Bahalı insanlar

İnsanlar içində elələri var ki, onları çox cüzi şeylərlə satın almaq olar. Elələri də var ki, onları dünyalar qədər qızıl və almazla satın almaq mümkün deyildir. Onlar bahalı insanlardır. Millətləri məhz bu bahalı insanlar yüksəldir. Onlar yağış buludu tək yüksək ideal və fəzilətlərlə doludur. Tanınsalar da, tanınmasalar da, onların ayaq basdığı yerlər yaşıllaşar...

***

Ömər Muxtar italyanlara: "Mən ölürəm; əbədi var olacağam. Lakin sizin varlığınız ölümlə bitər," deyir. Müsəlman ömrünü çox baha satar; fani ömrü verib baqi həyatı alar. Bizi dünyaya bağlayan səhhət isə bir neçə günlük gözəl gül ləçəyinə bənzər. Gül ləçəyi canlı, təravətli olarkən çox diqqət çəkər, solarkən heç bir qiyməti qalmaz.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.