İnsanlığın yenidən bərpası yolunda ən əhəmiyyətli Fəaliyyət

ABŞ Rays Universiteti Dini Tolerantlıq üzrə Araşdırma və Təkmilləşdirmə Mərkəzinin Müdiri prof. B. Cill Karroll Fəthullah Güləndən ilham alanların meydana gətirdiyi Fəaliyyətin insanlığın yenidən bərpası üçün ən güclü və təsirli fəaliyyət olduğunu söylədi.

"NT mağazalar şəbəkəsi"nin qonağı kimi "Mədəniyyətlər Dialoqu: Gülənin İslami İdealları və Humanist Məfhum" mövzusunda keçirilən konfransda iştirak etmək üçün Türkiyəyə gələn Karroll Mersin Yıldırımhan Təhsil Qurumlarının təşkil etdiyi proqrama qatıldı.

Fəthullah Güləndən ilham alanların meydana gətirdiyi Fəaliyyətin insanlığın yenidən bərpası üçün ən güclü və təsirli fəaliyyət olduğunu vurğulayan prof. Karroll: "Bu söz öz adıma çox cəsarətli addımdır, tənqid oluna bilər" dedi. Bu qənaətə, "Fəaliyyətə könül verənlərin dərin təqva anlayışı"na görə gəldiyini vurğulayan Karroll "Bunun səbəbi onların bütün dünyaya yayılıb bütün bəşəriyyətə töhfə verməsidir. Bəşəriyyəti müsbət dəyərlərlə zənginləşdirməsidir. Hörmətli Gülənin və ondan ilham alan insanların hər gün şəxsi həyatda təmsil etdiyi dəyərlərdir" bildirdi.

"Dəyişmədən (assimilyasiyaya uğramadan) başqalarla birlikdə yaşamaq" məsələsinin çox əhəmiyyətli olduğunu izah edən Karroll çıxışına belə davam etdi: "Xristian, Müsəlman, Türk, Amerikalı - hər nə olursaq olaq, öz dəyərlərimizə sadiq qalaraq birlikdə necə yaşaya bilərik? Yalnız öz dəyərlərinə qiymət verən insanlarla birlikdə yaşayıb dünyadan təcrid olmaq deyil, tamam fərqli düşünən insanlarla birlikdə necə yaşayacağıq? Bu suallara cavab verən yeni insanlıq budur. Möhtərəm Gülənin baxışındakı yeni insan modeli də məhz budur. Bu model insan hər şeyindən imtina edib başqalarının yaşaması üçün çalışır".

Həm şəxsiyyət, həm də bir alim kimi Fəthullah Gülənlə tanış olduqdan sonra ondan çox təsirləndiyini ifadə edən prof. Karroll Gülənin düşüncələri haqqında araşdırmalar apardığını və bu fikirlərin filosofların fikirləri ilə üst-üstə düşdüyünü dilə gətirdi. Dünya miqyaslı Fəaliyyətdən alimlərin xəbərsiz olmasına heyrət etdiyini bildirən Karroll: "Mən daxil, əksəriyyətimiz bir çox şeydən məhrum qalmışıq. Düzü, hamımız müəyyən məqamda təvazökar olmağa məcburuq. Çünki bilmədiyimiz çox şey var," - dedi.

Karroll "adanmış ruh" anlayışının ona olduqca təsir etdiyini vurğulayaraq sözlərinə belə davam etdi: "Məhz bu adanmışlıqla tanış olunca, düzü, özümdən utandım. Gördüm ki, insanların, o adanmışlığın, o həyat tərzi qarşısında öz həyatım nə qədər aşağı səviyyədədir. Ondan sonra da özümü məcbur edib sizlərlə bir növ rəqabət apararaq "xeyrdə yarışın" mənasında gözəl işlər görməyə çalışdım".

Fəthullah Gülənin küncdə-bucaqda qalmış marjinal bir qrupun nümayəndəsi deyil, əksinə ən çox mənsubu olan Sünni və Hənəfi məzhəbindən olduğunu dilə gətirən Karroll, onun fikirlərindən təsirlənən, ilham alan insanların 120-dən çox ölkədə aktiv fəaliyyət göstərdiyini xatırlatdı. C. Karroll Gülənin inanc və fəaliyyətinin İslamiyyətdən qaynaqlandığını, baxışları etibarilə düyanın qlobal kəndə çevrilməsi həqiqətinə əsaslandığını bildirərək qlobal kəndə çevrilən dünyada ümumbəşəri insani dəyərlərin əsas olacağını vurğuladı.

Proqramda Latın İtalyan Katolik Kilsəsinin başçısı Roberto Ferrari də çıxış etdi. Türkcə çıxış edən Ferrari: "Tədbiri çox bəyəndim. Birlikdə yaşamaq üçün ortaq məxrəcə gəlmək şərtdir," - dedi.

Prof. B. Cill Karroll kimdir?

Prof. B. Cill Karroll ABŞ Rays Universiteti Dini Tolerantlıq üzrə Araşdırma və Təkmilləşdirmə Mərkəzinin sədri, eyni zamanda Universitetin Dini Araşdırmalar Kafedrasının müəllimidir. 2007-ci ildə çapdan çıxan və amazon.com-un İslam kateqoriyasında ən çox satılan kitab olan "Mədəniyyətlər Dialoqu: Gülənin İslami İdealları və Humanist Məfhum"un müəllifidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.