Haqq və Ədalət

Ədalət, ən güclü (görünən) texnologiyalardan daha güclüdür.

* * *

Haqq, boynuna enən bir qılınc da olsa, boynunu ona uzatmaqdan çəkinmə..!

* * *

Haqq, izah edənlə anlayanı, təmsil edənlə bununla maraqlananı tapınca qanad açar.

* * *

Ədalət, hər yerdə etibarlı sərmayədir.

* * *

Ədalət, Allaha yaxın olma yollarındandır, amma nədənsə insanların çoxu ondan uzaq olmağı seçir.

* * *

İslamın qala divarları haqq, qapısı ədalət, içi də səadətdir.

* * *

Ədalətin hökm etdiyi xarabalar saraylardan daha qiymətli, zülmün hay-huyu ilə boğulmuş saraylar, xarabalardan daha pərişandır.

* * *

Axirət haqqında yəqinin qüvvətli olması, haqq və ədalət düşüncəsinin də qüvvətli və möhkəm olması deməkdir.

* * *

Haqqa qarşı vuruşan, gec-tez məğlub olar.

* * *

Başqalarını əzərkən, səni əzə biləcək bir gücün olduğunu da qətiyyən unutma!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.