Şərq-qərb körpüsü: Xidmət-2
Hər kəsin bildiyi kimi İslam və qadın məsələsi tez-tez gündəmə gətirilən və sui-istifadə edilən məsələlərdən biridir.
Qərb dəyərləri və doğruları nöqteyi-nəzərindən məsələyə baxdıqda müəyyən ölçüdə buna haqq vermək olar, ancaq İslamın bir bütün olaraq qəbul edilib yaşandığı zaman və məkanlar üçün eyni şeyi demək isbatı olduqca çətin bir iddiadır. Mövzu Xoca Əfəndi və hərəkatından açılınca bu məsələlər konfransa da gündəmə gəldi. Yalnız qadınların nitq söylədiyi bir panel təşkil edildi və qadınlarla bağlı bəzi mövzular müzakirə edildi, dinləyicilər kişilər isə salondan heç çıxmadı. Ümumi deyil, xüsusi məsələlər müzakirə olundu. "İynə ilə quyu qazmaq" məsəlini xatırladan müzakirələrə şahid olduq bu paneldə. Məsələn, "Fountain" jurnalı və qadın yazarların apardığı statistika, qadın problemlərinin mövcud vəziyyəti heç də ürəkaçan olmadığını göstərdi. Hərəkata mənsub qadınlarla aparılan və əsas mövzusu liderlik və cinsiyyət olan müzakirələr nəticəsində də qadın məsələlərinin istənilən səviyyədə olmadığını bir daha təsdiqlədi.
Tənqidi aparılan İslam dini və qadın mövzusunu eynilə Qərb və xristian dünyası üçün də xarakterik olduğu məlum oldu. Hamiləlikdən qaçınmaqdan, uşaqların təlim-tərbiyəsi və təhsilinə, oxuma-yazmadan siyasi hüquqlardakı qeyri-bərabərliyə, iş dünyasında iş imkanlarından, qadın-kişi əmək haqqı fərqliliyinə kimi bir çox mövzudan bəhs edildi. Və son nöqtəni qoyan bu cümlə oldu: "Elə isə gəlin, hicab əvəzinə bu ortaq problemlərdən danışaq".
Burada diqqət çəkən xüsus, eynilə “Fountain” və ya qadınlarla aparılan müsahibələrdə olduğu kimi, statistika və müsahibə üsulu ilə hazırlanan məruzələrin məlumat və müşahidə əsasına görə formalaşma imkanının təmin edilməsi idi.
Məruzələrdə istifadə edilən statistika metodu yalnız qadın mövzularında deyil, başqa sahələrə də tədbiq edildi. Məsələn, Xoca Əfəndinin 2000-ci illərdən əvvəl etdiyi söhbətlərlə 2000-ci illərdən sonra apardığı söhbətlərdə "iman" və "İslam" sözlərini neçə dəfə istifadə etdiyi araşdırıldı. Məqsəd ortadadır; bu sözlər müxtəlif mənalar daşıyır və bu mənalara görə Xoca Əfəndinin Türkiyədə yaşaması ilə ABŞ-da yaşaması buna necə təsir edir? Eyni şey “Türk İslamı”, “Türk kültürü”, “Türk milləti” kimi anlayışlarla əvəz olunan qlobal ifadələr üçün də keçərlidir. Aktual mövzu olan “Kürd açılımı” mövzusunda “Zaman” qəzeti xəbər, şərh və köşə yazısı çərçivəsində Zeynəb Şahin və Fatma Durağın müştərək çalışması da eyni istiqamətli bir başqa məruzədir.
Özgür Koca imzalı bir başqa məruzədə isə Allahla irtibat, məsuliyyət şüuru, adanmışlıq ruhu (bir amala həyatı həsr etmə şüuru), vicdan genişliyi, yaşatma idealı kimi məfhumlardan söz açıldı. Çünki bunlar insanlara stimul verən əsas anlayışlardır. Sonda verdiyimiz və xüsusilə, Xoca Əfəndi ilə bağlı statistik araşdırmalar hollandiyalı alim Valkenberqin haqlı olduğunu göstərir.
Bitməyən nağıl; dəyirmanın suyu və “qəfəs”
“Bitməyən” dedim, “bitməyəcək” desə idim hər halda daha düzgün olardı; hərəkatın dünya miqyasında həyata keçirdiyi təlim-təhsil xidmətləri başda olmaqla dialoq və s. fəaliyyətlərinin maliyyə mənbəyi konfransın mövzularından biri idi. Çemen Poladın Avstraliyadakı məktəblərdə apardığı tədqiqat çərçivəsində nəzərdən keçirilən bu mövzu elmi kategorialarla müzakirə edildi. Bilənlər bilir. Belə ki, bu fəaliyyətlərin maddi-mənəvi fədakarlıqlarla davam etdiyini bilənlər hətta mövzu ilə bağlı zarafat da etdilər. Ancaq bilmək istəməyənlərə gəlincə, - (nəzərinizə çatdırım ki, “bilməyənlər” demədim, çünki həqiqətən bilmək istəsəydilər, bank hesabları ilə birlikdə şəffaf şəkildə təqdim edilən izahlara heç olmasa qulaq asardılar)- onlar üçün bu çalışmalar belə heç bir şey ifadə etmir və bəlkə də, heç vaxt etməyəcək.
