PKK əsgərdən çox Gülən Camaatından qorxur
PKK silahlı mübarizədən deyil, onun təminatında və fəaliyyətlərini davam etdirməsində mühüm rol oyanayan sosial zəmini itirməkdən qorxur. Artıq əsgərdən bir qorxusu qalmadı, çünki döyüşməyə, ölməyə və öldürməyə öyrəşdi. Onun “qida” kanalları kəsilməsə, terror hadisələri bitməyəcək.
Gülən camaatı dövlətin illərdir bu bölgədə çox çalışsa da tam həyata keçirə bilmədiyini etməyə başladı. PKK məhz buna görə əsgərdən çox camaatdan qorxmağa başlayıb.
Gülən camaatı bölgədə "oxuma odaları" (hazırlıq kursları) adlı bir fəaliyyətə start verdi. Bu “oda”lara təcrübəli müəllimlər göndərilir və xüsusilə, bölgənin kənar məhəllələrindən, kasıb ailələrindən seçilən uşaqlara, gənclərə təhsil verilir. Kürd gənclərin dərslərinə ən təcrübəli müəllimlər girir, onlara riyaziyyat, fizika və humanitar fənlərdən dərs deyir, kitablar oxudur.
Hazırlıq kurslarıGülən camaatı bölgədə "oxuma odaları" (hazırlıq kursları) adlı bir fəaliyyətə start verdi. Statistik məlumatlara görə bu “oda”larda oxuyan gənclər arasından bircə nəfəri də dağa çıxmayıb. Üstəlik kasıb kürd ailələrinin artıq PKK-ya simpatiyası qalmayıb.“Oda”dan terrorist çıxmır
Statistik məlumatlara görə bu “oda”larda oxuyan gənclər arasından bircə nəfəri də dağa çıxmayıb. Üstəlik kasıb kürd ailələrinin artıq PKK-ya simpatiyası qalmayıb. Bunun sayəsində ailələr uşaqların gələcəyinə ümidlə baxır. Övladlarının gələcəyini gözəl görməyə balşlayan ailələr artıq istəsələr də, onları dağa göndərə bilmirlər.
Təbii ki, bu, mükəmməl təşəbbüsdür. İllərdir hamının dediyi, amma həyata keçirə bilmədiyi "Terrorun sosial zəmini aradan qaldırmalıyıq" sözünü camaat həyata keçirməkdədir.
Bu “oxuma oda”larının fəaliyyətə başladığını təzə öyrəndim. Camaat sırf bu bölgə üçün Kürd dilində kanal açanda onlara dair xüsusi fəaliyyət planlarının olduğunu hiss eləmişdim.
Festivalda iştirak etmək üçün Los Ancelesə gedən heyətin tərkibində idim. Heyətdəkilərin tez-tez Kürd məsələsi və PKK haqqında söhbət etdiyini, hər masada yalnız bu mövzuda danışdığını, hər kəsin gedən prosesləri kor-koranə deyil, məntiqli, ağıllı izlədiyini müşahidə etdim. Bu xüsusi marağın nəticələri barədə daha çox məlumat almaq istədim və sorğu-sual nəticəsində həmin “oxuma oda”ları haqqında xəbər aldım.
Bu fəaliyyət təkcə bölgədə deyil, İstanbul kimi yoxsul məhəllələri çox olan böyük şəhərlərdə də həyata keçirilir. Diyarbəkrə gedəcəyəm, amma getmədən əvvəl yoldaşlarla İstanbuldakı “oxuma oda”larını gəzib hər şeyi daha yaxından görəcəyəm.
Artıq hamımız başa düşməliyik ki, “terror” adlı bu problemi silahla, öldürməklə, bombalamaqla həll etmək olmaz, əksinə PKK, sanki, bizi daha da təcavüzkarlığa təşviq edir, buna görə də, silahla cavab verməyin bizi məğlubiyyətə sürükləyəcəyindən də qorxuram. Əsas həll yolu Gülən camaatı kimi hərəkət etmək və PKK-nın dəstək sahəsini daraldıb bölgə əhalisinin qəlbini fəth etməkdir
Bunu dəfələrlə demişəm: Türkiyə Cümhuriyyəti Gülən camaatı ilə keçmişdə baş verənləri təkrar gözdən keçirib rəsmi şəkildə barışmalı və birlikdə hərəkət etməyə başlamalıdır. Zehniyyəti müsbət istiqamətdə dəyişən Türkiyə dövləti artıq buna hazırdır. Hələ də keçmişdəki kimi, qorxanlar varsa, gedib camaatın bölgədəki fəaliyyətlərinə baxmalı, bunun xalqa nə qədər böyük ümid və müsbət enerji verdiyini görməli, özlərini buna hazırlamalıdırlar.
Bu yaxınlarda yazdığım bir yazıda, "Mən vətən sevgisini Gülən camaatından öyrəndim" demişdim. Bu sözümdə də nə qədər haqlı olduğuma “oxuma oda”larının fəaliyyətini öyrənəndən sonra daha da əmin oldum.
Bu fəaliyyəti həyata keçirənlər, ona maddi dəstəyi verənlər və oralara gedib dərs keçən müəllimlər özlərini könüllü olaraq böyük təhlükələrin qoynuna atsalar da, yenə də gülər üzlə çalışıb-çabalayırlar.
Gülən müəllim üçün göz yaşı tökəcəkdi
Onlara daim təhdid edilir. Çünki PKK əsl “təhlükə”nin haradan gəldiyini yaxşı bilir. Təxminən bir il əvvəl müsahibə almaq üçün Fəthullah Güləni ziyarət edəndə onun bölgə hadisələrini nə qədər yaxından izlədiyini, təhdidlərlə üzləşən müəllimlər üçün necə həyəcanlandığını, əndişəsindən gözlərinin yaşardığının öz gözlərimlə gördüm.
Bu həyəcan, bu duyğular oradan bütün hərəkata yayılır və Türkiyə üçün çox gözəl işlərə imza atılır.
- tarixində yaradılmışdır.