Mən həqiqi vətən sevgisini Gülən camaatında gördüm
Yazının başlığını oxudunuz. Bugünkü yazımı yazmaq üçün çox düşündüm. Hislərimin oyanmasını gözlədim. Arada bir müşahidə apardım. Söhbət edib müzakirələr apardım. Bu sətirləri yazanda yenə də “Filankəs mənə əsəbləşər, başqa cür başa düşər” deyə düşünməmək qərarına gəldim. Qəlbim nə deyirsə, senzurasız, müdaxiləsiz yazmağa qərar verdim.
Bu, təkcə dürüst, ərdəmli bir yazar olmaq istəyimdən irəli gəlmir, bu işdə peşəkar qayğılarım da rol oynayır. Bunu da bilirəm ki, peşəkar yazar olmaq üçün hislərimi açıq və dürüst şəkildə bildirməliyəm. Çünki oxucu səmimi qəlbdən gələn yazıları mütləq tanıyır, onu axtarıb tapır və təqdir edir. Məhz bunun hüdudsuz rahatlığı var içimdə.
Bəli, yazının adında da qeyd etdiyim kimi, mən həqiqi vətən sevgisini Gülən camaatında gördüm, üstəlik vətənsevrəliyi onlardan öyrənməyə başladım.
Vətən sevgisiMən həqiqi vətən sevgisini Gülən camaatında gördüm, üstəlik vətənsevrəliyi onlardan öyrənməyə başladım. Mən həqiqi vətənsevərlərin illərlə bizə mübarizə hədəfi kimi göstərilən insanlar olduğunu gördüm.Haqlısınız, bu, bir az qəribədir
25 il yazı yazan 56 yaşlı bir insanın “Vətənsevərliyi öyrənməyə başladım” etirafı sizə qəribə gəlir, bəli, sizinlə razıyam, bu, bir az qəribə haldır. Ancaq günah təkcə məndə deyil. Bu ölkədə mən və mənim kimi insanlara zorla yeridilən və əzbər öyrədilən rəsmi ideologiyada vətənsevərlik başqa cür başa düşülürdü.
O anlayışa görə, inanclı insanlarla mübarizə aparmaq da vətənsevərliyin bir şərti idi. Gülən camaatı kimi hərəkatlara qarşı mübarizə aparmaq da vətənsevərlik adı altında zorla zehinlərə yeridilirdi. Çox adam bu yalanlara inandı. Bəzilərimiz baş verən hadisələri passiv seyr etməklə kifayətləndi. Bəziləri də ideologiyaya, propaqandaya aldanıb mübarizəyə atıldı. Böyük bir yanlış və yalandan başlayıb Ergenekona qədər gəlib çıxan sürəc əslində məhz bundan ibarətdir.
Yaxşı bəs nə oldu ölkədə? Əvvəl-axır həqiqətlər yerli-yerinə oturmağa başladı. Hər şey tənzimlənir, layiq olan layiqli yerini tapır. Ergenekonçuların məğlubiyyəti təkcə fərdi məğlubiyyət deyil. Bu həmçinin böyük tarixi məğlubiyyətdir. Çünku indi başa düşürlər ki, yersiz mübarizə aparıb, boş yerə xalqı və özlərini hədər ediblər.
Əsas olan və mənim çox üzüldüyüm məsələ budur ki, bu cür yersiz mübarizələrlə, ideoloji hücumlarla Türkiyə çox vaxt itirdi, bunu maliyyəti hamımıza çox ağır oldu.
Yeni insan tipi
Mən həqiqi vətənsevərlərin illərlə bizə mübarizə hədəfi kimi göstərilən insanlar olduğunu gördüm.
Ümumi danışdığımı bilirəm, fikrimi bir az konkretləşdirim.
Bir insan təsəvvür edin. Yüksək təhsil alıb, işində böyük nailiyyətləri var və gəlir Gülən camaatına könül verir. Hər tədbirdə irəli atılır və nə lazımsa təmənnasız canla-başla yerinə yetirir. Üstəlik bunu yalnız Türkiyəni daha yaxşı tanıtmaq və ölkəni daha da inkişaf etdirmək üçün edir. Mən minlərlə belə insan gördüm. Hamısı da sakit, ədəbli insanlardır. Ürəkləri də vətən sevgisi ilə döyünür.
Bu insanlara heyran da oldum
Müasirliyin təbliğ etdiyi eqo və hərisliklə dolu bir insan olaraq məni heyrətə gətirən və anlamaqda çətinlik çəkdiyim şey idi bu könüllü fədakarlıq məsələsi. Müəyyən vaxtdan sonra bunu yeni bir tərif, yeni bir məfhumla ifadə etməyin zəruri olduğunu düşünməyə başladım. Çünki hazırda əlimizdə olan bəzi məfhumlar bu yeni insan tipini, onun qəlbini izah etməyə kifayət etmir.
Dindar olmamağıma və ciddi mənada həyat tərzi fərqliliyinə baxmayaraq yaxın dostluq münasibətlərini qurduğum bu insanlara onların əməksvərliyinə heyran qaldığımı da dedim. İnşallah onlara uyğun olan və hər şeyi düzgün təsvir edən məfhumların ortaya qoyulmasında da köməyimi əsirgəməyəcəyəm.
Çünki bir ideal uğrunda təmənna ummadan və daim verərək çalışıb-çabalayan bu insanlar üçün yeni məfhumlara təcili ehtiyac var. Buna təcili bir ad qoyulmalıdır.
Vandan, Ərzurumdan durub iş adamı kimi “Türkiyənin xeyrinə yaxşı olar” deyərək dünyanın o tayına gedəcəksən, orada doktorantura bitirən gənclər sizə könüllü xidmət edəcək və qan-tər içində çalışıb işi qurtarandan sonra gülər üzlə bir ağızdan “Yaşasın Türkiyə” deyəcəksən. Məhz budur mənim “həqiqi vətənsevərlik” dediyim şey.
Bu günə qədər içi boş məfhumlarla vətən sevgisindən dəm vurmuşuq. Bu bizə sərf edirdi, içi boş məfhumlarla ağız dolusu danışmaq bizə daha rahat görünürdü və dayanmadan öz-özümüzə xəyali düşmənlər ortaya çıxarırdıq. Olan da ölkəyə olurdu. Türkiyə bizim ücbatımızdan çox vaxt itirdi, heyif oldu.
Yaxşı ki indi gələcəyimizi qurtarmaq üçün bir şansımız var. Bu dostlar sayəsində mənim də ürəyim artıq ümidlə doludur. Yad bir insan olaraq artıq mənim işim inancla vətən sevgisinin birləşdiyi məqamda bu hərəkatı anlamağa çalışmaq və anladığımı da senzurasız, hislərimə əl vurmadan sizə çatdırmaqdır.
- tarixində yaradılmışdır.