İman bürcü
Türkün yol ərkanıdır!
Türkü Türkə tanıdır.
Soyumun vicdanıdır,
Fəthullah Gülən Xoca!
Qarlar yağmış başına.
Bax dərya baxışına!
Sinmiş xalq yaddaşına,
Fəthullah Gülən Xoca!
Haqq-ədalət sərvəri!
İman bürcü, minbəri!
Ülviyyət səməndəri,
Fəthullah Gülən Xoca!
Yağdıqca namərd daşı,
Çatılmaz bir an qaşı.
Savaşar cəhlə qarşı
Fəthullah Gülən Xoca!
Mübarək cismi oddur!
İniltili bir uddur!
Rəhmət yağan buluddur,
Fəthullah Gülən Xoca!
Dil uzatma, ey fasiq!
Yazıq, dilinə yazıq!..
Rəbbinə candan aşiq,
Fəthullah Gülən Xoca!
Ona toxunma saqın!
Bir quldur Haqqa yaxın.
Sevgi zirvəsi xalqın,
Fəthullah Gülən Xoca!
Bir barış göyərçini!
Gözlər Haqqın fəcrini!
Umar Rəbbin əcrini
Fəthullah Gülən Xoca!
Dərdi çeşid-çeşiddir;
Qanı nurla eşiddir!
Bir kamili-mürşiddir,
Fəthullah Gülən Xoca!
Xütbəm, öyüdüm, dərsim!
Məktəbim, müdərrisim!
Dünyaya çatan səsim,
Fəthullah Gülən Xoca!
Məmməd Aslan, Azərbaycanın Xalq Şairi
- tarixində yaradılmışdır.