Cəlal Və İzzət Axirətin Gərək Olduğunu Göstərir

Bizi təpədən dırnağa kimi hər cür nemətlərlə bəsləyən Cənabi-Haqqın bir də izzəti vardır. O, başqasının nemətlərinə müdaxilə etməsini qəbul etməyəcəyi kimi, verdiyi nemətlərə görə ediləcək təşəkkürlərin və minnətin də başqasına ünvanlanmasına razı olmaz. Bu bir yana, bir də, bunun əksinə davranan, verdiyi nemətlərə nankörluq edənlərə qarşı da bir qısqanclığı və cəbərütü56 vardır.

Halbuki, minlərlə nemətə qərq olmasına baxmayaraq nankörluq edənlər, nə qədər Allahdan başqasına qulluq və xidmət edənlər vardır! Allahın (CC) özünü tanıtmaq üçün etdiyi bu qədər ehsanına qarşı onların cavabları ehsanlara göz yummaq olur.

Kafir, zalım, cabbar və qəddar cəzasını almadan bu dünyanı tərk edib gedir. Halbuki, izzət və cəlal bu cür ədəbsizlərin cəzalandırılmalarını, haqqlarında qəti tədbirlər görülməsini tələb edir. Amma baxırsan, bu dünyada olmur, deməli, başqa bir aləmdə olacaqdır. Orada zalım cəzasını, məzlum da mükafatını alacaqdır.

Bəli, elə bir gün gələcək ki, o gün Allahın nemətlərinə layiqincə sükr edə bilənlər:

“Ötən günlərdə (keçmişdə) etdiyiniz işlərə görə (bu gün) nuşi-canla yeyin, için!” xitabı ilə qarşılanacaqlar. (“Haqqa”, 69/24)

Başqa bir qüdsi hədisdə Cənabi-Haqq belə buyurur:

“Salih qullarıma gözün görmədiyi, qulağın esitmədiyi və bəşər övladının ağlına belə gəlməyən şeylər hazırladım.”57

Gözün görmədiyi, qulağın eşitmədiyi və insanın ağlına gəlməyən dərin işlər görən, dərinləşdikcə dərinləşən, daxili dünyası ilə yaşayan, qəflətdən uzaq və həyatını hər an Cənabi-Haqqın hüzurunda hazır olmaq havası içərisində davam etdirən ayıq-sayıq qəlblər, bu cür davranışlarının və əməllərinin mükafatını da layiq olduqları kimi alacaqlar. Cənabi-Haqq onları neçə-neçə heyrətamiz şeylərlə qarşılaşdıracaqdır. Hər halda əşya və hadisələri dəyərləndirərək düşüncə tərzini inkişaf etdirə bilən insanlar, dünyada çoban kimi yaşayanlardan fərqli rəftar görəcəklər.


56. Cəbərüt - Əzəmətin daha da daimi olanı və gizlisi. Böyüklük. Hakimlik.

57. Buxari, Tövhid, 35; Müslim, Cənnət, 2, 3, 4, 5; Tirmizi, Cənnət, 5.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.