Əsrlərin Dilindən İŞİQ SÜVARİLƏRİ
İnsan ömrünü başqaları uğrunda fəda edə bilərmi? Əminəm ki, bunu eşidənlər: “Bu dövrdə belələri varmı?” deyəcəklər. İşdən-gücdən, bəlkə də, fərqinə varmırıq, amma övladlarımızın gələcəyi naminə həyatlarını dünyanın hər yanında fəda edən igidlər; anadan, atadan, yardan keçərək qəlblərə və düşüncələrə nur saçan “işıq ərləri” var. Sibirin 50 dərəcəli soyuğunda, Afrikanın 40-50 dərəcəli qızmar istisində yeni bir dirilişin abi-həyatı ilə təşnə könülləri gülşənə çevirən “alpərənlər” var.
Bu dastan layiqincə necə anlamaq olar? Düşüncələrdəki qərəzli yanaşmalar, qəlblərdəki düşmənçiliklər necə silinməli? Buna cavab tapmaq bu “könül ərləri”nin həyatları ilə yazdığı möhtəşəm dastanı gələcək nəsillərə çatdırmaq üçün zərurət deyilmi?
Yunus Əmrə, Mövlana, Hacı Bəktaşi-Vəli, Füzuli, Baki, Şeyx Qalib, Akif və digər nəhəng söz ustadları bu dövrdə yaşasaydılar, bu dastanı necə vəsf edərdilər? Bu igidləri gələcək nəslə çatdırmaq üçün hansı möhtəşəm əsərlər ərsəyə gətirərdilər?
Gəlin bir anlıq gözlərimizi yumub keçmişə bir səyahət edək.
Baxın görün, bu nur üzlü Dərviş Yunus nə deyir:
Könüllərdə gül misalı,
Açar Sənin bu ərlərin.
Bülbül kimi daldan-dala,
Uçar Sənin bu ərlərin.
Şəfi Sənsən, Səndə bərat,
Məftunların keçər sirat,
Kövsərindən abi-həyat,
İçər Sənin bu ərlərin.
Xalq içində dildən-dilə,
Bağçalarda güldən-gülə,
Dərviş misal eldən ilə,
Keçər Sənin bu ərlərin.
İsmin gələr, nurlar yağar,
Cümlə aləm eşqə doyar,
Bu dünyada diyar-diyar,
Köçər Sənin bu ərlərin.
Yunus yanar eşqin ilə,
Gül yolunda dönər külə,
Reyhanını qızğın çölə,
Saçar Sənin bu ərlərin.
Yunus, ey qoca Yunus! Yenə könlümüzü gülşənə çevirdin. Bu böyük övliyanın əllərindən öpüb, yolumuza davam edək. Bu ağacın altında oturan ağsaqqalı gördünüzmü? O, möhtəşəm qəzəl və qəsidə ustadı Füzuli. “Leyla və Məcnun”u və “Su qəsidəsi”ni yazan böyük ədib. O də yəqin gələcəyimizdən xəbər alıb. Nur saçan sözləri ilə “işıq ərləri”ni anlatır:
Bu ərlər ki, eşq oduna, elə yanmışlar,
Yoluna ol Həbibin min canla inanmışlar.
Qeyrətlərin cümləsi vüsləti-Əhməd üçün,
Məftun olub axirətə, dünyadan usanmışlar,
Az meyl etsə, gözləri diyarına haramın,
Dünyanı üstlərinə yıxılacaq sanmışlar.
Susuzluqdan qırılıb cümlə aləm yanarkən,
Atəşi-eşq badəsin içə-içə qanmışlar.
Bataqlıq ortasında derlər ki, açmaz bir gül,
Qaranlıq dəhlizlərdə gülzarə bulanmışlar.
Dirəxşan simalardan süzülən eşq təridir
Cəhlə kor olmuş, lakin ol Haqqa oyanmışlar.
Tök könlünü Füzuli, bu ərlər hüzurunda,
Mədhlərin eşidincə, ar edib utanmışlar.
