Gülənin yol göstərən işığı
Birlikdə keçirdiyimiz beş gün ərzində (bu beş gün beş saniyə kimi keçdi) Boğaz, Ayasofya və Kapadokyadan daha çox mənə təsir edən insanların səmimiyyəti və mənəvi zənginlikləri oldu. Rusiyaya qayıdanda tarixi əks etdirən fiqurlar deyil, insanların mənə hədiyyə etdiyi o ruh zənginliyini gətirdim. Tanış olduğumuz insanların hamısı fərqli peşə sahibləri idi. Kimi müəllim, kimi həkim, kimi iş adamı, kimi jurnalist... Ancaq onları eyni düşüncədə birləşdirən şey; qəlblərindəki inanc və ümidlə o böyük simaya vəfa hissi idi. O sima isə Fəthullah Gülən idi.
İnsanlar ad-sanla deyil, ancaq qəlb və ağılla ucalırlar. Fəthullah Gülən də insanları fikirləri ilə yaxşılığa və xeyrə istiqamətləndirir. Türkiyədə görüşdüyümüz insanların bu hislərlə coşduğunu ilk baxışda görmək mümkündür. Möhtac insanlara təmənnasız yardım edir, təhsil və mədəniyyət müəssisələri üçün maddi dəstək verir. Və bütün bu fəaliyyətlər ideal nəslin yetişməsi üçündür.
İndidən görünür ki, "gələcək nəsil" bu fədakarlığa minnətdar olacaq. Türk müəllimləri şagirdlərə tərbiyə vermədən təhsilin mümükün olmayacağını düşünür. Şagirdlər mədəni, əxlaqi və dini dəyərlərə hörtmətlə yanaşmadan necə ideal insan olacaqlar? Sayğı, mərhəmət, inanc, yaxşılıq və səmimiyyətdən məhrum bir müəllimin şagirdə nə verə bilər ki? Gələcək nəsillər üçün heç bir fəaliyyətdə olmayan insan özündən sonra nə qoyub gedəcək? Cavabı: Belə insan göydəki quyruqlu ulduz kimi, özündən sonra heç bir iz buraxmayacaq.
Çox güman ki, Bürc Kollecindən və ya Fateh Universitesindən belə insan çıxmayacaq. Bu təhsil müəssisələri Fəthullah Gulənin fikirlərinə ehtiram göstərənlərin maddi dəstəyi ilə açılır. Onlar bu dəstəyi xidmət deyil, borc sayırlar. Buna görə də ad-san, şan-şöhrət, hətta quru bir “təşəkkür” belə gözləmirlər.
Bu gözəl müəssisələrdə oxuyan bəxtiyar şagirdlər dünyadaki digər şagirdlər kimi, dərs başlayanda sevinir, tənəffüs zənginə isə daha çox sevinirlər. Əvvəlcə doyunca futbol oynayır sonra da dərslərini hazırlayırlar. Gülməli şeylərə gülür, dostluq edir, mübahisəyə girir, aşiq olurlar…Şübhəsiz, bu bərəkətli müssisələrdə verilən təhsil şagirdlərin yalnız gələcək karyerasında deyil, hər sahədə müsbət təsirini göstərəcəkdir. Təhsil tərbiyə ilə yoğrulur və beləliklə, müəllimlər işini mütəxəssislər yetişdirməklə yanaşı, onları yüksək vəsfə malik fərdə çevirməyə çalışırlar.
Hamımız bir Yaradanın bəndəsiyik
Həyatını xeyirxahlıqla keçirən; biliyini, gücünü, təcrübəsini, pulunu və vaxtını başqaları ilə bölüşənlər Fəthullah Gülənin fikirlərinə niyə əhəmiyyət verir? Bəlkə dünyamızın kiçik olması və millətlərin problemlərinin getdikcə bir-birinə daha çox bənzəməsidir. Nəticə etibarilə qlobal isinmə, quraqlıq, təbii və ictimai fəlakətlər kimi problemlər üçün sərhədlərin elə də vacib olmadığını öyrəndik. Okeanın nəhəng dalğaları üçün kasıb bir balıqçılar kəndi, ya da iyirmi mərtəbəli, beş ulduzlu cənnət kimi bir oteli yerlə-yeksan etmək arasında fərq yoxdur. Narkotika, alkoqolizm və QİÇS, ya da həyatı söndürən ehtiras üçün insanların hansı ölkədən olduğu vacib deyil. Bunlar kim olduğuna baxmadan bir çox həyatı söndürür. Hamımız bir Yaradanın bəndəsiyik. Buna görə insanlara yardım etmək, şəxsiyyətli insan yetişdirmək; milliyyət, din, ölkə, işi-peşə fərqinə baxmayaraq, hamımızın vəzifəsidir.
Artıq həyəcan və coşqunun yalnız futbol sahəsi, boks ringi və ya qumar masasında olmadığını başa düşməliyik. Bəlkə, başqa bir sahədə də zəfərin bir mənası var. Ömrün dəyəri bu fani dünyadan köçüb getdikdən sonra elədiyin yaxşılıqlardan ötrü aldığın alqışlarla ölçülür. Həyat çox qısadır və bir çox insan uzanacaq yardım əli gözləyir.
Başqa bir nöqteyi-nəzərdən baxsaq; Yaradan insanlara Fəthullah Gülən vasitəsilə dünyanın bütün uşaqlarının həmçinin öz uşaqları olduğunu öyrətdi. Onun üçün bu xeyirxahlar yalnız öz uşaqlarına deyil, digər uşaqlara da ideal nəsil naminə əl uzadırlar. Qurani-Kərimin "Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın." (“Hucurat” surəsi, 49/9) ayəsində də buyurulduğu kimi, bu sülh anlayışını başqalarına da təlqin etmək, fərqli görüşlərə qarşı səbirli və xoşgörülü olmağı öyrətmək lazımdır.
"Xalq içində Haqla birlikdə olmaq"
İnsanlar dünyada məqsədlərinə çatmaq üçün hansı yolu seçir-seçsin, Allah onlara var olmağın məqsədini insanlara kömək etmək olduğunu öyrətdi. Bunu özlərinə yol seçənlər başqalarının xoşbəxtliyi ilə həzz alırlar.
Türkiyədə bir neçə gün ərzində bu xarakterdə olan bir çox ümidli və inanclı insanlara rast gəldim. Onlar özlərinə yol göstərən, adı yaxşılıq və səmimiyyətlə bir çəkilən ulduzu tapıblar. Ayaqlarının altında etibarlı və möhkəm bir yol var və bu yoldan dönməməkdə qərarlıdırlar. İnsanlara xidmət edərkən onları yaxşılığa, elmə və paklığa səsləyirlər. Bütün bunlar ancaq Allaha iman, özünəinam, gələcəyə ümidlə baxmaqla mümkündür.
Fəthullah Gülənin əsərlərində tez-tez adı çəkilən, eyni zamanda bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edən Hz. Mövlana Cəlaləddin Ruminin 800 il bundan qabaq qələmə aldığı bir əsərdə "Xalq içində Haqla birlikdə olmaq" ifadəsi keçir. Bu söz Allahın ən qiymətli hədiyyəsi ruh və mənliyi qoruyub başqalarına əl uzadaraq inancını kamilləşdirən insanların ruhunu əks etdirir.
Vladimir Avdeyev
Mətbuat İnkişaf Etdirmə İnstitutunun icraçı direktoru (Rusiya)
- tarixində yaradılmışdır.