Nəticə və Əncam

Başlanğıcdakı səs-küy və təmtəraq deyil, nəticədəki salxım əhəmiyyətlidir.

* * *

Əncamı düşünmədən qərar alınan işlərin aqibəti çox vaxt nədamətlə nöqtələnir.

* * *

Tülkülərə hin qarovulçuluq etdirilməz!

* * *

Sabah sənə duz-bibər olacaq bu günki bal və qaymaq zəhərdən daha acıdır.

* * *

Əncam etibarilə sevinmə tam sevinmədir.

* * *

Zərərli zənn edilən çox şey nəticə etibarilə faydalı, faydalı zənn edilənlər də zərərli ola bilər.

* * *

Sıxışmağın ən son nöqtəsi boşalıb-rahatlamanın başlanğıcıdır.