Kimə əmanət edim?

Günəş dağların arxasına çəkilirdi. Günəşin axşama yaxın parlayan zəif şəfəqlərinə bürünmüş kənd dağın yamacına söykənmiş, axşama qədər bağ-bağçada işləyib əldən düşmüş bir yorğun kimi dincəlirdi. Kəndin girişində acı günlərin yadigarı olan "iki məzar" xatirə abidəsi var idi. Bu kənd Əhməd müəllimgilin kəndi idi. Qara torpaq Əhmədin atasını tez bağrına basmış, zavallı anası isə ərinin ölümündən sonra ailənin ağır yükünü çiyinlərinə götürmüş və bu əziyyətdən cavan yaşında çox sıxılmışdı.

Böyük oğlu Mustafanın hərbi xidməti, Əhmədin təhsili və ayrılıqdan doğan həsrət ananın qəlbində bir dərd idi. Gəlinin hörmət etməsi bir yana, tez-tez anaya həqarət edər, arada bu çarəsiz qadını döyərdi. Mustafanın bunlardan xəbəri yox idi. Dərdli qadın ərinin divardakı şəklinə baxa-baxa evin bir küncünə çəkilib için-için ağlayırdı. Mustafa anasını bu halda görüncə də: "Necə edim, ana ürəyidir?! Əhmədin ayrılığına dözə bilmirəm". Anası Əhmədin yolun gözləyib gecə-gündüz həsrətini çəkir, onun isə başqa fikirlərlə yaşadığından xəbərsiz idi.

Bir il qabaq məzun olan tələbə dostlarından bəziləri orta Asiyada açılan məktəblərə işləməyə getmişdilər. Döndükləri zaman oralarda bütün mərhəmət hislərinin yox olduğunu, uzun çəkən qışın hər şeyi qarsıb qovurduğunu, ürəyi sevgi ilə dolu müəllimlərə ehtiyac olduğunu bildirmişdilər. Əhməd özünü oralara getməyə layiq bilmədi, amma etiraz da etmədi. Anasının burada tək qalacağını düşünür, Orta Asiyaya getmək fikrini də başından çıxarda bilmirdi. Bu iki böyük məsuliyyətin düşüncəsi ilə çırpınırdı. Su ilə od arasında qalmışdı. Axır ki, düşüncələrdən ayrılan Əhməd kəndə gedib anasından halallıq istəməyi və yola düşməyi qərara alır.

Əhməd kəndə çatar-çatmaz anası pilləkənə çıxa-çıxa: "Əhmədimin qoxusu gəlir burnuma," deyir. Səfv etməmişdir. Əhməd əl qapısından girib anasına tərəf qaçdı. O sarıldı anasına, öpdü onu. Anası basdı bağrına, çəkdi ətrini ciyərinə. "Gəldin artıq Əhmədim?! Bir daha ananı yalqız buraxmayacan, eləmi? Artıq ayrılıq həsrəti üzdü ürəyimi, dizlərimin taqəti də kəsildi, sən gedəndən". Əhməd anasının bu sözlərindən ürəyinin dolu olduğunu hiss etdi. Vətəndən uzaqlara getmək böyük bir cürət, həm də böyük bir fədakarlıq kimi gəldi.

Qalmağa məcbur idi. Anasına: "Bundan sonra səni heç vaxt tək qoymayacam," deyərkən səsi üstünə yığılmış yükü saxlaya bilməyən bir böyük ağac budağı kimi titrədi. Anasının ürək yaxan sözləri və onu gələcək həyatında gözləyəcək məşəqqətlər – bu düşüncələrdən doğan əndişə qəlbindəki babalarının müqəddəs ruhlarının uyuduğu torpaqlara getmək arzusunu birdən-birə silib apardı. Halbuki hər kəs bu yolun yolçusudur. Şanlı bir köç başlamışdı o torpaqlara. Bu çox dəyərli bir qovuşma idi. Anadolu ilə atayurdu qucaqlaşmış, bu sevincdən tarix, torpaq, səma ağlamışdı.

"Nə olar gedin, Həmzə (r.a.) eşqinə, Məhəmməd (s.ə.s.) eşqinə, Allah (c.c.) eşqinə, gedin. Sizi oralarda gözləyən gözlər var, suya həsrət ürəklər var, maddi-mənəvi heç bir şey düşünmədən gedin!" Əsirlədən bəri yığılıb qalan bu dərdlərlə ürəyi yaralı olan Gülən Xoca Əfəndiyə aid bu sözlər, sannki zehninin dərinliyinə nüfuz etmiş, ruhuna işləmişdi. Əhmədin ürəyindəki iztirablar bir-birini əvəz edir, sakitləşə bilmirdi.

O gedə erkəndən yatağına uzandı. Qarşıdakı sahibsiz evin damında bayquşun səsi içinə vahimə salmışdı. Bir vaxtlar bu evdə necə şənliklər, məclislər keçərdi. İndi bu evin taxta pilləkənlərinin bəzi hissələri qırılmış, yararsız hala düşmüşdü. Artıq evə çıxıb-düşmək mümkün deyildi. "Yaxşı-pis, hər keçən həyatın aqibəti bu deyilmidir?" – deyə düşünərək yuxuya getdi.