Bu da bir danılmaz həqiqətdir ki, Türkiyə ilə bağlı araşdırma aparan alimlər mənzərəyə bir bütöv kimi baxırlar. Məncə, Touqaloo Collegedən prof. Loye Ashton da bunlardan biridir. Ashtonun "Siyasi, iqtisadi və ideoloji mənada Güləni anlamaq" adlı məruzəsini dinləyəndə, elə bil Türkiyədə yaşayan və hadisələrə dərindən vaqif olan bir insanı dinləyirdim. Hərəkat əleyhdarlarını “ideoloji”, “pragmatik” və “cahil” başlıqlar altında toplayan Ashton hərəkatın demokratikləşmə mərhələsinə verdiyi töhfəyə görə bu kateqoriyalara daxil olan qrupların əks reaksiyası ilə üzləşdiyini dedi. Bir-bir nümunə göstərdi. Gətdiyi nümunələr içərisində “Qəfəs” planı ilə gündəmə gələn hərəkatın məktəblərinə, tələbə yataqxanalarına silah yerləşdirmə mövzusu da vardı.
Sosial (humanitar) elmlərdə xidmət hərəkatı kimi cərəyanların mərhələlərindən bəhs edən məruzə də olduqca maraqlı idi. Məruzəçi Jerald Whitestoneyə görə bu və buna bənzər hərəkatlar doğumla başlayıb ölümlə sona çatan 5 ayrı mərhələdən keçir:
- Xarizmatik və transformasiya gücünə malik bir lider ətrafında toplanma.
- Hərəkata mənsubluq düşüncəsinin formalaşma mərhələsi.
- Hər kəsdən maksimum səviyyədə məhsuldarlığın əldə edildiyi dövr.
- Müəssisələşmə.
- Dağılma və tənəzzül. Yaxşı bəs hərəkat hansı mərhələdədir? Məruzəçiyə görə birincini tamamlayıb ikinci mərhələdədir.
İkinci sual; "Uğur qazanırlarmı və nəyə görə?" Bu yalnız məruzəçiyə deyil, paneldə iştirak edən hər kəsə verilən sual idi. Hər kəs öz dünyagörüşü və sahəsinə görə izah etməyə çalışdı, amma onlardan biri, məni çox təəccübləndirdi. Bizim nə inanc, nə də mədəniyyətimizlə yaxından-uzaqdan əlaqəsi olmayan bir insanın təsbiti çoxlarını təəccübləndirdi və alqışla qarşılandı. Dediyi şey əslində sadə bir sual cümləsi idi, lakin həm məzmunu, həm dinləyicilərdə oyatdığı təəssürat (ki həqiqəti vurğulamışdı) bir sözlə əla idi: "Allahın iradəsini və köməyini niyə nəzərə almır, niyə bunu demirsiniz?"
Xəyal edilən, həyata keçirilməsi düşünülən və fərziyyələr üzərində qurulan nəzəri düşüncələr deyil, əksinə həyata keçirilmiş layihələr ətrafında aparılan bir qisim müzakirələri təqdim etdik sizə. Kaş, bu həmişə belə davam edə idi. İttihamlar, böhtanlar, qaralamalar əvəzinə fərdi axtarışlar, ictimai fəaliyyətlərlə insanlıq ailəsinin üz-üzə olduğu problemlər və onların həllinə verilən qatqılardan danışılsa. Belə olunca həm daha ciddi analiz aparılmış, həm də yaxşıya, gözələ və doğruya gedən yolda müəyyən irəliləyiş əldə edilmiş olar. Zənnimcə, qarşılıqlı münasibətlər qurulandan sonra buna şahid olmaq heç də çətin olmayacaq, çünki din, dil, mədəniyyət və s. bir çox fərqliliklərimizə baxmayaraq, başqaları bunları görür və müzakirə edir. Yuxarıda bəhs etdiyimiz müxtəlif insanlar tərəfindən təqdim edilən məruzələr bunu isbat edir.
Mövzunu paneldə dilə gətirilən bir neçə cümlə ilə bitirək: "Bu insanlar danışmaz, iş görərlər, hava limanında və ya qonaq olduğun bir yerdə unutduğun əşyanı, gətirib verər və təşəkkür gözləmədən dönüb gedərlər. Mənə ən çox təsir edən məhz onların bu halıdır" "Nyu Orleanda Katrina fəlakətindən zərər çəkənlərə ilk əl uzadanlar onlar idi", "Dünyanın hər yerində insanları bir araya gətirirlər. Hara gedirsiniz gedin, hər yerdə eyni mənzərə və eyni ruhla qarşılaşarsınız. Səhv etdinizmi? Bunu izah etməyə imkan tapmadan sizi bağışlayarlar".
Son söz sabiq Mədəniyyət Naziri Namiq Kamal Zeybekin açılış nitqindən bir cümlə olsun:
"Fəthullah Güləni anlamağa çalışan, onun anlaşılmasına dəstək olan hər kəsə təşəkkür edirəm".
- tarixində yaradılmışdır.