“Əgər şiəlik Əhli-beyti sevmək deməksə, qoy bütün dünya şahid olsun ki, mən də şiəyəm”
ABŞ-a son səfərim zamanı mən fürsəti əldən buraxmayaraq tanınmış türk dini və ictimali lider, 1999-cu ildən Pensilvaniyada yaşayan Fəthullah Gülənlə görüşdüm. Onu da deyim ki, Ərdoğan tərəfdən çoxsaylı təqiblərə məruz qalmalarına baxmayaraq Gülən tərəfdarlarının sayı kifayət qədər çox olaraq qalmaqda davam edir. Gülən hazırda dünyanın ən tanınmış liderlərindən biri hesab edilir. Türkiyədə və Türkiyə xaricində açdığı çoxsaylı məktəblər, universitetlər Gülənə dünyanın hər yerində böyük şöhrət gətirib. Ona görə də fürsətdən istifadə edərək məni maraqlandıran bir çox suallara cavab almaq üçün Fəthullah Gülən Xocaəfəndiyə müraciət etdim.
- Xocaəfəndi, bir çox problemlərin mövcud olmasına baxmayaraq beynəlxalq aləmdə müsəlman dövlətlərinin təsiri artmaqda davam edir. İslam aləminin dünyada təsirli güc mərkəzinə çevrilməsi üçün nə etmək lazımdır? Nə üçün İslam aləmi sünni və şiə məzhəbinə bölünüblər və bir-birlərinə qarşı mübarizə aparırlar? Eyni zamanda sünnilər öz aralarında da bir-birləri ilə haqq-hesab çəkirlər. Rusiyada isə sələfi missionerləri hənəfiliyə qarşı çıxır, onlarla açıq şəkildə düşmənçilik edirlər. Sizcə İslam aləmindəki bu ziddiyyətləri necə aradan qaldırmaq olar?
- Bu fikir ayrılıqları yeni hadisə deyil. Bu fikir ayrılıqların tarixi ta Rəşid Xəlifələr (Həzrət Əbu Bəkir, Həzrət Ömər, Həzrət Osman və Həzrət Əli radiyallahu anhum əcmain) dövrünə qədər gedib çıxır. Hətta Həzrət Ömərin (radiyallahu anh) dövründə ortaya çıxdığını demək mümkündür. İraqi-əcəm (hazırda İran ərazisinə düşür) fəth edilməsilə farslar Həzrət Ömərə düşmənçilik bəsləməyə başlamışlar.
Sələfilərə gəlincə, onlar bir neçə cərəyanlara bölünüblər. Bu cərəyanlardan birini İŞİD təşkil edir. İŞİD-çilər "Əl Qaidə" sıralarından çıxan ən sərt sələfilərdir. Müəyən qədər Talibanı, "Boko haram"ı və "Əl-Murabitun"u da bu kateqoriyaya aid etmək olar. Sonunçular haqqında çoz az adam bilir, ancaq onların mövcudluğu şübhə doğurmur. Onların hamısı müqəddəs Qurana və onun ən etibarlı mənbəyi olan Sünnəyə istinad edirlər. Belə demək mümkünsə adı çəkilən cərəyanların hamısı "Kimi Allahsız hesab edirsinizsə, onu da öldürün" kəlamını öz fəaliyyətlərində önə çıxarırlar. Anca bu kəlam hansı şəraitdə və hansı məqamda deyilib və onun arxasında nələr gizlənir?... Bu kəlamın arxasında özünümüdafiə niyyətləri vardırmı?
Əgər sənin həyatını heç bir təhlükə gözləmirsə, onda müharibəyə başlamaqla, insanları öldürməklə Quranda deyilənlərin ümumi mahiyyətini inkar etmiş olacaqsan. Qurandan bəzi frazaları ümumi konteksdən ayrı götürməklə onlar müqəddəs kitab haqqınd yanlış təsəvvür formalaşdırır, onu qəlpələrə parçalayırlar. Qəlpələr isə Quran haqqında yanlış təsəvvürlərin yayılmasına, müqəddəs kitabın mahiyyətinin təhrif edilməsinə gətirib çıxarır. Sələfilər müqəddəs Qurani-Kərimdən bəzi frazaları götürərək onların əsasında fəaliyyət göstərirlər. Məsələn, “…vaqtuluhum həysu vəcədtumuhum…” (“Nisa” surəsi, 4/89) “…onları harada görsəniz, tutub öldürün”
Ancaq hansı şəraitdə? Siyaq-sibaq (bir sözün ondan əvvəl və sonra gələn sözlərlə uyğunluğu, tutarlılığı) düstürü nəzə alınıbmı? Bunlar nəzərə alınmadan, üzr istəyirəm, səthi baxan insanların görüşləri ilə məsələ bu həddə çatmışdır.
