Artıq Rahat Ölə Bilərəm...

On bir il sonra yenə Moskvadayam Sübh çağı Qaldığım otağının pəncərəsi önündəyəm. Şirin bir aydınlıq qucaq açır şəhərə.

Şəhər üzərinə qar yağmış nəhəng kimi yavaş-yavaş dərin yuxudan oyanır, üstünə çökmüş qarı sirkələyir.

Uzaqlarda fabrik bacalarından göylərə yüksələn tüstü-duman üfüqdə donmuş dəvə karvanlarına bənzəyir.

Küçədə üz-gözünü bürümüş bir qadın əlində süpürgə ilə yerdə donmuş zibilləri toplamağa çalışır.

Nahar üçün Türk-Rus Məktəbinin Müdiri Genri Kuznetsov bizi gözləyir. Mənzilin çöl qapısını açan kimi sinəmizi döyəcləyən ayaza məhəl qoymadan yola düşürük.

Bu iri cüssəli, təvazökar insanı çoxdandır ki görmürdüm.

Qapıda qarşılayır bizi.

Geniş çiyinlərinə tökülən dalğalı saçlarında qara tellər bəyazların içində artıq görünməz olub.

Zəngin bir yemək masasındayıq.

Türk mətbəxindən şirin mənzərələr gözlərimizi oxşayır.

İsti çay isidir içimizi. Amma ürəyimizi Kuznetsovun sözləri isidir. Türk məktəbinin açılışından söz açır bizə:

"1995-ci il… Mən Moskva Milli Təhsil Nazirliyində idim. Qarşımda ilk dəfə bir Türk görürdüm. Adı Mehmet. Çox cavan idi. Məktəb açmaq istədiyini söyləyirdi... Nə yalan danışım, əvvəllər güvənmədim və çox əngəl oldum. Türkiyə haqqında bilgim həm çox məhdud, həm də mənfi idi. Türkiyə ilə çoxlu müharibələr apardığımızı, 1917-də bizi ilk tanıyan ölkələrdən biri olduğunu, müsəlman ölkə olduğunu, II Dünya Müharibəsində bizə qarşı olmadıqlarını bilirdim, bu qədər. Türklər İngiliscə və Türkcə təhsil vermək istəyirdilər. Məni işi ləngitdiyimi görüncə Türkiyəyə dəvət etdilər. Türkiyədə gördüklərim məni çox təsirləndirmişdi. Avropa ölkəsi idi. Dövlət başçısı, baş naziri vardı. Çox partiyalı idi. Bu səyahətimizdən sonra yüz səksən dərəcə dəyişdim. Moskvaya qayıdanda Təhsil Nazirliyinin Rəhbərliyinə fikirlərimi çatdırdım. Məktəbin açılmasına icazə alındı. Əslində bizi hərəkətə gətirən məsələlərdən biri də ruslarla evli türklər idi. Onların uşaqları vardı. Sovetdən sonra etnik məktəblər açılmağa başladı. Bunlar öz dillərini uşaqlarına öyrətmək istəyirdilər. Çox danışılan dillər onsuz da həmişə vardı. Bu məktəbin əhəmiyyəti Moskvada yeganə türk dilli məktəb olması idi. Rus təhsilində bu çox diqqətə layiq bir hadisə idi. Deyə bilərəm ki, bu məktəblər mənim həyatımın ən böyük lahiyələrindən biridir".

Bu məktəbin açılışında bir rus dövlət nümayəndəsinin söylədiyi sözlər əslində hər şeyi çox gözəl ifadə edir.

"Rusiyanın yaxın tarixində iki hadisəyə çox əhəmiyyət verirəm. Qaqarinin kosmosa çıxması və türklərin Moskvada məktəb açması".

Müdir Kuznetsov türk müəllimlərini çox sevir:

"Bu müəllimlər mənə Türkiyəni sevdirdilər. Uşaqlarımıza çox gözəl nümunə olurlar. Bilirsiniz təhsildə iki şey çox əhəmiyyətlidir. Rəhbərlik və nüfuz. Maraqlıdır ki, şagirdlərə bir dost, bir böyük qardaş kimi davranan bu müəllimlər eyni zamanda onlar üzərində böyük bir nüfuza da malikdirlər. Bu isə mənim çox xoşuma gəlir. Türk müəllimlər lokomotiv funksiyasını yerinə yetirirlər. Onlar olmadan biz bu təhsili davam etdirə bilmərik. Onların siqaret, içki kimi pis vərdişləri yoxdur. Narkotik və buna bənzər şeylərin heç adını çəkməyə də ehtiyac duymuram. Müəllimlər arasında rus-türk deyə bir fərqlilik yoxdur. Əvvəllər Ruslar: "Türkiyə müsəlman ölkədir, biz isə daha çox ortodoksalıq, uşaqlarımızı müsəlman edəcəklər" deyə qorxurdular. Dini dərs vermirik. Ailələr uşaqlarını məktəb xaricində Sinaqoq, Kilsə, Məscid… istədiyi yerə apara bilərlər. Təhsilimiz çox keyfiyyətlidir. Bu məktəblərlə biz bir körpü qurduq. Gələcəkdə bu körpünün üzərindən milyonlarla insan keçərək əl-ələ verəcək. Burada yetişən şagirdlərdən heç biri əsla Türkiyə əleyhinə olmayacaq. Və bu məktəblər də əsla Rusiyanın əleyhinə deyil. Bu məktəblərdən götürəcəyimiz çox şey var. Mənim atam II Dünya Müharibəsində öldü. Rusiya üçün öldü. Axı mən necə Rusiya əleyhinə ola bilərəm. Bu günləri gördüm, artıq rahat ölə bilərəm" deyə sözlərini bitirdi.

Müdir Kuznetsovun sözləri kimi əsmər üzü də insana güvən verir. Üstəlik türk müəllimlərinə olan sevgisi təqdirəlayiqdir. Övladlarını hər cür təhlükədən qoruyan şəfqətli bir atanı xatırladır.

Ayrılma vaxtı gəldi.

Müdir Kuznetsovun sözləri Moskvanın ən soyuq gecələrini belə isitməyə kifayətdir.

Mənim yerimə kim olsa, eyni şeyi düşünərdi:

"Bu günləri gördüm, artıq rahat ölə bilərəm".

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.