Sabah oyandı. Otağın pəncərəsini açdı. Kəndin özünəməxsuz, zövq verən iyini çəkdi ciyərlərinə. Nə qədər həsrətini çəkmişdi kənd səhərinin qoxusunu. Mətbəxdən bişmiş təzə süd iyi gəlirdi. Anasının yanına gəldi, sözü harasından başlayacağını düşünür, əslində yuxusunu elə bir aləmdə keçirmişdir ki, danışmaq üçün söz tapa bilməməsinə təəccüblənirdi. Sanki dünya rəngini dəyişmiş, zaman və məkan iç-içə bir pərdə, oyun və oyuncaq olduqlarını dilə gəlib demək istəyirdilər.

Aman nə qəribə! Xeyr, o, elə düşünür, hələ Onu görəndən sonra belə sözlərə ehtiyac vardır. Amma o çoxdan qəti qərara gəlmişdir, gedəcəkdir. "Anacan! Bilirsən, mən kəndə gələrkən səninlə halallaşmağa, qohumlarla vidalaşmağa gəlmişəm. Müəllim olaraq Orta Asiyaya gedəcəm, öndə gedən atlıların arasına qatılacağam. Sənin vəziyyətini gördükcə vaz keçmək istədim. Fəqət..."

"Ah oğlum!" deyərək zavallı qadının ürəyi ağzına gəlir. "Anacan! Gecə Peyğəmbərimiz (s.ə.s.) evimizə gəldi. Başında qara sarıq vardı. Üzü bir ay parçası kimi parıldayırdı. Üzülmüşdü. Mənə baxarkən gözlərinin hədsiz gözəl olduğunu gördüm. Gözlərimə deyil, ruhumun dərinliyinə baxırdı sanki. "Söz vermisən, səni gözləmirlərmi?" dedi. Çox utandım. "Amma, Peyğəmbərim! Anam? Onu kimə əmanət edim?" "Bizə əmanət et..."" Əhməd son sözlərini bitirməmiş gözlərindən yaşlar axmağa başladı, amma anası ilk dəfə idi ki, bu qədər mətin görünürdü.

"Get Əhmədim, get! Bu keçən illər dözdüm, bundan sonra da dözərəm. Madam Peyğəmbərimiz (s.ə.s.) "Anan bizə əmanət" demiş, bundan daha böyük müjdə olarmı? Mənim heç kimə ehtiyacım yoxdur. Bizim vəzifəmiz səni könül xoşluğu ilə yola salmaqdır". Əhməd uşaqlar kimi atılıb-düşdü, sevincinin həddi-hüdudu yox idi.

Bir neçə gün kənddə qaldı. Təkcə qonum-qonşu, qohumlarla deyil, bütün kənddə nə varsa hər şeylə vidalaşdı. Kəndin uçuq divarları, İstanbulun qalaları qədər sirli, müəmmalı görünürdü gözlərinə. Getmək vaxtı çatdı. Qonum-qonşu, qohum-əqrəba toplanmışdı bir yerə. Yanaqlarından süzülən yaşları ağ yaşmağının ucuyla silən, duruşunda dərin bir həsrətin nişanəsi görünən anadan ayrılmaq heç də asan deyil Əhməd üçün. Sanki anasını bir daha görməyəcək əndişəsi alır içini. Sarılır anasına. Ciyərinə çəkir anasının doğma qoxusunu, qürbətdə çox lazım olacaq ona.

Anasının: "Əhməd gedərkən atanın yol kənarında olan məzarını ziyarət et. Ata, mən müəlim oldum, ata yurdumuza gedirəm," de. "Yuxunu da danış" sözləri özünü güclə ələ alan Əhmədə öldürücü bir zərbə kimi gəldi. Özünü saxlaya bilmədi. Göz yaşı bahar buludu kimi, axdı yanaqlarından.

Çətin bir yolçuluqdan sonra ata yurdu – Orta Asiyaya çatır. Anadolunun nəfəsini verir ucusuz-bucaqsız, azad çöllərə. Canından artıq sevdiyi tələbələri ilə birlikdədir. Məşəqqətli üç ay gəlib keçir. Bir gün tələbələri ilə bir yerdə olarkən: "Türkiyədən zəng gəlir," deyirlər. Telefona tərəf qaçır. Arayan böyük qardaşı Mustafadır. Atasını çətin xatırlayan Əhməd müəllim anasını da itirir. Ürəyini soyuq bir gizilti titrədir. "Qürbətmi soyuqdur, yoxsa anasının onun ürəyinə gəlib çatan hərarətimi kəsilmişdi?" deyir öz-özünə. "Ah anacan! Kaş ki, ölərkən yanında olsaydım" deyərək sarsıla-sarsıla ağlayır.

Keçən gün Əhməd müəllimin kəndindən axşam saatında başlayan ayazlı külək dördnala çapırdı. Günəş dağların arxasında gizlənmişdi. Dağların o tayından axşama yaxın parlayan zəif şəfəqlərə bürünmüş kənd, dağın yamacına söykənmiş, axşama qədər bağ-bağçada işləyib əldən düşmüş bir yorğun kimi dincəlirdi.

Kəndin qürub vaxtında günəşin solğun işıqları ilə parlayan bir cüt məzar.

Birdən qoca anasını Allaha əmanət edib ata yurduna tərəf çapan bir köhlən keçdi önümdən. İşığın doğduğu yerə tərəf çapırdı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.