“Sistem korluğu” və toplumların ömrü
Sual: Haqq yolunda həyata keçirilən fəaliyyətlərin tədricən insanların gözündə adiləşməsinin və monotonlaşmasının səbəbi “sistem korluğu”dur? “Sistem korluğu”ndan qorunmaq üçün nə tövsiyə edirsiniz?
Cavab: Bəşəriyyətə sevinc gətirmək və bütün dünyanı səadət rüzgarı ilə çulğalamaqqayəsi ilə əl-ələ verən insanlar məqsədlərini gerçəkləşdirmək naminə indiyədək cidd cəhdlər göstəriblər. Görünür Cənabi-Allah onların səylərini bərəkətləndirmiş, “bir”i “min” etmiş, lütfünü leysantək yağdırmış və onlara müvəffəqiyyət bəxş etmişdir. Ancaq unutmamalıyıq ki, ilahi inayətin nəticəsi kimi əldə edilən bu müvəffəqiyyətlərin mütəmadi olması ixlas və səmimiyyətin itirilməməsindənvə məfkurənin yaddan çıxarılmamasından asılıdır. Allah qorusun, əgər başımıza leysantək yağdırılan lütfləri görməzliyə vursaq, bəxş edilən nailiyyətləri özümüzdən bilsək və “vəsilə”ni “qayə”nin yerinə qoysaq, bütün toplumlar kimi, biz də tənəzzüllə üz-üzə gələrik. Əslində, müxtəlif dövrlərdə İslam cəmiyyətlərində meydana çıxan problemlərin səbəblərini dərindən araşdırsaq, yuxarıda sadalanan hallarla rastlaşarıq.
Uğurlarda Allahın inayətini görməliyik!
Daha ətraflı desək, dünyanın müxtəlif ölkələrinə hicrət edən Hizmət könüllülərinə bəxş edilən müvəffəqiyyətləronların çəkdikləri zəhmətin çox-çox fövqündədir. Heç kim Mutə döyüşündəki sərdarlar kimi canını təhlükəyə atmır, Yermukdakı qəhrəmanlar kimi düşmənlə əlbəyaxa olmur. Əksinə onlar hara gedirlərsə, orada insanlardan iltifat görür, işləri təqdirlə qarşılanır. Heç kim bəşəriyyətin dərdini çəkməkdən evinin yolunu, ailəsinin çöhrəsini, övladlarının adlarını unutmur. Ancaq müxtəlif yerlərdə göstərdikləri cəhd və səylər Allahın lütfü ilə dünya miqyaslı fəaliyyətlərə səbəb olur. Ona görə də, həyata keçirilən fəaliyyətlərin pərdarxasında Allahın inayət, riayət və kilayətini görməmək, bütün bu gözəllikləri “mənimsəmək”, ilahi lütf və inayətlə meydana gələn bir hərəkatın, bir sistemin - əgər mənsubları mənəvi keyfiyyətlərini qoruyub-saxlamasa – daim bu cür qalacağını, belə uğurlar qazanacağını zənn etmək böyük bir korluqdur.
Uğurlarda təhdisi-nemət etməli və Allaha yönəlməliyik!
Bəli, müxtəlif nailiyyətlər əldə etmək, yüksək məqamlara gəlmək, müəssisələşmək, möhkəm bir sistem qurmaq kimi şeylər insanda korluq əmələ gətirir. Üstəlik bu cür korluğa düçar olan insanlar Allahın xüsusi olaraqlütf etdiyi nemətləriöz adlarına çıxmaqla məkri-ilahi[1] və ya istedraca məruz qala bilərlər.Nəticə etibarilə,qazanılan nailiyyətlərə görətəhdisi-nemət və həmd-səna etmək əvəzinə, təşəxxüs və təkəbbürə qapıla bilərlər. Bütün bunlar isə insanı fəlakətə sürükləyən amillərdir.
