Elm və Cəhalət
Elmləri qeyd edib kitablara işləmək, mövcud şeylərin yenidən izahı baxımından faydalı olsa da, ilham və istinbat (bir söz və ya ifadədən yeni mənalar çıxarmaq) ruhunu iflic etməsi etibarilə min dəfə zərərlidir.
* * *
Elm, mühim bir hidayət rəhbəridir.. üstəlik bir də vəhyə söykənib vəhydən qidalanırsa, o, yer və göyü ötüb keçən dərəcələrə yüksəlir və başqa bir dəyərə sahib olur.
* * *
İndiki dövrdə ixtiraçı və kaşiflər yetişmir. Təqlidçilər yetişir. Qismən hər şeyi dəyişdirəcək üsyançı ruha ehtiyac var. Hər şey dəyişəcək. Kitab-məktəb-qapı-sıra.. hamısı.. və tənqidlə işə başlama əsasdır.
* * *
Cəhalət, ən pis yoldaş; elm, ən vəfalı dostdur.
* * *
Elm həlimliklə birləşəndə ağlasığmaz dərinliyə sahib olur.
* * *
Cahil hirslənəndə qışqırıb-bağırır, ağıllı isə görüləsi işlərin planını cızır.
* * *
Elm-həlimlik-ibadət üçlüyü fəzilətin təməlidir.
* * *
Elm, əmələ mənbə ola bilməyibsə, quruması qaçılmazdır.
* * *
Ehtiyac, elmi kəşflərin itigözlü bələdçisidir.
* * *
Anlamaq başqa, bilmək başqadır; min şeyi bilməkdənsə, bir şeyi anlamaq daha yaxşıdır.
* * *
Özünü "bilmirəm" deməyə alışdır ki, heç bir zaman "bilmirəm" demə utancını yaşamayasan..!
* * *
Müxtəlif müsabiqələr keçirildiyi kimi, bir də "fəqirlik"lər müsabiqəsi keçirilsə idi, cəhalət, belə bir müsabiqənin şahı (qalibi) olardı.
- tarixində yaradılmışdır.