“Kaş” harayı

Fəthullah Gülən: “Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?

Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini əldən verməməli, hadisələri düzgünanaliz etməyə çalışmalı, məsuliyyət daşıdığı işlərin, dayandığı məqamın həmişə şüurunda olmalıdır.

Vay halıma! Kaş filankəslə dostluq etməyəydim!

Qurani-Kərim müxtəlif ayələrdə axirətdə əzaba düçar olan insanların peşmançılıqlarını diqqətə çatdırır. Məsələn, bir ayədə onlar peşmançılıqlarını “Kaş torpaq olaydım!” (“Nəbə” surəsi, 78/40) sözləri ilə dilə gətirirlər. Dünyada etdikləri zülm və günahlardan ötrü cəzalandırılan kafirlər “Bu əzaba düçar olmaqdansa, kaş daş, torpaq olaydıq!” deyəcəklər.

Yenə bir ayədə öz yoluna sadiq qalmayıb başqalarının arxasınca gedəninsanların “kaş”larını oxuyuruq. “O gün zalım əllərini çeynəyib deyəcəkdir: “Kaş Peyğəmbərlərin yolunu tutaydım. Vay halıma! Kaş filankəslə dostluq etməyəydim” (“Furqan” surəsi, 25/27-28). Əgər insan axirətdə dizinə döymək istəmirsə, burada ömünü şüurluyaşamalı, kimə qoşulduğuna diqqət etməli və peyğəmbərlərin yolundan ayrılmamalıdır.

Allah insanı heç vaxt rəhbərsiz qoymaz. O, xilqətin aynası və ziyası olan peyğəmbərlər, əsfiyalar və övliyalarla yolumuzu işıqlandırmışdır. Lakin əgər insan bu pişuva və pişdarları tanımaz, onların izi ilə getməzsə, yolunu itirib zəlalət quyusuna yuvarlanar. Burdakı quyu isə axirətdə Cəhənnəm oduna dönər. Beləcə, axirətdə “kaş” deyib inildəyər (Bax: “Məryəm” surəsi, 19/58-63).

Zalımaların “Kaş, kaş!” fəryadı

Başqa bir ayədə isə əməl dəftərlərinin paylandığı hesab günü “kaş” deyən bəzi insanlardan bəhs olunur. Əməl dəftəri sağ tərəfdən verilənlər “Budur, oxuyun kitabımı! Mən bilirdim ki, belə bir hesabla qarşılaşacağam” (“Haqqa” surəsi, 69/19-20) deyib sevinəcəklər, əməl dəftəri sol tərəfdən verilənlər isə “Kaş kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ölümüm həmişəlik olaydı! Var-dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi” (“Haqqa” surəsi, 69/25-29) deyəcək və iztirabla inildəyəcəklər.

Bu dünyada doğru düşüncəyə sadiq qalan, “müsbət hərəkət”i özünədüstur seçən və bu prinsiplə hərəkət edən insanlara axirətdə əməl dəftərləri sağdan veriləcək və onlar şad olacaqlar. Əməl dəftəri soldan verilənlər isə bütün çirkin günahlarının orada yazıldığını görəcəklər. Dünyada harama baxıb harama qulaq şəkləyən, haram yolda yeriyib harama əl uzadan və haqq-hüququ tapdalayan bəndələr hesab günü bütün günahlarını əməl dəftərində görüb çox peşman olacaq və “Kaş!” deyəcəklər. Cəhənnəmə atılmazdan əvvəl cürmlərinin xəcalətindən ikiqat olacaqlar.

O baxımdan Allah-taalanın ən gözəl biçimdə yaratdığı, mələklərə qiblənüma etdiyi, xüsusi qabiliyyət və istedadlarla dünyaya göndərdiyi bu abidəvi məxluq üç-beş günlük dünya və üç-beş günlük məqam-mənsəb, səltənət üçün bu cür rəzilliyə meyil göstərməməli, insanlığını çirkləndirməməlidir. Çünki əgər o, Allahın lütf etdiyi bu nemətlərə dəyər verməsə, “Onlar heyvan kimidirlər, bəlkə, ondan daha da alçaqdırlar” (“Əraf” surəsi, 7/179) cəzasına məruz qala, ən səfil məxluqdan da aşağı səviyyəyə düşə bilər.