Şiəliyin problemi isə, ümumiyyətlə bu cərəyanın mahiyyətində "Ömərə düşmən olmayan Əlini səmimi qəlbdən sevə bilməz" təsəvvürünün dayanması ilə bağlıdır. Amerikada fəaliyyət göstərən və şiələrin nəzarəti altında olan kanallarda açıq şəkildə belə deyilir: "Öməri necə düşmən hesab etməmək olar? Axı o Fars dövlətini məhv edib". Məsələnin kökündə bir mənada bu düşüncə dayanaır. Amma biz fərqli mövqedə dayana bilmərik. Axı biz Həzrət Əlini də, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) Əhli-beytini də sevirik. Sünnilərin, xüsusilə hənəfilərin qənaəti... Əbu Hənifə İmam Zeydi Abbasilərdən müdafiə etmişdir. İmam Şafi isə belə deyib: "Əgər Əhli-beyti sevmək şiə olmaq deməksə, bütün dünya şahid olsun ki, məndə şiəyəm".
Mən bütün varlığımla, səmimi qəlbdən İmam Şafinin bu sözlərinə şərik çıxıram. Əgər şiə olmaq Həzrət Əlini, Həzrət Fatiməni, Həzrət Həsən və Həzrət Hüseyni, Həzrət Zeynalabidini, Həzrət Cəfəri, Həzrət Məhəmməd Hənəfini sevmək deməksə, qoy bütün dünya şahid olsun ki, mən də şiəyəm. Amma məsələnin, şiələyin mahiyyətində bu deyil, Fars imperiyasını məhv edən Ömərə nifrət və düşmənçilik dayanır. Axı Fars imperiyasının əsas dini atəşpərəstlik idi...
Sələfilər isə Mədinədə Peyğəmbərimizin məscidi ilə yanaşı olan qədim qəbristanlığı yerlə-yeksan etdilər. Onlar hətta Peyğəmbərimizin ən yaxın tərəfdaşlarının qəbirlərini belə yer üzündən sildilər. Sələfilər hətta Peyğəmbərimizin Uhud döyüşündə dişinin vurularaq çıxarıldığı yerdə Osmanlı tərəfindən qoyluan xatirə plitəsini belə məhv etdilər. Mən o vaxt Peyğəmbərimizin anadan olduğu evə gətmişdim. Ev onda muzey idi. İslam Əməkdaşlığı Təşkilatının baş katibi (hazırda keçmiş) olan Əkmələddin İhsanoğlu vardı. Onun sözlərinə görə, hazırda həmin evi yuyunma yerinə çeviriblər. Və yaxud məsələn, bizdə Peyğəmbərimizin saçı müqəddəs hesab edilir. Mən bu tükün biri üçün həyatımı verməyə hazıram. Ancaq bu saçı bütə çevirməyi, ona sitayişi, xrustal qaba qoyaraq hər istəyəni onu öpməyə məcbur etməyi anlaya bilmirəm...
Bizdə də qəbirləri ziyarət etmə, bez bağlama, niyyət tutma, şam yandırma kimi adətlər çıxıb. Ancaq bunu əldə əsas tutaraq ona xoşagəlməz don geydirmək və bu əsasda Peyğəmbərin anadan olduğu evi dağıtmaq olmaz. Müəyyən buna oxşar problemlər şiəlikdə də mövcuddur. Mən sultan Yavuz Səlimi mühakimə etmək fikrində deyiləm. Amma o həmişə üsyanlarla mübarizə aparmışdır... Şahqulu qiyamı olub... Çaldırana gəlmişlər. Doğrudanmı bu problemi başqa yollarla həll etmək, ora dinimizdən başı çıxanları göndərmək, orada mədrəsələr açmaq və bu yolla onları öz tərəfimizə çəkmək mümkün olmazdımı? Öz işini sevmək başqasına nifrət etmək deyil və gərək digər məzhəblərə, dinlərə, millətlərə də hörmətlə yanaşasan, onları da düzgün anlayasan.
