Həsibənin ailəsi
Giresun incəsənət gimnaziyasının ədəbiyyat müəllimi Arif bəy dilindən eşidək 2008-ci ildə Həsibə adlı bir şagirdim vardı. Sinifin ən sakit, amma ən çalışqan şagirdiydi. Bir gün gördüm gözlərinin altı qaralıb. Hiss elədim ki öz içinə qapanıb və yaman xiffət çəkir. Səbəbini öyrənmək istədim, cavab ala bilmədim. Yaman qaradinməzdi, sirrini açmağa heç niyyəti yoxdu. Şagirdim qız uşağı olduğuna görə də, dərinə getmək istəmədim...
Sonra sinif yoldaşlarından öyrəndim ki, atası Həsibəni döyürmüş. Atasını məktəbə çağırtdırdım, gəlmədi. Ona qayğı göstərdiyimi hiss edən Həsibə nəhayət ağlaya-ağlaya mənə dərdini açdı.
Məgər atası anasını döyürmüş. Qarşı çıxmaq istəyəndə də atası onu gecənin bir yarısında evdən qovurmuş. Dedim: “Bəs qovanda gecəni harda keçirirsən?” “Evimizin yanındakı inşaatda!”, - deyəndə tüklərim biz-biz oldu. On yeddi yaşlı qız uşağı... gecənin o vaxtı... başına hər şey gələ bilər. Allah eləməsin başına bir iş gəlsəydi, atası bir kənara, bunun məsuliyyətini mən də daşıyırdım.
Yazıq Həsibə çarəsiz qalmışdı, az qala intihara edəsiydi... Qızını evdən qovan atanın isə heç eyninə də deyildi... bu qız harda qalır, kimin yanına gedir.
Dostlardan birinə yataqxanada yer olub-olmadığını soruşdum. Aldığım cavab məni sevindirdi. Həsibə yataqxanaya yerləşmədən atasını bir də çağırtdım, yenə gəlmədi.
Həsibə iki il yataqxanada qaldı. İncəsənət gimnaziyasında piano, gitara və skripka çalmağı öyrəndi. İki il sonra Uzaq Şərqdə açılan Türk məktəbinə təyinat alan yataqxana qrup rəhbəri Həsibəyə də getmə təklifi etdi. Orada müsiqi alətində çalmaq üstün cəhət sayılırmış. Məktəbin də skripka, piano müəlliminə ehtiyacı varmış. Həsibə Kambocada həm qrup rəhbəri, həm də musiqi müəllimi olacaqdı, qazandığı pulla da ali təhsil alacaqdı.
Məzuniyyətdən sonra yanıma gəldi: “Müəllim, qrup rəhbərim məni Kambocaya aparmaq istəyir. Mənə zamin durası bir nəfər lazımdı, siz mənə zamin olarsız?”, - dedi.
Bu istəyə necə etiraz edərdim? Beləcə, həm onun mənəvi atası oldum, həm də ona zamin durdum.
Həsibə indi Uzaq şərqdə - Kambocada, Türk məktəbində uşaqlara piano, gitara, skripka çalmağı öyrədir, qazandığı pulla da ali təhsilinə davam edir. Hazırda təhsil aldığı ölkənin dili ilə birlikdə üç dil bilir.
Həsibə yazdığı bir elekton məktubunda deyir: "Müəllim, Türk dili olimpiadalarında Kambocanı təmsil edən şagird mənim yetirməmdir!" Sevincdən az qala uçam...
Bu il də Həsibə olimpiadalara uşaq hazırlayıb. Türkiyəyə qabaqcadan gəldilər. “Sizi ailəmlə tanış edəcəyəm" deyə uşaqları bizə gətirmişdi. Üç gün qonağımız oldular. Bizə övlad oldular... Onları bu torpaqların övladlarından ayırd etmədik. Hamımız bir ailəydik.
Şagirdlərdən biri nitq, o biri də şeir kateqoriyasında ikinci oldu.
Həsibə tamam dəyişib başqa adam olmuşdu!.. Yaşatma idealı ona həyat eşqi və xeyirxahlıq gücü aşılamışdı...
- tarixində yaradılmışdır.