Azadlıq
* * *
Elə insanlar var ki, buxov və zəncirlər içində olsalar da, daim vicdanlarının azad səmalarında qanad çırpar və heç vaxt məhkumluq və əsarət hissini duymazlar. Və nə qədər insan var ki, saray və köşklərin baş gicəlləndirici, baxış bulandıran ehtişam və dəbdəbəsinə baxmayaraq, həqiqi azadlığın dərinliyini heç cür duyub dada bilməzlər.
* * *
Azadlığı mütləq sərbəstlik olaraq anlayanlar bilərək və ya bilməyərək, heyvani azadlıqla insani azadlığı bir-birinə qarışdırırlar. Halbuki, bədən və cismaniyyətin qaranlıq istəklərini həyata keçirmə yolunda sərazad könüllərin sığındığı azadlıq tamamilə bir heyvanlıq şüarı olmasına baxmayaraq; ruhun qarşısından maneləri qaldırıb vicdanın şahlanmasına zəmin hazırlayan azadlıq isə tamamilə bir insanlıq şüarıdır.
* * *
Azadlığı laqeydlik və laübaliliyə qapılmadan insan dimağının maddi-mənəvi tərəqqiyə mane olan zəncirlərdən azad olması şəklində də şərh edə bilərik.
* * *
Azadlıq insana: "Haqq düşüncəsinə bağlı qalıb, başqalarına zərər vermədən istədiyini edə bilərsən" -deməkdir.
* * *
Məqbul azadlıq azadlığın mədəni olanıdır. O da din və əxlaqın almaz zəncirləri, səlim düşüncənin qızıl kəmərləri ilə bağlı olan azadlıqdır.
* * *
Dini duyğu və dini düşüncəni tanımayan, əxlaqa dəyər verməyən və fəzilət yetişdirməyən azadlıq hər millətin nifrət edib qaçdığı qotur xəstəliyi kimi mərəzə bənzəyir ki, buna bulaşan cəmiyyətlər gec-tez dincliyi itirəcəyi kimi, zaman keçdikcə çevrəsini itirməsi də qaçılmaz olacaq.
- tarixində yaradılmışdır.