“Ölümdən sonrakı həyat” əsəri adından da göründüyü kimi ölümdən sonra başlayan əbədi həyata həsr edilmişdir. Bu mövzuda Qərbdə və Rusiyada da çox sayda ciddi araşdırmalar aparılmış və kitablar çap edilmişdir, lakin onların heç biri möhtərəm Fəthullah Gülənin bu kiçik həcmli əsəri ilə müqayisə oluna bilməz. Ən azı ona görə ki, müəllif bu əsərində oxucusuna İlahi həqiqətlərin dili və məntiqi ilə müraciət edir və kitabı oxuyan hər kəsin qəlbinə su səpir, insanlığını dərk edən könüllərdə məsuliyyət hissini hərəkətə gətirir.