Amerikalılar Fəthullah Güləni də əlimizdən alıb

Keçən həftə İzmir Mədəniyyətlərarası Dialoq Mərkəzi – “İZDİM”-dən bir dəvətnamə gəldi. “İZDİM” 2011-ci ildə İzmir Türkcə Olimpiadalarının təşkilatçılığını uğurla başa çatdıran İzmirin ən böyük qeyri-hökümət təşkilatıdır.

“İZDİM” indi də amerikalı professor Skot Aleksandrı "Könüllülər Hərəkatı" adlı konfransda məruzəçi qismində İzmirə dəvət edib. Dəvətnamə mənə çatanda öz-özümə: "Amerikalıdan başqa adam tapmadılar" dedim.

Dəvətnamənin üstündə "Könüllülər Hərəkatı" yazılmışdı. "Amerikalı Türklərə Könüllülər Hərəkatından danışacaq?!" deyə etinasız yanaşdım. Gedib-getməməkdə tərəddüd edirdim. Ofisdəki şifanerimə baxdım, kostyum şalvar hazır durur, köynəklər də ütülü, elə isə “Getməkdən başqa çarəm yoxdur” dedim və yola düşdüm.

Balçovadakı Qaya Prestij Hotelinə gəldim. Maşını saxlayası yer yox, bütün maşın dayanacaqları dolu Hotelin ağzında iynə atsan, yerə düşməz. Lobbidə də eyni vəziyyət, salona daxil oldum, salon da ağzına qədər dolu... “Məəttəl qalmadım” desəm, yalan olar. Bu əhval-ruhiyyədə jurnalistlər üçün ayrılmış yerə keçdim və oturdum.

“Kimlər vardı” deyə maraqlananlar olar. İnanın konfransa gələnləri alt-alta sıralasam, beş yazıdan daha uzun olar. Mən qısa və lakonik məlumat verim.

İzmir bürokratlarının əksəriyyəti salonda idi. Həmçinin İzmirin məşhur QHT-nin sədr və üzvləri ilk sıraları tutmuşdu. İzmirli iş adamları da az deyildi. Jurnalist və yazarların əksəriyyəti də salonda idi.

Bir qədər sonra prof. dr. Skot Aleksandrla birlikdə məruzəçi kimi konfransa qatılan Faruq Mərcan öz yerlərini tutdular. Faruq Mərcan yazıçı və jurnalistdir. Üstəlik Pensilvanyada Fəthullah Gülənlə qalaraq onun 50 illik həyatını qələmə alan nadir jurnalistlərdəndir.

Faruq Mərcandan sonra prof. dr. Skot Aleksandr sözə "Bismillah"la başladı. Salondakıları ərəbcə "Əssəlamü əleykum"la salamladı. Salondakılar məəttəl qaldı. Allahın amerikalısı gör nələr deyir. Üstəlik Katolik Xristian olan prof. dr. Skot Aleksandr bir Katolik məktəbində dərs də keçir, Müsəlman-Xristian əlaqələrini araşdırır.

Prof. Skot Aleksandr Türkiyəyə 7 dəfə, İzmirə isə 3 dəfə gəlib. Türkiyəni və türkləri çox sevdiyini dedi. Salondakıların alqışı eşidildi.

Dəvətnaməyə baxıb ağız büzdüyüm prof. dr. Skot Aleksandrın məruzəyə girişi məndə xeyli maraq oyandırdı.

Skot Aleksandr “-Hizmətlə- Könüllülər Hərəkatı ilə necə tanış oldum, sizə ondan danışım”, deyə sözə başladı.

Bir gün dərs dediyi Katolik məktəbində otağına bir Türk gəlir. Daha sonra həmin Türk Skotun Kamal abisi olur...!

Kamal abisi ona deyir ki: "Biz “Niagara Foundation” (Niaqara Fondu) adlı bir vəqf qurduq, Fəthullah Gülənin təlimi istiqamətində "Mədəniyyətlərarası Dialoq”un yayılmasına çalışırıq. “Beynəlxalq Dialoq Mərkəzinin fəaliyyətlərini ictimaiyyətə çatdırmaq üçün ziyafət vermək istəyirik, sizi də bu yeməyə məruzəçi kimi dəvət edirik, gələrsiniz?” deyə təklifini bildirir.

Skot Aleksandr:

"Çox təəccübləndim, Fəthullah Gülən adını eşitmişdim, mühüm bir şəxs olduğunu bilirdim, dərhal qəbul etdim" deyir.

