Xocaəfəndinin səssizliyi və o məktub
Cənab Baş Nazir Dolmabağçada keçirilən toplantıda “məktub”dan necə bəhs etdiyini bilmirəm. Lakin bəzi iştirakçılar cəmiyyəti natamam və yanlış məlumatlandırdığına görə, təəssüflə bildirirəm ki, hadisə KİV-də həddən artıq səhv əks etdirilmişdir. Möhtərəm Xocaəfəndinin iki həftəlik “səssizliyini” belə başqa səmtlərə çəkən bəzi insanların məktub hadisəsini də “sövdələşmə” kimi qələmə veməsi çox təəccüblü hadisə olmasa da, həqiqətdən uzaqdır.
Yaxşı bəs, məsələnin həqiqəti nədir? Niyə Xocaəfəndi susmağı seçdi? Məktubun məzmununda nə vardı? Hazırlıq kursları ilə başlayan mübahisələrin get-gedə böyüdüyün görən bəzi qayğıkeş insanlar məktub və ismarıclarla möhtərəm Xocaəfdini və ona məhəbbət bəsləyən insanları səssizliyə dəvət etdilər. Məsələnin böyüyüb alovlanmaması üçün təcili şəkildə tədbir görmək lazım gəldiyini və bunun üçün də ilk növbədə təmkinliyə səsləyən ismarıclar göndərməyin, hətta bir müddət səssiz qalmağın zəruri olduğunu söylədilər. Bu ərəfədə üz-üzə görüşmə istəyini çatdıranlar da oldu. Möhtərəm Xocaəfəndi “Zəhmət çəkməyiniz. Sülhün tərəfində olacağımızdan və əldən gəldiyi qədər hər kəsi sülhə səsləyəcəyimizdən əmin olunuz!” məzmunlu açıqlamalar verdi. Həqiqətən son söhbətdən sonra ara verdi və hər dəfə: “Lütfən, aktual məsələlərlə başınızı yormayın; imanda dərinləşin və hizmətinizə davam edin!” dedi.
Bu təmiz niyyətin sübutu kimi buraya, Xocaəfəndini ziyarət etməyə gələn bir dost vasitəsilə cənab Baş Nazirə iki imzalı kitab da göndərdi və xoş diləklərini çatdırdı. Həmin ərəfədə cənab Prezidentin də hadisələrin qarşısını almaq və xalqımızın əmin-amanlığını təmin etmək naminə müxtəlif kəsimdən insanlarla görüşlər keçirdiyini, bu minvalla möhtərəm Xocaəfəndinin yanına bir elçi göndərib buranın da düşüncələrini öyrənmək istədiyini bildirmişdilər.
21 dekabr tarixində Xocaəfəndi ilə görüşən və onun fikirlərini qeydə alan qonağımız bizdən bir məktub da xahiş etdi. Möhtərəm Xocaəfəndi hazırda KİV-də geniş əks-səda doğuran həmin məktubu yazıb verdi. Hələ qonağımız gəlmədən əvvəl: “Bu ziyarətdən Baş Nazirin də xəbəri olsa!..” deyə xahiş edən Xocaəfəndi rica etdi ki, Baş Nazir də məktubun məzmunundan xəbəri olsun. Guman ki, beləcə gizlin iş görmədiyini diqqətə çatdırmaq istəyirdi.
Möhtərəm Xocaəfəndinin son iki həfətdə söhbət etməməsinə insafla baxsalar və aşğıdaki məktubun məzmununu əlini vicdanına qoyub oxusalar, görəcəklər ki, ortada atılan nalayiq iddia və ittihamları qəbul etmə, bu məsələlərdən dolayı üzr istəmə, ələlxüsus da bir “sövdələşmə” hadisəsi yoxdur. Bu, hadisələrin böyüməməsi, böyüyüb alovlanmaması, tezliklə yanğının söndürülməsi üçün görülən tədbirlərə eyni qayğı və məsuliyyətlə yanaşmadır. Bundan kənar ortaya atılan iddialar həqiqəti əks etdirmir və hamısı yalan, hətta böhtandır.
Jurnalistlər və yazarla vəqfi bu məsələ barədə lazımi açıqlmanı versə də, sözlərini bilgisayara köçürən və hadisəyə başdan sonadək şahid olan bir insan olaraq məktubun məzmununu xülasə şəkildə sizə çatdırmağı özümə məsuliyyət bilirəm. Vasitəçilik edən qonağımızın və cənab Prezidentin də lazım gəlsə bu haqda açıqlama verəcəyini ümid edirəm.
Ölkəmizin əmin-amanlığını pozan hər bir hadisəyə üzüldüyünü dilə gətirərək sözə başlayan möhtərəm Xocaəfəndi məktubda aşağıdakı məsələlərə toxunmuşdur:
*Könüllülərin fəaliyyətləri və qurduqları müəssisələr - buna “Hizmət, “Hərəkat”, “Camaat” və ya “Camia” da deyirlər– müxtəlif anlayış, düşüncə və dünyagörüşünə mənsub insanların (məsciddə namaz üçün cərgəyə keçən insanlar kimi) məntiqi və ağalbatan bir məfkurənin ətrafında birləşməsi ilə ərsəyə gəlmişdir... buna qarşı çıxanları görüb çox üzülürük...