Böyük şairin əllərini öpüb vida etdikdən sonra, yolumuza davam edirik. İndi də baş çəkək iztirabla keçən illərin müzdərib şairinə. Elə hey “Asimi”in həsrətini çəkən, ürəyi yaralı, gözləri ceyhun, həyatını İslam üğrunda fəda etmiş böyük bir alimə, mütəfəkkirə. “Millli şair” deyə fəxr etdiyimiz Mehmet Akifə. “Tacəddin Dərgahı”nda, divan üstündə oturmuş, baxışı üfüqlərdə, həyatda ikən görə bilmədiyi dünyanın hər yanına yayılmış “Asim”li üçün, dövrün “alpərən”ləri üçün tarixə qeydlər edir. Bu böyük qamətin qəlbindən damlayan eşq nəğmələri nə imiş bir görək:
Asim! Bu gələn sənsənmi, yoxsa xəyalınmı?
Yuxularımda gördüyüm, o ən son halınmı?
Həsrətinlə illərlə gözlədiyim,
Bu məsum millət üçün nə xəyallar qurduğum,
O mənbəyi-cəsarət, cövlan, cəsur, özü şanlı,
Sənsənmi söylə mənə, o igid dəliqanlı?
Söylə ki, ruhumun bitməz iztirabı dinsin.
Neçə əsrlik bipayan növhələr ki, tükənsin.
At üstündən torpağı, dirilsin artıq ölü.
Gülsün artıq bu dəmdə bağçamızın bülbülü.
Çöhrəndə bir gül, çöhrənizdə güllər,
Birazca üfləyin ki, atəşə dönər küllər.
Atəşi-eşq gərək bizə, çırağını yandırmalı,
Müztərib könüllərə su misali axmalı,
Deyərək, akıncı cəddlərindən ilham ilə,
Bəndini yıxıb daşmış, bənzəyən coşqun selə,
Şərq, qərb, cənub, şimal, hər tərəfdə atlılar,
Hər biri bərq kimidir rüzgardan qanadlılar.
Bu ay üzlü simadan eşq yağar yer üzünə.
Min bir ümid yanğını baxınca nur üzünə.
Kainat səmasına bir günəş ki doğuyor,
Rəhmətin şüaları qaranlığı boğuyor.
Ey millət! Bu gənclər ki gözlədiyin ərlərdir.
Leylini nəhar edən müqəddəs igidlərdir.
Dörd bir yana dağılır bu işıq süvarilər,
Canlanar o an sanki Müslimlər, Buxarilər.
Basdıqları torpaqlar, gülşənlərə çevrilər,
Cəhalətin bütləri elmlərlə devrilər.
Dillərində kəlamlar, əllərində qələmlər,
Yeni bir dirilişin müjdəsiylə aləmlər,
Bayram edər Şərqin taleyi-məqusunda,
Bütün əqvami-bəşər, bu halı izləyib dursun da.
Görsün mədəniyyət deyilən həqiqət nədir.
Qərb ki, anlasın halını, hələ yerlərdədir.
İnsanlıq deyilən o ali məfhumun əsli,
Aydın olar ancaq idrak etməklə bu fəsli.
Sonunda görərəm ki, illərlə millətin,
Çəkməkdən yorulduğu bitməyən bir zillətin,
Davası bu gənclərin əliylə mümkün ancaq,
Vəfalı sinə gərək bunları anlayacaq.
Bildim ki, bu doğan sənsən üfüqümə, Asim!
Din idi artıq müjdənlə dinməz dediyim yasım.
Əllərindən öpüb yaralı şairimizə də vida edirik. Onu ümidkü, göz yaşları içində qoyub getmək bizə ağır gəlir. Bir millətin iztirabını bütün mənliyində hiss edən bir insanı bu əsrin “alpərən”lərini görüb ümidlənməməsi mümkünmüdür?
Yazıda şairlərimizə ithaf olunan şeirlərin müəllifi yazıçı Ahmet Buğra ehtiram əlaməti olaraq o böyük şairlərimizin üslubunu saxlamışdır.
- tarixində yaradılmışdır.