Buna paralel olaraq mən hər bir müsəlman kimi bütün dinlərə, o cümlədən xristian dininə hörmətlə yanaşıram. Bu ənənə bizim müqəddəs Quranımızdanirəli gəlir. Quranı-Kərimdə İsa peyğəmbərin adı beş yerdə çəkilən surə var. Ancaq müqəddəs kitabımızda İslamı ilk qəbul edən və Peyğəmbərimizin həyat yoldaşı olan Xədicənin, Ayşənin, qızı Fatimənin adı çəkilmir. Əvəzində İsa peyğəmbərin anası Məryəmin adı azından 10 dəfə çəkilir. Qurani-Kərim bütün peyğəmbərlərə hörmətlə yanaşır, onları Allahın elçisi olaraq qəbul edir. Bu əsasda da qarşılıqlı hörmət, anlaşma yolları tapmaq, bir-birinə dostluq əlləri uzatmaq, qardaş kimi qucaqlaşmaq mümkündür. Günümüzdəki münaqişələrin kökü qədimlərə gedib çıxır, onlar, məsələn xaç yürüşləri özlərindən sonra ağır izlər qoyublar. Amma günümüzdə bu problemlərə yeni müstəvidən baxmaq, keçmişdə baş verənləri keçmişdə saxlamaq, qarşılıqlı anlaşmaya gəlmək lazımdır və eyni zamanda bu mümkündür. Bu məqsədlə cəmiyyətdə hörməti olan böyük alimləri bir araya gətirərək onların vasitəsi ilə ortaq məxrəcə gəlmək mümkündür. Əlbəttə həmişə buna qarşı çıxan azlıq mövcud olacaq. Buna baxmayaraq biz öz gücümüzlə müəyyən işlər görə, buna qarşı çıxanların müqavimətini azalda bilmərikmi? Mənim fikrimcə, belə bir yol mümkündür və biz bundan istifadə etməliyik. Ən azından qarşılıqlı şəkildə düşmənçiliyi körükləyən təbliğat maşınını neytrallaşdıra, onu müsbət tərəfə yönəldə və bu yolla qarşılıqlı anlaşmaya nail ola bilərik.
- Siz Türkiyədəki demokratiyadan və onun inkişaf yollarından yazırsınız. Amma buna paralel olaraq hazırda İslam aləmində demokratiya ilə dinin uyğunlaşdırılması yolları barədə debatlar gedir. İslamla demokratiya arasında hər hansı problem mövcuddurmu? Bir çox müsəlmanlar sekularizmi İslamın düşməni hesab edirlər. Amma əksər müsəlmanlar heç bir problem olmadan dünyəvi cəmiyyətlərdə yaşayırlar. Sizcə dünyəvi dövlətlərdə müsəlmanlar özlərini təhlükəsiz hesab edə bilərlərmi? İslamın modernləşdirilməsinə ehtiyac varmı? Siz bəzi tədqiqatlarınızda və müsahibələrinizdə İslamdakı bəzi məsələlərə yenidən baxılmasının mümkün ola biləcəyini söyləmisiniz. Allah ərəblərlə onların dilində danışıb və o vaxtın qanunları ilə qulu azad etmək savab iş hesab edilib. Amma bu gün İŞİD qadınlarla qullar kimi rəftar edir. Sizcə orta əsrlərə xas olan bu hallar günümüzlə necə uyğun gəlir?