Sosioloqların və ya tarixçi-sosioloqlarınqeyd etdikləri kimi, demək olar ki, bütün millət və cəmiyyətlər müəyyən uğurlar qazandıqdan sonra “zəfər sərxoşluğu”na qapılaraq bu cür korluq dövrü keçirmişlər. Bu korluq dövrü də toplumların parçalanmasına və dağılmasına səbəb olmuş, başqa sözlə, onların sonunu hazırlamışdır.Roma, Bizans, Səlcuqlu və Osmanlının tənəzzülünün pərdəarxasına nəzər yetirsək, onların eyni taleyi bölüşdüklərini görərik.Hal-hazırda da bəzi hegemon ölkələrin belə bir mərhələyə girdiyini demək mümkündür. Bəli, düzgün analiz aparılsa, dünyanın müxtəlif bölgələrinə hökmranlıq eləyən və bəzi uğurlar əldə edən ölkələrin “sistem korluğu” mərhələsinə girdiyini və tənəzzülə üz tutduğunu görmək olar.
Uca qayələr
Toplumu bu cür fəlakətdən qorumaq və onun ömrünü uzatmaq üçün həmin cəmiyyəti meydana gətirən fərdlərə daim ali qayələr göstərilməli, bu istiqamətdə işlər və vəzifələr həvalə edilməlidir. Onlar işləyən beyinləri, hamıya “qollarını açan”ruhları, bütün kainata qucaq açan vicdanları ilə daimahərəkətdə olmalı və mənəvi gumrahlığı heç vaxt itirməməlidirlər. Əgər siz insanlara yüksək qayələr göstərməsəniz, sonra da bu qayələri həyata keçirmə istiqamətində müəyyən işlər tapşırmasanız, yəni onları xeyirli bir yolda daima məşğul etməsəniz, şeytan onları batil şeylərlə məşğul edər.
Mədəni mühit ya da konyekturaya görə yenilik
Digər tərəfdən dünyanın fərqli mədəni mühitlərini nəzərə alaraq ortaq cəhətləri tapmalı və onlardan yaxşı istifadə etməliyik.Arxasınca da fəaliyyətlərində zahirə aid dəyişikliklər etməli, konyekturaya görə yeni yol, yeni sistemlərtapmalısınız ki, “sistem korluğu”na məruz qalmayasınız. Əks halda, solmağınız, sönməyiniz və korşalmağınız qaçılmazdır.
Nəfsanilik və dünyəvilikdən uzaq durmalı
Bununla yanaşı, xüsusilə, çiyinlərində böyük məsuliyyət olan insanlar nəfsanilik və dünyəvilik qapılarını örtməli, sonra da arxasından on qıfılla qıfıllamalıdırlar. Kimsə onları dünyaya çağıranda da “Bihudə yorulma qapılar qıfıllıdır” cavabını verməlidir. Dünyəvi arzu-istəkləri bir kənara qoymalı, onlar hizmətlərinin müqabilində axirət mükafatını belə düşünməməli, həyatını “Gözümdə nə Cənnət sevdası, nə də Cəhənnəm qorxusu var; millətimin imanını salamat görsəm, Cəhənnəmin alovları içində yanmağa razıyam! Çünki vücudum yanarkən könlüm gülüstan olar” (Bax: Bədiüzzaman, “Tarixçeyi-həyat” səh. 616 (Təhlillər)) fəlsəfəsi ilə yaşamalı və yalnız Allahın rizasını diləməlidirlər.
Qəlb və ruhun mehvərində hərəkət etməliyik!
Çünki qazanılan hər bir uğuru öz adınaçıxan insanlar bu gün olmasa da, sabah, sabah olmasa da, o biri gün mənəvi şövqünü itirəcək, mənən sönəcəklər. Özünü heç sayan insanlar isə bir mənada Allah-taalanın mövcudluğunu sübut etmiş və Onun güc-qüvvəsinə sığınmış olurlar. Onun güc-qüvvəsinə sığınanlar isə sonsuz qüdrətinə söykəndiklərinə görə dağları aşar, dəryalardan keçər, amma heç vaxt ruhdan, taqətdən düşməzlər.
