Bu gün sabahı quran "intellekt"
Əli Şəriəti cəmiyyəti bir üçbucaq şəklində təsəvvür edir və üç hissəyə ayırır. Oturacağı "xalq" kütləsi, orta hissəni yaşadıqları dövrü şərh etməyə çalışan ziyalılar meydana gətirir. Zirvəni isə gələcəyi şəkilləndirən və xəbər verən dahilər təşkil edir.
"Galiley 16-cı əsrdə yaşadı amma Qərbdə 17-ci əsr Galiley əsri oldu. Nyuton ömürünün çox hissəsini 17-ci əsrdə yaşadı və 18-ci əsr "Nyuton əsri" oldu" deyir Şəriəti. Dövrünü yaşayan ziyalıların əksəriyyəti statik, yəni mövcud halı mühafizə etmək istəyən (mühafizəkar) olurlar. Hətta sözgəlişi Karl R. Popperə görə Hegelin "Prussiya agenti" olması "Who Paid the Piper: The CIA and the Cultural Cold War" adlı kitabında Fransis S. Sandersin yazdığına görə isə, Bertrand Rassell, Arnold Toynbi, Jan-Paul Sarter, Herbert Spenser, İrvinq Kristol, Andre Malraks, Corc Orvell, Artur Şlesinger və daha bir çoxlarının CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) hesabına fəaliyyət göstərməsi kimi, aralarında hegemon qüvvələr tərəfindən istifadə edilənlər də çıxır. Amma bu gün yaşayıb gələcəyi quranlar, ümumiyyətlə, xalqın düşüncəsinə və həqiqətə baxmayaraq suverenliyini davam etdirmək istəyən statik güclər tərəfindən düşmən elan edilir; ağır ittiham və tənqidlərə məruz qoyulur; anlaşılmama, səhv anlaşılma talesizliyinə düçar edilir; işgəncələr verilir, sürgün edilir, öldürülürlər. Fəthullah Gülən gələcəyin dünyasını qurmağa çalışan və ölüm xaricində, bütün haqsızlıqlara məruz qalmış "istedadların, dahilərin" tarixdəki ən öndə gələn nümunələrindən biridir. "Foreign Policy" jurnalının onu günümüzdə dünyanın ən öndə gələn 100 intellekti arasında adını çəkməklə ona əlavə edəcəyi heç bir şey yoxdur. Digərləri kimi, öz ölkəsində başa düşülməmək talesizliyinə məruz qalsa da, "insaniyyəti-kübra" olan İslam təməlində, müasir dövrdə sona varması qeyri-mümkün bir səylə tərsinə çevrilməyə çalışılan insanlıq ortaq məxrəcinə (fitrət) xitab edən Fəthullah Gülən artıq dünyanın hər tərəfində səlim vicdanlar tərəfindən qəbul edilir.
Ölkəmizdə illərlə müəyyən mərkəzlər tərəfindən bir cəbhəyə çevrilmiş baş örtüsü məsələsi qarşıdurma amili olaraq qəsdən mühafizə edilir və ən son baş verən siyasi çalxalanmalarda da əhəmiyyətli bir yerə malikdir. 1995-ci ildə "Mədəniyyətlərin qarşıdurması" tezisi ilə səhnəyə çıxan Hantington, əsasən, İslamı 21-ci əsrdə tamamilə təsirsizləşdirmə planının ideoloji zəminini hazırlamağa çalışırdı. Fəthullah Gülən 1994-cü ildə bir tərəfdən baş örtüyünün İslam ağacında bir "budaq" hökmündəki yerini vurğulayarkən, əsasən onu bir cəbhə olmaqdan xilas etmək addımını atır, digər tərəfdən, tolerantlıq və dialoq çağırışını edərkən, İslamın, müsəlmanların və ölkəmiz əleyhinə inkişaf edən qlobal bir planın içində cığırlar açırdı. Bununla yanaşı, o, haqlı olduğu çoxdan ortaya çıxmış bu iki mövzu barədə də ağır ittihamlara məruz qaldı.
Fəthullah Gülən indiyə qədər sadəcə Türkiyədə 4 milyona yaxın satılmış və bir çox xarici dillərə də tərcümə olunan kitabların müəllifidir. Buna baxmayaraq, bir alim kimi yazmadığı və didaktik bir dildən istifadə etmədiyi, irşad dil və üslubunu seçdiyi, həm müasir, həm də çox klassik düşüncə qəliblərinin xaricində düşündüyünə görə, bu gün fikirlərindəki dərinlik və əhatəliyi ilə birlikdə elmi səviyyəsi kifayət qədər anlaşılmamaqda; ağılla qəlbi bir bütünün iç-içə iki dərinliyi olaraq nəzərdən keçirdiyi, vicdanın dörd rüknü, ruhun dörd duyğusu olan zehin, qəlb, hiss və iradəyə birlikdə xitab edib, bunların hər birinin yönünü (qane olmasını) əsas aldığı üçün də mənəvi-ruhi rəhbərliyi dərk edilməməkdədir.
Qısacası, Fəthullah Gülən bu gün sabahın dünyasını qurmaqla məşğul olduğu üçün nəyə məruz qalsa da, heç şübhə edilməsin ki 21-ci əsr Fəthullah Gülənin düşüncə və hərəkət yolunun əsri olacaqdır.
- tarixində yaradılmışdır.