Nəsihətlər
Nəsihət dini həyatın orta sütunudur.
* * *
Əgər nəsihət faydasız olsa idi, Allah heç peyğəmbər göndərərdimi?
* * *
Nəsihət xeyrə aparan əhəmiyyətli bir vəsilədir, xeyrin vəsiləsi xeyir, savabınkı da savabdır.
* * *
Nəsihət verən hər şeydən əvvəl anlatdıqlarını yaşamalıdır ki, inandırıcı olsun. Dünənki təsirediciliyin, bugünki təsirsizliyin səbəbləri məncə bunda axtarılmalıdır.
* * *
Korların rəhbərliyində qalanlar yol getməkdənsə, olduqları yerdə qalsalar, hədəfə daha yaxın olarlar.
* * *
Könüllərin açarı yumşaq xasiyyət və yumşaq sözlərdir.
* * *
Vaiz bütün camaatı eyni anda görüb, idarə edə biləndir.
* * *
Davranışlarla anlatma hər zaman, sözlə izahdan daha inandırıcıdır.
* * *
Yumşaq danış ki, ürəklərin qapıları açılsın, səmimi qəlbli ol ki, vicdanlar sənin düşüncələrinə: "Buyur gəl!" -desin, ixlaslı davran ki, təsirin daimi olsun..!
* * *
Hər sözün qulaqardına vurulursa, həmsöhbətlərinə yaxşılıqla xəbərdarlıq etməyi sınamaq da faydalı ola bilər...
* * *
Xeyirdən daha böyük xeyir, şərdən daha böyük şər var.. hansının nə vaxt seçiləcəyini ağıllı və ilhama məzhər olanlar bilərlər.
* * *
- tarixində yaradılmışdır.