Zəif cəhətlərin mənəvi tərəqqiyə vəsilə olması

Sual: "Təbiətimdə hərislik, ədavət, inadkarlıq kimi pis xüsusiyyətlər var. Bunlardan heç cür yaxa qurtara bilmirəm" deyən insana nə tövsiyə etmək olar?

Cavab: İnsan cami bir varlıq olduğuna görə, həm aləmi-ülvi, həm də aləmi-süfliyə aid müəyyən qabiliyyətlərə malikdir. Yəni onun həm mülk, həm mələkut, həm cismani, həm ruhani, həm bədəni, həm də qəlbi xüsusiyyətləri var. Dolayısilə, insanın ali məqama yüksəlib qurtuluşa nail olması mahiyyətinə yerləşdirilmiş bütün bu “nüvələr”i yaradılış məqsədi istiqamətində istifadəsindən asılıdır. Bəli, əhsəni-təqvimdə yaradılan insan oğlu mələkuti və ruhani xüsusiyyətini tam şəkildə ortaya qoya bilsə və müəyyən hikmətlərə binaən mahiyyətinə yerləşdirilən mənfi hisləri iradəsi ilə cilovlayıb məşru çərçivədə yaşasa, mələklər səviyyəsinə yüksələr.

İlk növbədə insan istedad və qabiliyyətlərini, zəif və üstün cəhətlərini, boşluqlarını, ümumiyyətlə özünü çox yaxşı analiz edib tanımalı, mahiyyətindəki mənfi hisləri tərəqqisi üçün bir fürsət bilməlidir.

İnsan mahiyyətindəki müsbət hislər işlədildikdə birbaşa onun tərəqqisinə vəsilə olur. Zahirən mənfi görünən nüvələr isə ayıq-sayıqlıq, təmkin və Allahın əmr və qadağalarına riayət edilməklə nəzarət altına alınsa, mənfi təsirinə imkan verilməsə, onlar da Allahın bir ehsanına vəsilə olar.

Elə isə biz inanan insanlar olaraq bəşəri boşluqlarımızı və zəif cəhətlərimizi normal qarşılamalı, onlardan daim Cənabi Allaha sığınmalı, iradəmizi ortaya qoyaraq o mənfi ünsürləri mənəvi yüksəliş pilləsinə çevirməli, eyni zamanda həqiqi mürşidlərin rəhbərliyində qəlbi və ruhi-mənəvi həyata qovuşmağa və o istiqamətdə səyahətimizi davam etdirməyə səy göstərməliyik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.