Kamal abisi "başqa kimi dəvət edək" dediyi üçün "siyahıda başqa kim var, adlara baxıb təklifimi bildirərəm" deyir.

Kamal abi siyahını çıxarır...

Siyahının başında təkcə bir nəfərin adı var – Skot Aleksandr, başqa ad yoxdur.

Kamal abi birlikdə siyahı tutmağı təklif edir. Beləcə Skotla Kamal abi kağız üstündə işə başlayır.

Skot deyir ki: "Siyahını birlikdə tutmağa başlayanda artıq mən də "Könüllülər Hərəkatının -Hizmətin" bir parçası olmuşdum!”

Davam edir.

"O gün siyahını birlikdə hazırladıq. Siyahıya aldığımız qonaqların əksəriyyəti dəvəti qəbul edib gəlmişdi. Dəvətdən əvvəl tanınmayan “Beynəlxalq Kültür və Dialoq Mərkəzi”ni bu ziyafətdən sonra hər kəs tanımağa başladı".

Prof. dr. Skot Aleksandr bu fəaliyyətlərdən sonra tez-tez adını eşitdiyi Fəthullah Gülənlə tanış olmaq üçün Pensilvanyaya, Fəthullah Gülənin evinə gəlir. Onu ilk dəfə görəndə həyəcan keçirir, təzyiqi düşür və huşunu itirir.

Öz sözü ilə desək “Sizin “imam bayıldı” var ha, mən də "Skot bayıldı" oldum” deyir.

Fəthullah Gülən ona duzlu ayran hazırlayıb içirir və Skot özünə gəlir. O gün Fəthullah Gülənlə söhbətdən sonra ona olan maraq və heyranlığı daha da artır.

Burada Gülənin amerikalılara da möcüzəvi dərman olan "duzlu ayranı" tanıtması diqqətimi çəkdi.

Prof. Skot Aleksandr Fəthullah Gülənlə görüşündən danışanda “heç”lik, “yox olma” məqamına diqqət çəkir.

"Mən heçdim, amma Gülən məndən daha heçdi" deyir.

Prof. Skot Aleksandr ən çox Fəthullah Gülənin əngin təvazökarlığından təsirlənir.

Prof Skotun konfransdan sonra suallara verdiyi cavablar da çox maraqlı idi.

Prof. Scotun fikrincə İran İnqilabı ucbatından dünyada “İslam və Müsəlmanlıq İmici” yalnlış formalaşıb. Skot: "İslamiyyət və Müsəlmanlıq İran İnqilabı ilə yanlış tanıdıldı" deyir.

“11 Sentyabr hadisəsindən sonra isə "İslamiyyət və Müsəlmanlıq" sözləri terrorla birlikdə çəkilməyə başlandı” deyən Skot təəssüflə bildirir ki, Amerikada "Müsəlman lider" deyəndə ilk olaraq Usamə bin Laden ağıla gəlir.

Scot: "Mən isə Müsəlman lider kimi Fəthullah Gülən Xocaəfəndini göstərirəm" deyir.

Bu sözlər prof. dr. Skot Aleksandra aiddir: “İran İnqilabı insanlığı İslamiyyətdən soyutmaq üçün edildi, 11 Sentyabr hadisəsində də əsas hədəf Amerika və Avropa deyil, İslam dini idi”.

Prof. dr. Skot Aleksandrın məruzəsindən sonra, Türkiyənin özünün yetişdirdiyi elm adamlarını əlindən qaçırdığı kimi, “son əsrin ən böyük mütəfəkkiri Fəthullah Gülən”i də əlindən qaçırmaq üzrə olduğunu anladım.

Türkiyədə və dünyada bütün sərhədləri aradan qaldıran, "Ümumbəşəri Pedaqoq" kimi tanınan Fəthullah Güləni biz anlaya bilmirik, amma Skot Aleksandr adlı bir amerikalı anlayır və Türkiyəyə onu tanıtmaq üçün gəlir.

Nə qədər tragikomik hadisədir, elə deyilmi?

Türkiyədə bəzi qəzet və jurnalistlər hələ də Güləni və bütün dünyaya yayılan fikirlərini gözdən salmağa çalışır, bir tərəfdən də italyalı Susanna Tamaronu tərifləməkdən yorulmurlar.

Ellər bizə heyran, biz ellərə!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.