“1 şeir 1 yetim” deyib yola düşdülər 11 yetimxana açdılar
“Yetimə uzanan yardım əlinin Allah qatında dəyəri və mükafatı böyükdür” deyərək yollara düşən Kimsə yoxmu dərnəyi və Yağmur jurnalının birgə fəaliyyəti ilə ərsəyə gələn “Göylərin titrəyişi” adlı şeir albomu bəhrəsini verməyə başlayıb.
Minlərlə yetimin üzünü güldürən layihə sayəsində Somalidən Sudana, Burundidən Banqladeşə qədər 7 ölkədə 11 yetimxana açılıb. Şeir albomununun satışından əldə edilən gəlirlə başda Afrika ölkələri olmaqla bir çox ölkədə yetimxanlar da təmir edilib.
Bədirhan Gökçə, İkbal Gurpınar, Asım Yıldırım, Əmrah Yardımçı, Saniyə Öztürk, Dursun Ali Ərzincanlı, İnanc Ömər Bənlioğlu, Ahmet Bozquş kimi tanınmış simalar ölkədə və xaricdə albomun təqdimat mərasimlərində iştirak etmiş şeirlər səsləndirmişlər.
Fəthullah Gülən Xocaəfəndiyə aid bir şeirin də səsləndirildiyi albomda Yavuz Bülənt Bakilər, Bülənt Gündoğan, Yaşar Beçene, Hasan Çağlayan, İbrahim Sadri, Mustafa Uçurum və sair şairlərin şerləri oxunmuşdur. Albomda yer alan şeirləri tanınmış sənətkarlar səsləndirmişdir. Bədirhan Gökçə, Sərdar Tuncər, Talha Bora Ögə, Reha Yeprəm, Gökmən, Umut Murare, İbrahim Sadri və Məsud Baran səsləri ilə şeirlərə ayrı bir gözəllik qatmışdır.
- tarixində yaradılmışdır.