Sülh adacıqları
Bu xatirələrdən bir neçəsini sizinlə bölüşmək istəyirəm:
Keniyada qrup rəhbəri olan Erkan Cüce danışır: "Bir dəfə şagirdlər ağlar haqqında xoşagəlməz sözlər deyirdilər. Onlara: “Mən də ağam. Niyə yanımda ağlara söyürsünüz?” deyə soruşdum. Mənə: “Sənin rəngin ağdır. Sən bizdənsən. Afrikalısan” cavabını verdilər".
Sabiq Təhsil Naziri Metin Bostancıoğlunun xaricdə açılan Türk məktəblərinə qarşı böyük kini, nifrəti vardı. Məktəblərin müvəffəqiyyətlərini eşitməkdən xoşlanmaz, uğurları mənə istinad edərdi, bu vəzifədə (Xaricdə Təhsil üzrə Şöbə Müdiri) mən olduğum üçün məktəblərin uğur qazandığını düşünərdi. Xarici səfərlərdə bu məktəblərə baş çəkməz, əgər səhvən giribsə qapısından geri qayıdardı. Bu məktəblərlə bağlı mətbuata da: "Biz bu məktəbləri tanımırıq. Bizimlə əlaqələri yoxdur" deyə cavab verərdi. (...) İllər sonra Metin Bostancıoğlu Moskvaya gedir. Bir mağaza işçisinin Türk dilində çox gözəl danışdığını görüncə mat qalır və: "Türk dilini bu qədər gözəl harada öyrəndiniz?" – deyə soruşur. Cavan qız Moskvadakı Türk məktəbində oxuduğunu, Türk dilini bu məktəbdə öyrəndiyini deyir və Bostancıoğlunu da oxuduğu məktəbə dəvət edir. Səhərisi günü Türk məktəbində görüşürlər. Bostancıoğlu məktəbi görüb çox duyğulanır. Türkiyəyə qayıdanda yaxın dostlarına bu hadisəni danışır; "Nazir olanda bu məktəblərin əleyhində idim. Çox böyük səhv eləmişəm," deyərək günahını yuyurdu.
Çingiz Aytmatov belə deyir: "Anadolu insanı Asiya çöllərində “Ağ Gəmi”də itən milyonlarla uşağı axtarır. Təmənnasız Anadolunun vəfakar insanı Asiyaya tələsirdi. Kimi ticarət üçün, kimi də məktəb açmaq üçün... Bu məktəblərə baxanda iki dünya müharibəsinə səhnə olan bu torpaqlara ümumbəşəri sülhün toxumlarının səpildiyini görürəm. Bu məktəblərin baş bəlası terrorun dərmanı olacağını düşünürəm. Bu məktəblərdə din, dil, irq ayrı-seçkiliyi yoxdur, insana sevgi var. Bu məktəblərdə iki şey vacibdir; təhsil və əxlaq. Millətlərarası sülh körpüsü quran bu müəssisələrin çoxalması ən böyük arzumdur".
Altıncı Türk dili olimpiadalarının finalında Bülent Arınç duyğulu bir nitq söylədi. (...) Arınç göz yaşlarını saxlaya bilmədi. Keçən ilin olimpiada mərasimində Türkiyəyə çox uzaq ölkə - Mongolistanda və orada vəzifəsinə davam etmək məcburiyyətində qalan bir səfirli bağlı xatirəsindən danışdığını xatırlatdı: "Haradan bilərdim ki, bir neçə ay sonra da Adəm Tatlı Mongolistanda vəfat edəcək və biz bir il sonra həyat yoldaşı və övladına əmanət verəcəyik" dedi. (...) Həyəcan dolu çıxışında Arınç Türkiyəyə gələn uşaqların çox xoşbəxt olduqlarını dilə gətirdi "Təqribə 30 ilə yaxın siyasətdəyəm və 5 ildən bəri Məclis Başçısıyam. Bütün siyasi fəaliyyətlə bağlı ömrümü 50-yə vursanız, bu uşaqlar üçün edilən xidmətin yanında sıfırdır," – dedi.
Aysal Aytaç bəyin bu gözəl kitabından bəzi məqamları sizinlə bölüşərək haqqında azca da olsa, məlumat verməyə çalışdım.
- tarixində yaradılmışdır.