Cəhənnəm əzabından geri qalmayan vicdan əzabı

İnsan nə qədər yüksəyə çıxırsa, yıxılanda bir o qədər dərinə düşər. Odur ki Həzrət Pir ixlas/xillət "qüllə"sindən başaşağı yuvarlanan insanın düz yerə deyil, dərin quyuya düşəcəyini söyləyir (Bax: Bədiüzzaman, “Ləmalar” səh. 204 (21-ci ləma, IV düstur)). Eyni şəkildə “bi hasəbil-məğnəm əl-məğrəm”, yəni “qənimətinartıb-azalmasıriskdən asılıdır” prinsipinə görə, Allah-taala sənə nə qədər çox lütf edirsə, bir o qədər çox təhlükədəsən. Bəli, insan Allah-taalanın başına yağdırdığı nemətlərə nankorluq edərsə, dərin quyuya düşə bilər.

Günah işləməklə məqamına və insanlığına qarşı hörmətsizlik edən, "Allahın dostluğu" məqamına namizəd yaradıldığı halda, şeytanla oturub-duran, insani vəzifəsini dərk etməyən, adına yaraşmayan əməllər işləyən, beləcə, istedad və qabiliyyətlərini kirlədən insan “Kaş yox olaydım, amma bunu görməyəydim, eşitməməydim!” deyəcək və cəzaya məruz qalmazdan əməl dəftərində yazılanlara baxıb böyük vicdan əzabı çəkəcəkdir.

İnsan axirətdə bu cür peşman olmaq istəmirsə, haqpərəst olmalı, Allah Rəsulunu (sallallahu aleyhi vəsəlləm) və Onun Rəşid Xəliflərini rəhbər tutmalı, onlar kimi yaşamağa çalışmalıdır. Onlar dövlətin başında olanda belə isti yorğan üzü görməmiş, saray-villa dalınca düşməmiş, dünyaya pərəstiş etməmişdilər. Peyğəbərimiz (aleyhi əkməlüttəhaya) dünyasını dəyişəndə mübarək zövcələrinin güzəranını təmin etmək üçün aldığı borc pul əvəzinə zirehini bir yəhudiyə verdiyi kimi (Buxari, “Cihad” 89; Tirmizi, “Sehir” 7; İbn Macə, “Rühun” 1), Onun yolunu tutan Rəşid Xəlifələrdən də dünya malı miras qalmamışdır. Bir mənada bizə dünyadan köçmə ədəbini öyrətmişlər. Onlar kimi yaşayan insanlar peşman olası işlər görmədikləri üçün axirətdə də “kaş” deyib heyfislənməyəcəklər.

Həyat qumar masasına atılan zər deyildir

İnsan “Kaş!” deməmək üçün elə bir həyat yaşamalıdır ki, “Yadındamı doğulduğun günlər? / Sən ağlar idin, gülərdi həp aləm... / Elə bir ömür yaşa ki, olsun / Ölümün sənə bayram, xalqa matəm...” misralarında ifadə edildiyi kimi, öz ölümünü düşünüb dərdçəkməməli, əksinə ölümü başqalarınıağlatmalıdır. Bəli, körpə dünyaya gələndə ağlayır, valideynləri isə sevinirlər. İnsan elə həyat yaşamalıdır ki, öləndə dünyasını dəyişdiyi, əbədi səadətə köçdüyü üçün sevinsin. Qoy yası başqaları tutsun, qoy başqaları göz yaşı töksün. Sən dünyaya gələndə sevinənlər indi də dünaydan köçdüyünə görə ağlasınlar. Məhz bu cür ömür yaşayanlar heç vaxt “Kaş!” deməmişlər. Ömrünü zər kimi qumar masasına atanlar, onu hədər edənlər isə dünyada da, axirətdə də “Kaş” deyəcəklər.