O baxımdan cəmiyyətə rəhbərlik edən insanlar daim mənən gumrah olmalıdırlar ki, ətrafındıkılara can versinlər. Qəlb və ruhun mehvərində hərəkət etməyən insanlar başqalarının dirilişinə vəsilə ola bilməzlər. Mənəvi şövqünü itirən, mənən sönən insanın özünə faydası yoxdur ki, başqalarına canlılıq, şövq və həyəcan versin. Qorxuya, tənbəlliyə, ailəpərəstliyə qapılan, vəzifədən sui-istifadə edib millətin malını talayan insanlar heç vaxt başqalarına can verə bilməzlər.
Daim fəal olmalıyıq...
Səadət Əsrində və Rəşid Xəlifələr dövründə insanlar fasilə vermədən böyük cihaddan kiçik cihada, kiçik cihaddan böyük cihada keçdiklərinə görə həmişə mənən canlı qalmış və böyük fəthlər həyata keçirmişlər.Onların daşdan, torpaqdan evlərində dünyaya aid bir şey yox idi. Ancaq o ulu şəxsiyyətlər Allahın izni və inayəti ilə dünyanın çiçəklənməsinə vəsilə olmuşlar. O baxımdan sistem və uğur korluğunun qarşısını almağın yeganə yolu səhabələrin mənəviyyatına nail olmaq və məfkurəsinə sadiq insanlar yetişdirməkdir.
Toplumların ömrünü uzatmaq mümkündür
Ola bilsin, bunlarla datoplumların “ölümünün”qarşısını tam almaq mümkün olmayacaq. Çünki insanlar kimi, cəmiyyətlərin də son aqibəti ölümdür. Bir vaxtlar böyüklərdən bir nəfər həkimlərə gileylənərək “Bu ölümə çarə tapa bilmirsiniz?” demişdi. Halbuki ölümün çarəsi yoxdur. Çünki Allah (cəllə cəlaluhu) həyatla ölümü qoşa yaratmışdır. Ölüm bu dünyada ölümsüzdür.
Allah Rəsulunun (sallallahu aleyhi vəsəlləm) bir hədisdə buyuruduğu kimi o biri dünyada bəziləri cənnətə, bəziləri də cəhənnəmə girdikdən sonra ölüm qoç surətində gətirilibkəsiləcək, yoxluğun yox edildiyi elan ediləcək, həm cənnət, həm də cəhənnəm əhlinə: “Bundan sonra əbədilikvar olacaq!” mənasında “اَلْخُلوُد اَلْخُلُودُ“ deyiləcəkdir. (Bax: Buxari, “Təfsiri-surə” (19) 1; Tirmizi, Sifətül-cənnət 20; Darimi, “Rəqaiq” 90) Əslində Qurani-Kərim və Sünnədə Allahın Muhyi və Mumit isimlərinin birlikdə verilməsi də bu həqiqəti göstərir. (Bax: “Rum” surəsi, 30/50; Tirmizi, “daavat” 82; İbn Macə, “dua” 10) Yəni həyatı yaradan Allah olduğu kimi, ölümü də yaradan Odur. “Mülk” surəsindəki ayə ilə desək “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Əzizdir, Qafurdur” (“Mulk” surəsi, 67/2)
Ona görə də bu fani dünyada ölüm qaçılmazdır. Ancaq yuxarıda sadalanan prinsiplərə əməl etmək şərti ilə toplumların ömrünü Allahın izni ilə uzatmaq mümkündür. Osmanlının etdiyi kimi...Osmanlı ömrünün bir hissəsini zirvədə, bir hissəsini “iflic halda”, yerdə qalan hissəsini də “reanimasiya”da keçirmiş olsa da, uzun müddət hakimiyyətini davam etdirmiş, iflic olduğu dövrlərdə belə güclü mövqeyini qorumuşdur.
[1] Məkri-ilahi – Allah-taalanıninsanlarınşərəməllərini, məkrliplanlarınıpozması, onlarıcəzalandırması.
- tarixində yaradılmışdır.