Dərin Dialoq (!)
Hər masada fərqli səmavi din mənsublarından qonaqlar vardı.
Sağa dönəndə bir yəhudi, solda bir xristian, qarşıda bir müsəlman...
Ya da tam əksi.
Gözlərimə inana bilmədim.
Bu günə qədər fərqli dinləri təmsil edən ruhanilərin qatıldığı çox yığıncaq görmüşdüm.
Amma beləsini inanın ki, görməmişdim.
Ortalıqda dişini ağardan, gözə batan bir sünilik filan da yox idi.
Kürsüyə çıxan hər kəs, həm də heç udqunmadan, illərlə əvvəl "dialoq" fəaliyyətini başladan Fəthullah Gülən Xoca Əfəndiyə səmimi təşəkkürlərini bildirdi.
Hətta, Rum Ortodoks Patriyi Bartelemo: "Gözdən iraq olan könüldən də iraq olar" sözü bizə aid deyil,” -dedi.
Və əlavə etdi:
"Uzaqlarda da olsa, biz Fəthullah Gülən Xoca Əfəndini sevir və həsrətlə gözləyirik."
Bu yeməyi görüncə, bu günə qədər tərəflərin bir-birini tanıma və anlaması üçün görülən fəaliyyətlər "dialoq" adını daşıyırsa...
Bunun adı nə olmalıdır? -deyə düşündüm...
Yeməyə qatılan bir dostum, zarafatyana: “Bu da "Dərin Dialoq(!)" -deyə pıçıldadı.
Bəli, -dedim, -bu axşamı ancaq bu termin ifadə edə bilər.
Bəhs etdiyim yemək: “Gazeteciler ve Yazarlar Vakfı” tərəfindən təşkil edilən ənənəvi iftar yeməyidir.
Bu dəfəki yığıncaq əvvəlki illərdən xeyli fərqli idi.
Fərqli din mənsublarının "təmsili ilə" deyil, "iştirakı ilə" bir iftar təşkil etməyə qərar veriblər.
Bu iftar o qərarın məntiqi nəticəsi idi.
Yeməyin əvvəlində Vəqfin mütəvəlli heyət başçısı Hüseyn Gülərcə Xoca Əfəndinin ismarıcını oxudu.
Ağlıma TURİNG gəldi.
Nə əlaqəsi var, deməyin.
Bu vəqfdirsə, o da dərnəkdir.
- tarixində yaradılmışdır.