Xüsusilə ömrünü iman və Quran yoluna həsr edən insanlar elə yaşamalıdırlar ki, heç vaxt “Kaş” deməsinlər. “Kaş” sözü onların nə bu günündə, nə sabahında, nə də axirətində özünə yer tapmalıdır. Onlar ömür adlıneməti gözəl dəyərləndirməlidir ki, dünyadan köçəndə axirət mükafatını düşünüb sevinə bilsinlər. İnsanlar isə onların gedişinə göz yaşı töksünlər. İllər, əsrlər ötsə də, qəlblərdə yaşasınlar, xeyirlə yad edilsinlər. Qurani-Kərim: “Onlardan sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş din qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə”” (“Həşr” surəsi, 59/10) ayəsi ilə bizə bu yolu göstərmişdir.

Bu gün biz dönüb keçmişə baxanda “Allahım, Həzrət Əbu Bəkirdən, Həzrət Ömərdən, Həzrət Osmandan və Həzrət Əlidən min dəfə razı ol! Onlar bizə böyük miras qoydular! Onlar sonsuz mərhəmətinlə verdiyin nemətlərdən səmərəli istifadə etdilər, əvəzində qat-qat artıq savabqazandılar!” deyir və onları dua ilə yad edirik.

Digər tərəfdən haqq-hüquq bilməyən, xalqın malını qəsb edən, halal-harama baxmadan əlinə keçəni mədəsinə ötürən insanlar isə lənətlə yad ediləcəklər və “Nə özü eylədi rahat, nə xalqa verdi hüzur / Yıxıldı getdi cahandan, gözləsin əhli-qübur!” sözləri ilə xatırlanacaqlar. Ona görə də insan əməllərinə diqqət etməli, təmiz ömür yaşamalı, dünyadan da pak köçməlidir ki, axirətdə xəcil vəziyyətə düşməsin.Xüsusilə çiynində böyük bir əmanət daşıyan insanlar dünyanı deyil, Allahı arzulamalı, ətəklərini dünyanın kiri-pası ilə çirkləndirməməli və “Allahım, məni sənsizliyə düçar etmə!” deyə dua etməlidirlər. Onlar bu düşüncə ilə yaşamalı, bu düşüncə ilə də dünyadan köçməlidirlər. Hədisdə də bəyan edildiyi kimi insan necə yaşayırsa, elə ölür, necə ölürsə, elə dirildilir. Necə həşr olunursa, əbədəi mənzilə də elə gedir.

“Unutma, ölüm bir gün anidən gələr”

Həzrət Pir bir yerdə “Ay aman, aldandıq! Dünya həyatını əbədi sandıq. O səbəbdən bütünlüklə hədər etdik . Bəli, bu həyat yuxudur, yuxu kimi gəldi keçdi. Bu müvəqqəti ömür də bir külək kimi əsir keçir...” (Bədiüzzaman, “Sözlər” səh. 227 (On yeddinci söz, ikinci məqam)) sözləri ilə dünyanın fani olduğunu vurğulayır. Bir başqa yerdə də “Faniyəm, fani olanı istəməm! / Acizəm, aciz olanı istəməm! / Ruhumu Rəhmana verdim, başqa bir şey istəməm! / İstərəm, fəqət bir Yari-Baqi istərəm! / Zərrəyəm, fəqət bir Şəmsi-Sərməd istərəm! / Heç-əndər heçəm, fəqət bütünbu mövcudatı istərəm!” (Bədiüzzaman, “Sözlər” səh. 235 (On yeddinci söz, ikinci məqam, ikinci lövhə)) sözləri ilə bir tərəfdən insanı böyük ideallara səsləyir, digər tərəfdən də əhli-dünyanın gözündə böyütdüyü dünya nemətlərinin dəyərsizliyini diqqətə çatdırır. Allah bizi bu böyük insanların yolundan ayırmasın! Çünki onların yolu İnsanlığın İftixarı Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) yoludur.

Mövzunu Həzrət Əliyə (radiyallahu anh) aid edilən bir şeirlə yekunlaşdırıram:

“Ey dünya işləri ilə başını qarışdıran zavallı! Uzun bir ömür ümidi ilə aldandın!
Yetməzmi bu qədər qəflət və biganəlik? Bax, səfər vaxtı gəlib çatdı!
Unutma, ölüm bir gün anidən gələr! Səni gözləyir qəbir, odur əməl sandığın.
Elə isə dünyanın dərd-sərindən səbrə sığın! Bil ki, əcəl gəlmədən gəlməz ölümün!” (İbn Həcər, “əl-Münəbbihat”, səh. 4).