- Mən əvvələr də öz nöqteyi-nəzərimdən çıxış edərək dünyanın müxtəlif ölkələrində demokratiya barədə fərqli fikirlərin olduğunu söyləmişəm. Əgər demokratiya haqqın, ədalətin müdafiəsi deməkdirsə, onda bu hamı üçün qəbul ediləndir. Bu baxımdan İslamla demokratiya arasında heç bir antaqoniya yoxdur. Əgər siz İslamın ilk dövrlərində xəlifələrin ölkəni necə haq-ədalətlə idarə etdiyini, seçkilərin yalnız ədalətlə keçirildiyini araşdırsanız, onda müasir demokratiyanın o dövrdən çox şeylər götürə biləcəyinin şahidi olacaqsınız. Demokratiyanın adının Qərbdən gəldiyi üçün ona qarşı çıxmaq düz olmazdı. Belə yanaşma zənnimcə İslama səhv yanaşmadan, onu yanlış anlamaqdan irəli gəlir. Dünyəvi dövlət ədalətlə idarə olunmalı, insan haqqları ən yüksək səviyyədə qorunmalı, Allaha, insana hörmət önə çəkilməlidir. İnsan Allah tərəfindən ancaq hörmətə layiq olmaq üçün yaradılıb. Əgər belə olmasaydı, Allah mələklərə Adəmə səcdə etməyi əmr etməzdi. Yalnız şeytan Allahın bu əmrini yerinə yetirmədi. İnsan Allahın yaratdığı ən gözəl varlıqdır. İnsan Allah eşqi ilə yaşayanda özünün nə üçün bu dünyaya göndərildiyini dərindən biləndə və Allahın qanun-qaydalarına uyğun şəkildə yaşayanda mələklərdən də yüksək zirvəyə ucala bilər. Sekularizmə gəlincə, o dünyanın müxtəlif bölgələrində fərqli şəkillərdə özünü nümayiş etdirir. Məsələn, Fransada latisizm (dünyəvilik, dinsizlik) şəklində ortaya çıxır və dinə təzyiq vasitəsi rolunu sərt şəkildə oynayır. Amma mənə elə gəlir ki, latisizm dinlə yanaşı mövcud ola bilər. Belə ki, hər kəs cəmiyyətə zərər verməmək şərti ilə öz inancı sərhədləri daxilində azaddır. Cəmiyyət hər insanın seçiminə hörmət etməli, onunla sülh şəratində yaşamağı bacarmalıdır. Sekularizim və lasitizmə yeni müstəvidən yanaşmaq, onlarda islahatlar həyata keçirmək mümkündür və biz buna hazırıq. Belə ki, qarşılıqlı hörmət və anlaşma şəklində yaşamaq mümkündür. Biz mətbuat azadlığına da hörmət edirik. Ancaq bir şərtlə ki, mətbuat insanları təhqir etməsin, mənəvi dəyərlərə hörmət etsinlər, düzgün tənqid etməyi və bundan cəmiyyətin inkişafı üçün istifadə etməyi bacarsınlar. Günümüzdə insanları əsir alaraq onları qula çevirmək və sonra da onları azad etmək Allah qatında ən böyük günahdır. Müharibə vaxtı şəhid olmaq dinimizdə müqəddəs hesab edilir. Əgər insan haqq, ədalət, Allah yolunda aparılan dini, müqəddəs müharibədə şəhid olursa, onda o şəhid hesab edilir. Ancaq hansısa uydurma səbəbə görə o, özünü canlı bombaya çevirib partladırsa, onda şəhid hesab edilmir, əslində Allah qarşsında ən böyük günah işləmiş olur. Belələri, yəni dinlə əlaqəsi olmayan canlı bombalar tam əminliklə deyirəm ki, birbaşa cəhənnəmə gedir.
- Mən sizin terrora qarşı çıxmanızı yüksək qimətləndirirəm. Siz deyirsiniz ki, İslam günahsız insanların öldürülməsinə, terrora qarşıdır. Belə olduğu halda nə üçün terroru dəstəkləyən insanlar mövcuddur? Terrrola mübarizə üçün hansı strategiyanı önə çıxarmaq lazımdır? Bu baxımdan Siz hazırda Türkiyə ilə Rusiya arasında təyyarənin vurulmasına görə əmələ gələn gərginliyi necə dəyərləndirərdiniz?
- Sualınıza cavab verməzdən öncə onu deyim k, terrorizm başqa millətlər arasında da var, xristiyan aləmində də va, yəhudi dünyasında da var. Müxtəlif vaxtlarda İŞİD, Əl-Qaidə kimi terrorçu qruplar meydana çıxır. Elə dövlətlər də var ki, onlar öz niyyətlərinə çatmaq üçün terroru əsas vasitələrinə çeviriblər. Təbii ki, İslam aləmində də terroru dövlət səviyyəsinə qaldıran dövlətlər mövcuddur. Mən bu baxımdan utana-tana da olsa, öz ölkəmi xatırlatmaq istəyirəm. Əlbəttə, bu mənim öz şəxsi fikirlərimdir. Əgər hökumət öz vətəndaşlarına təzyiqlər edirsə, onların