Düşüncəyə Hörmət
Hər şeyi tənqid, hər şeyə etiraz, bir dağıdıcı həmlədir. Əgər insan bir şeyi bəyənmirsə, ondan daha yaxşısını etməyə çalışmalıdır. Çünki yıxmaqla xarabalar, qurmaqla də saraylar meydana gəlir.
* * *
Açıq hiddət və şiddətdən daha çox, gizli düşmənçilik və hiylələrlə dolu qəzəbdən qorxmaq lazımdır. Dostlar üzdə sərt olsalar da, arxada həmişə qoruyucu mələk kimidirlər. Düşmənlərsə, yumşaq rəftarı ilə tələ qurur; sərtliyini də hörümcək kimi, tələyə saldığı ovunu haqlayanda ortaya qoyurlar.
* * *
"Filan kəs havadan nəm çəkir" deyirlər! Ona ruhum fəda olsun! Bəs yağış altında belə islanmayanlara nə deməliyik..!
* * *
Bir məclisdə hər sözə qiymət ver! Hətta fikirinə namünasib düşüncələri belə dərhal rədd etmə. Başqa bir münasibətlə, məqsədlə ifadə edilmiş ola biləcəyini düşün, sonuna qədər səbr et və dinlə
* * *
Təcrübə ağlın müəllimi, düşüncənin də rəhbəridir.
- tarixində yaradılmışdır.