Sırf varlığımızı qorumaq üçün...
1992-ci ilin avqust ayında professor Rüşdü Kalyonçu bəyə baş çəkmək üçün Vaşinqtona getmişdik. Görüşdən sonra o bizi səfirliyə apardı. Orada əkinçilik (və ya ticarət) attaşesinə baş çəkdik. Söhbətdə attaşe: “Xərc çəkib magistratura və doktorantura oxumaq üçün bura gəlirlər. Ancaq oxuduqları əksər sahələr Türkiyə üçün yararlı deyil. Yəni işimizə yaramır. Halbuki, bu iş bir planı çərçivəsində getməlidir. Siz təhsil işinə baxan adamlarsınız, bu işə bir əl atsanız, olmaz? Dil kursu açsaz, tələbələri hava limanında qarşılaz... Həm İngilis dilini öyrənsinlər, həm də Türkiyənin, məsələn, yüngül sənaye və ya digər zəruri sahələrə yönəltsəniz, razı salsanız. Düşünürəm ki, belə xoşniyyətli təlqinlər çox faydalı olacaq”, - dedi.
O vaxtlar Hizmət hərəkatı gücünü vermişdi Orta Asyadakı təhsil fəaliyyətlərinə. Amerikada dərnəklər təzə-təzə açılırdı. Geniş maddi imkanlarımız yoxdu. Nəhayət bir qərar gəldik, dərnəyin büdcəsində 40 min dollar məbləğində pul vardı. Attaşenin təklifi ağlabatandı. Axtarıb kurs üçün bir bina tapdıq. Qiyməti də 275 min dollara. Müqavilə bağladıq və bir qeyd qoydurduq ki, əgər təhsil üçün icazə çıxmasa, binanı geri təhvil verəcəyik.
1993-cü ilin mart ayı idi... Amerikadakı dostlarla belə bir qərar aldıq ki, buralarda varlığımızı qorumaq üçün kirəyə bir düşərgə yeri tutaq. Türk ailələrinin uşaqlarına Türk dili, riyaziyyat, bilgisayar və s. fənlərdən dərs deyək. Hüseyin Çopur, Kamal və Nevzat bəy Pensilvaniya ştatının Sayslburq şəhərində ərazisində doqquz bina yerləşən 10 hektarlıq bir düşərgə yeri tapmışdılar. Qiyməti 232 min dolaraydı. Sahibi vəfat etdindən iki il idi ki əraziyə əl gəzdirən olmamışdı. Bizə ucuz başa gəldi. O biri tərəfdən kurs binası üçün lazımi icazə ala bilməmişdik və həmin binanın qiyməti çıxmışdı 300 min dollara. Ona görə də müqaviləyə əsasən binanın sahibləri 40 min dollarımızı geri qaytardılar. Biz də bu pulun üstünə bir az da əlavə edib yeni düşərgə yeri üçün ayırdıq. Türkiyəyə gəldik, Albaraka bankına müraciət etdik. Ölkə xaricinə kredit verməyə istəkli deyildilər. Sağolsun, köhnə müdir Osman bəyə yalvardıq, bizi əliboş qaytarmadı. İki illik, hər ay 7500 dollar ödəmək şərti ilə, bizə kredit verdilər. Buna sırf təhsil fəaliyyətlərinin xətrinə razı olmuşdular. Ona çox minnətdardıq...
Təmir işlərinə başladıq, bölgü aparıldı: hər evdə yeddi tələbə qalacaqdı. 29 May Türk Yürüşündə çoxlu reklam vərəqələri payladıq. Tədbir keçirdik, çoxlu qonaq dəvət etdik, təəssüf ki, Cümhuriyyət qəzeti bu hadisəni “Şəriət düşərgəsi” kimi qələmə vermişdi. Günorta namazı qılan tələbə valideynlərinin fotoşəkillərini dərc edib altından da “Gecələr uşaqlara zorla namaz qıldırırlar” yazmışdılar.
Bu binaların yaz aylarında gənclərimizə, övladlarımıza böyük faydası dəydi. Daha sonra köhnə binalar yeniləri ilə əvəz edildi. Möhtərəm Fəthullah Gülən əfəndi gələdən sonra, əlhamdulillah, buralarda daha gözəl işlərə imza atıldı... Amma təəssüf ki, iftiralara son qoymadılar... Gah dedilər bu ərazini MKİ alıb, gah dedilər FTB-nin barmağı var... Gah dedilər “Yüksək divarları var, silahlı amerikalılar keşiyini çəkir”. Axırda da lap ağ yalan uydurub buranı “malikanə” adlandırdılar... Hamımız bir-bir Cənabi-Allahın hüzurunda hesab verəcəyik. Allahdan qorxmaq lazımdır... İyirmi illik xatirələri səhifələyir və bildiklərimi yazıya köçürürəm. Yazdıqlarımı Albarakadan və digərlərindən soruşub araşdıra bilərsiniz...
Ancaq Allah xatirinə fasiqlərin, müftərilərin xəbərlərinə istinadə yalan-yanlış şeylər yazmayın. Qul haqqına girərsiniz. Çox məsuliyyətli işdir... Qul haqqını halal eləməsə, o tərəfdə işimiz ağır olar...
- tarixində yaradılmışdır.