*Hazırlıq kursları haqqında söz-söhbətlərin getdiyi günlərdə dövlət adamlarına xalqın mənafeyinə olan müəssisələrin dayandırılmamasına və fəaliyyətlərini davam etdirməsinə dair istəklərimizi çatdırmışdıq...
*Hizmət könüllüləri müxtəlif vasitələrlə, həmçinin sosial şəbəkələrlə əldən gəldiyi qədər nəzakətli bir üslubla etirazlarını bildirmişdir. Buna səbəb olan isə ortaya atılan ittiham və iftiralardır. Etirazlar qanun çərçivəsində hüququn tələblərinə sadiq qalaraq bildirilsə də, məsələyə bir çox insanın müdaxilə etməsi ilə təəssüf ki, nəzakətli üslubdan uzaqlaşan, çirkin söz və qarşılıqlı böhtan atanlar da olmuşdur.
*Biz özümüzdə dövlətin qanuni fəaliyyətlərininə müdaxilə etmə, ona əmr etmə, yaxud da məmurları bir məqsədə yönəltmə səlahiyyətini görmürük...
*Söhbətlərdə hadisələrin böyümüməsi üçün dost, tanış və yaxınlara mötədil olmağa səsləyəcəyik, xüsusilə bəzi media qurumlarında qaralama mahiyyətində hazırlananan verilişlərə son verilməsini arzulayırıq. Bu barədə əlimizdən gələni əsirgəməyəcəyik. Prezidentimizin də bu istiqamətdə ciddi addımlar atacağına və səmimi tədbirlər görəcəyinə inanırıq...
*Qanunların müəyyənləşdirdiyi vəzifəni qanunlar çərçivəsində yerinə yetirən məmurların sırf müəyyən bir yerə mənsub olduqlarını irəli sürərək işlərinə müdaxilə etmək, hətta bu hadisələrlə heç bir əlaqəsi olmayan, buna baxmayaraq eyni mənsubiyyət bəhanəsi ilə təsviyə hadisələrini (daha doğrusu haqsızlığı) üzülərək izləyirik...
*Dövlət məmurlarının üstünə gedib işlərinə mane olanlara, məsum vətən övladlarını sırf bir yerə mənsub olduqlarını irəli sürərək təsviyə edənlərə səs çıxarmasaq da, xalq susmayacaqdır...
*Cəmiyyətin müxtəlif sahələrində sırf “filan yerə mənsub, filançı... fəsmənçi...” deyə haqsızlığa məruz qalan, göz yaşı tökən insanlara şahid olmuşam... Lakin bunu heç vaxt dilə gətirməmişəm və o insanlara da səbr etməyi və birliyə xələl gətirməməyi tövsiyə etmişəm...
*Bütün dünyaya yayıla, Allahın inayəti və dəyərli dostların himmət və himayəsi ilə sürətlə böyüyən Hizmət hərəkatının, təəssüf ki, açıq-aşkar qarşını almağa çalışırlar... Bu haqsız mane olma fəaliyyətlərinə əvvəllər rast gəlməsək də hərəkat böyüdükcə əngəllərlə daha çox üzləşirik...
*Ayrıseçkiliyin və bu kimi düşüncə və çirkin əməllərin qarşısı alınmasa, Əziz Mahmud Hüdai Həzrətlərini sevənlər, Süleyman Əfəndinin tələbələri, Elm Yayma cəmiyyəti, Mənzil mənsubları və digərlər eyni haqsızlığa məruz qalacalar...
*Bizim mövqeyimiz dəyişməzdir, yaxınlaşan seçkilərdə də mövqeyimizə sadiqiq...
*Sülh və əmin-amanlığın, birliyin, dostluq və qardaşlığın tərəfində olmağa və insanları da buna təşviq etməyə çalışmışıq, bu yaşdan sonra başqa bir arzu, düşüncə və amalımız yoxdur...
*Bundan sonra da dost, tanış və yaxınlarıma mötədil olmağı tövsiyə edərək əmin-amanlığın bərqərar olması naminə əlimdən gələni əsirgəməyəcəyik və həmişə sülhün tərəfində olacağıq...
Məktubun məzmunu xülasəli şəkildə bundan ibarətdi.... təəssüf ki, necə yalan və böhtanlar səsləndirilir!.. Eybi yoxdur!..
Biz yenə də həmişəki kimi vacib bildiyimiz açıqlamaları üslubuna uyğun şəkildə dilə gətirməyə çalışacaq, qalan hadisələri taleyin ədalətindən bilərək səbr edəcək və bütün hislərimizi sevgi ilə döyünən ürəyimizdə əridəcəyik... Xarakter, düşüncə və üslubumuzun xatirinə “Lə havlə...” çəkib “Bu da keçər” deməklə kifayətlənəcəyik...
- tarixində yaradılmışdır.