Pensilvaniyadan baxanda...

Bir həftəliyinə Amerikadayam. Uzun müddətdir möhtərəm Fəthullah Gülən Xocaəfəndini ziyarət etməmişdim. O, demokratiya və ölkəmizin gələcəyi naminə insanları referendumda "bəli" deməyə çağırmışdı.

Onu sevənlər böyük səmimiyyətlə "bəli" üçün çalışdılar. Uzaq Şərqdən, Amerikadan, Avropadan minlərlə insan təyyarələrə minib sərhəddə səs verməyə gəldi. Bu fədakarlıq ölkə daxilində ləng tərpənənləri də hərəkətə gətirdi.

.....

Möhtərəm Fəthullah Gülən səhhətində problemlər olsa da, bəzən namaz qıldıra bilir. Referendumdan 58 faizlik "Bəli" səsinin çıxmasına çox sevinib. Sevincini belə dilə gətirib: "Məndən soruşsalar ki, son iki yüz ildə millətimizin öz gələcəyi naminə etdiyi yaxşı bir işin adını çəkin, referendumdakı 58 %lik "bəli"ni göstərərəm. Demokratikləşmə naminə bu referendum iyirmi seçkiyə bərabərdir..."

"Mehtap" kanalında "ikindi söhbətləri" həmişəki kimi çərşənbə axşamları təkrar yayımlanmağa başladı. Burada vaxt təsbihatla qılınan namazlar, müəyyən vaxtlarda edilən toplu dualar, söhbətlərlə keçir. Möhtərəm Gülənin hər gün tələbələrinə verdiyi iki saatlıq dərs buraya başqa bir abı-hava gətirir. Bu dərslərdə bizlər də bir neçə nəfərlə iştirak edə bilirik.

Bura hərə dəfə gələndə, demək olar, hər gün eşitdiyim xəbərdarlıq yenə təkrarlanır: "Biz eləmirik, Allah edir" deyir Xocaəfəndi. "Səmimi yoldaşları uğurlarına görə alqışlayaq, amma bu işi "onlar" görür kimi anlaşılmamalı..." deyir və əlavə edir.

"Sövqi-İlahi var. Mən əlli ilə yaxındır bu işin içindəyəm. Bu işin onda biri mənə həvalə edilsə idi, üz-gözümə bulaşdırardım. Məsələn, məktəb açmağa gedənlər yoxluğa üz tutmuşlar, amma heç geri qayıdan olmadı. Hər şeyi Allahdan bilək. Şəxsi, fərdi iradələr bu işin öhdəsindən gələ bilməz".

"Çətin bir dönəmdə yaşayırıq. Qışda gəldik, elə hey bahar röyaları gördük. Hətta baharın bu qədər nişanəsini görməyi də ummadıq. Qarın əriməsini, novruzgüllərini gördük".

"Torpaq olmaq çox önəmlidir, çünki gülü bitirən yalnız torpaqdır".

Hanefi Avcı hadisəsini açmaq istəmədim. Möhtərəm Fəthullah Gülənin şəxslərlə işinin olmadığını bilirəm. Üstüörtülü "Yenə bir qaralama dövrü başlatmaq istəyirlər" deyə gileyləndi. "Mən heç kəsə zərər vermərəm, verə bilmərəm..." - dedi. Hüznlü səslə otağına girən arıdan danışdı:

"Uça bilmirdi, elə bil iflic olmuşdu. "Bəlkə, acdır" deyə götürüb bir qaşıq balın içinə qoydum, düzəlmədi. Yanına su qoydum, sağalmadı. Nə elədimsə, tərpənmədi. Əlimə alıb həyətə buraxdım. Sonra oturub yarım saat ağladım. Mən heç kimi incidə bilmərəm...".

"Məhkəmə orqanlarına sızma", "təhlükəsizlik qurumlarına sızma" məsələsi onu ən çox narahat edən mövzulardandır. "Bu yalanların şamı yatsıya qədər də yanmaz" - deyir. "Əsl sızmanı müxtəlif yerlərdə öz şəbəkələrini quranlar həyata keçirir," - deyir.

Uzaqdan baxanda Hanefi Avcı hadisəsi 1999-cu ilin iyul qasırğasına bənzəyir. O gün bir kasetlə "düyməyə basanlar" bu gün başqa aktyorlara rol verərək bir kitabla səhnəyə çıxırlar. Dünən millətə sui-qəsd etməyə cəhd göstərənlər uğursuzluğa düçar oldular. Bu gün də bacara bilməyəcəklər

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.