir. Buna baxmayaraq, bəzi ədəbsizlər o Pak Elçiyə qarşı çıxırsa, bu, Allaha üsyan, Ona üsyan və Cəhənnəmi qazanmaq deməkdir. Çünki Buxarinin rəvayət etdiyi bir başqa hədisdə Peyğəmbərimiz (s.ə.s.) şəxsən:
"İnadkarlıq edib girmək istəməyənlər istisna olmaqla, bütün ümmətim Cənnətə girər" buyurmuşdur. Əshab: " İnadkarlıq edib girmək istəməyənlər kimdir, ya Rəsulullah?" deyə soruşanda da: "Mənə itaət edən Cənnətə girər. Mənə üsyan edən isə Cənnətə girməmək üçün inadkarlıq edir" (Buhari, itisam 2; Ahmed b. Hanbel, el-Müsned, 2/361) cavabını vermişdir.
Əbu Davud və Tirmizinin İrbad İbn Sariyədən rəvayət etdiyi bir başqa hədisdə isə Peyğəmbərimiz (s.ə.s.):
"Məndən sonra yaşayanlar bir çox ixtilaf və hərc-mərcliyə şahid olacaq. Siz sünnəmdən və doğruluğa aparan Raşid Xəlifələrin (yəni Əbu Bəkir, Ömər, Osman və Əlinin) sünnəsindən möhkəm yapışın. Hətta dişlərinizlə tutun!" buyurmuşdur. Sözlərinə davam edib təkrar sünnənin əhəmiyyətinə işarə edir: "Sonradan ortaya çıxan işlərdən (bidət) uzaq olun, çünki hər bidət zəlalətdir" (Tirmizi, ilm 16; Ebu Davud, sünnet 5; İbn Mace, mükaddime 6).
Həmçinin Təbəraninin rəvayət etdiyi məşhur bir hədisdə:
"Ümmətimin fəsada düşdüyü vaxt (dinin əsaslarının sarsıldığı, ümmətin dağılıb parçalandığı və İslam düşüncəsinin yerlə-yeksan edilməsinə çalışıldığı bir dövrdə) sünnəmə möhkəm sarılan, hətta əsaslarından (heç olmasa) birini canlandıran (yerinə yetirən) şəhid savabı qazanar". Bu hədisin tənqid olunan bir variantında isə "yüz şəhid savabı var" buyurulur. (Taberani, el-Mu'cemü'l-evsat, 5/315)
Quranın və Rəsulullahın açıq ifadələrinə baxmayaraq, hələ də başqa yollar axtaranlara Quranın bəyanını desək, zənnimcə, həddimizi aşmarıq: "Elə isə hara gedirsiniz?" (“Təkvir” surəsi, 81/26)
Həftənin duası
Sözün cövhəri
- tarixində yaradılmışdır.