Xoca Əfəndi
Türk dünyasının böyük oğlu, Azərbaycanın çətin günlərində burada litseylərin açılmasını təşviq edən Fəthullah Gülənə-Xoca Əfəndiyə.
Eşitmişik adını; görməmişik üzünü,
Əməlləri ilə o, tanıtmışdır özünü.
Görkəmli din xadimi-görkəmli din alimi,
Müdrikliyi ilə o, cəlb eləmiş aləmi.
Hər kim qulaq asarsa, bəlağətli vəzinə,
Elə hesab elə ki tapıb eşsiz xəzinə.
Bir natiqdir əvəzsiz, təsdiq edər bilənlər,
Dünyanın hər yerindən ziyarətə gələnlər.
Bir ilhamlı şairdir, misraları çox həzin,
Görün varmı beləsi, hər tərəfi siz gəzin.
Onun uca şöhrəti iqlim-iqlim yayılmış,
Çox qəflətdə yatanlar diksinərək ayılmış.
Onun dəvət səsinə səs vermişlər gur səslə,
Haqqın doğru yoluna yönəlmişlər həvəslə.
Gözlərimin ziyası getməsəydi əlimdən,
Yollanardım piyada görüşünə onun mən.
Sevincimi həvəslə yollarına səpərdim,
Əllərini sıxaraq dönə-dönə öpərdim.
Onu ürəkdən sevən bihesabdır cahanda,
Onlarla bir cərgədə durur Vahid Zaman da.
15.07.1997
- tarixində yaradılmışdır.