azadlıqlarını tabdalayırsa, əgər öz şəxsi maraqları naminə demokratik dəyərləri ayaqlar altına atırsa, qanunları özlərinin istəklərinə uyğun dəyişirsə, onda bunu terrorun nümayiş etdirilməsi kimi qəbul edirəm. İslam aləmində terrorun ortaya çıxması ilk növbədə bəzi müsəlmanların öz dinlərini bilməməsi və ya səhv anlaması ilə əlaqədardır. Əgər müsəlmanlar müqəddəs kitabımızda deyilənlərə uyğun şəkildə yaşasaydılar, onda onlar hamını heyran edən demokratik idarə etmə, yüksək inkişaf modeli yarada bilərdilər. İslamın müxtəlif dövrlərində günümüzdəki demokratik dəyərlərin, sivil inkişafın belə həsəd apara biləcəyi bir idarəetmə modeli olub. Amma bu gün biz İslam dünyasında hamını heyran edən sivil inkişaf modelini görmürük. Ona görə də bundan çıxış üçün müxtəlif yollar axtarılır. Ola bilsin ki, insanların arasına yeridilən hansısa xüsusi xidmət orqanlarının əməkdaşları kütlədən öz məqsədləri üçün istifadə edirlər. Yəni onlar müxtəlif yollarla dinimizdən az xəbərdar olan və ya dinimizi onlara yanlış şəkildə anladan xarici emissarların vasitəsi ilə terror fəaliyyətinə cəlb edilirlər. İŞİD, Boko Haram, Əl-Qaidə, Taliban da ola bilsin ki, müxtəlif pozucu güclər tərəfindən öz məqsədləri naminə istifadə edilir. Məsələn, götürək elə Talibanı... Onlar tərəfindən insanlardan canlı bombalar kimi istifadə edilməsi, görünməmiş vəhşiliklərə əl atılması dinimizdə qəbul edilməz bi vəhşətdir. Buna da səbəb insanların Quranın qanun-qaydaları əsasında yaşamamasıdır. Ən çox da gənclər belə səhvlərin qurbanlarına çevrilirlər. Onlar belə hesab edirlər ki, bu yolla İslamı qoruyurlar. Əslində onların hərəkətləri İslama beynəlxalq aləmdə böyük zərbələr vurur. Terrorla mübarizədə uğur qazanmağın yolu insanların hərtərəfli şəkildə maarifləndirilməsindən, onlara dinin mahiyyətini olduğu kimi anlatmaqdan asılıdır. Bu məqsədlə terrora qarşı birgə hərəkət etmək, onu doğuran səbəbləri aradan qaldırmaq lazımdır. Əgər Amerika və Rusiya terrora qarşı mübarizədə birgə hərəkət etsələr, onda İŞİD və Əl-Qaidə ilə mübarizədə uğur əldə etmək mümkün olacaq. Onu da deyim ki, Rusiyada kommunizm ağalıq etdiyi dövrlərdə iki ölkə arasında qarşılıqlı antipatiya, düşmənçilik mövcud idi. Ancaq hazırda Türkiyə və Rusiyada hakimiyyətə seçkilər, demokratik mexanizmlərdən istifadə etmək yolu ilə gəliblər. Ona görə də Türkiyə və Rusiya qonşu dövlətlər kimi biri-birlərinə hörmət etməlidirlər. Türkiyə NATO-nun üzvü olsa da, ABŞ-la əlaqələrə xələl gətirməmək şərti ilə Rusiya ilə münaqişəyə girməməlidir. Əlbəttə, son hadisələr, o cümlədən təyyarəni vurmaq düz deyildi. Bu işdə kimin günahkar olub-olmamasından asılı olmayaraq problemi ağılla, məsələyə daha məntqi baxımdan yanaşmaqla qarşılıqlı hörmət şəklində həll etmək lazımdır. Rusiya böyük ölkədir. Mənə elə gəlir ki, Türkiyə Rusiya ilə dostluq, mehriban qonşuluq çərçivəsində yaşamalıdır. Türkiyənin gələcəyi də məhz bu amildən asılıdır. Rusiya ilə münaqişəyə girmək çox ağır olar və Türkiyəni zəiflədə bilər. Rusiyaya alternativ variantlar da təklif edilə və onlar buna istinad edə bilərlər. Onda Türkiyə həlli mümkün olmayan problemlər burulğanına düşə bilər. Hazırda hər şey Türkiyəni idarə edən adamların iradəsindən asılıdır... Mən dua edirəm ki, uca Allah onlara uzaq görənlik, müdriklik nəsib etsin. Öz növbəsində Putin və rus xalqı, rus elitası bunu yüksək qiymətləndirsin və və hər şey əvvəlki vəziyyətinə qayıtsın.
Vitali Naumkin, Rusiya Elmlər akademiyasının Şərqşünaslıq İnstitunun elmi rəhbəri, professor, akademiyanın müxbir üzvü. "Moskovski Komsomolets" qəzetinin 10 mart 2016-cı sayından tərcümə edəni Əziz Mustafa.
- tarixində yaradılmışdır.