Gənclik

Gənc nəslə şəfqət göstərmək ölkə və millətimizə sahib çıxma yolunda atılmış mənalı bir addımdır. Amma bu mərhəmət hissi onların qəlbi və ruhi həyatlarına yönəldiyi ölçüdə faydalı olsa da, cismaniyyətlərinə yönələndə onları sadəcə bədənlərinə qulluq edən varlıqlara döndərə, hətta bütövlükdə yolundan azdıra bilər.

* * *

Gənc nəslə dəyər verən hər millət yüksəlmiş, onları gənclik həvəsləri ilə baş-başa buraxanlar isə bu ehmalkarlığın cəzasını çox ağır şəkildə ödəmişlər. Əgər bu gün ətrafımız xəyanətlərlə qaynayır və nəsillər hər gün bir az da azğınlaşırlarsa, bu tamamilə bizim ehmalkarlığımızın nəticəsidir. Bəli, başımız buludlara dəyərkən, ayaqlarımızın dibindən yataq otaqlarımıza qədər sızan kobraları sezə bilmədik və bugünkü acınacaqlı halımızı öz əlimizlə hazırladıq...

* * *