Əfəndim

Yetmiş il biz deyildik,
Bəs kimiydik, əfəndim?!
Qayalara çarpılan
Səs kimiydik, əfəndim.

Bilən yox idi kim dost,
Kim bizə qardaş idi.
Əllərimiz qabarlı,
Gözlərimiz yaş idi.

Oyandıq, gec oyandıq,
Kimlər oyatdı bizi.
Özgələr viran qoydu,
Doğmalar satdı bizi.

Bizi qara yazdılar,
Ağa yazan olmadı.
Qatar-qatar dərdləri
Ötən ozan olmadı.

Ozan da sən, aşıq da,
“Kırık mizrab” kimiyəm,
Tel ver mənə, əfəndim!

Hikmət də sən, işıq da,
Nurlu əzab kimiyəm,
Əl ver mənə əfəndim!

Boğuldum bu xiffətdən,
Sinəm şəhid məzarı,
Gül ver mənə, əfəndim!

İçimdə yurd savaşı,
Sənsən dayağım daha,
Sənsən bayrağım daha,
Ürəyim qanlı sancaq...
Hər an səni duyacaq,
Hər an səni anacaq!

Əl ver, haqqın elçisi,
Yol ver, haqqın yolçusu,
Fəthullah Gülən Xoca!
Fəthullah Gülən Xoca!

“Bir çiçək axşamı” kitabından

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.