"Gizli ajandanı aşkar etsəm, hər kəsə elan edəcəyəm"
Keçən ay Belçikanın ən nüfuzlu universitetlərindən biri sayılan Katolik Lyuven (Leuven) Universitetində fəaliyyətə başlayan Fəthullah Gülən Kürsüsünün (kafedrasının) müdiri Sosiologiya və Mədəniyyət üzrə Antropoloq prof. İohan (Johan) Leman ona ünvanlanan tənqidlərə: "Belçikada heç kim məni nə etdiyimi bilməməkdə günahlandıra bilməz. İslamı və immiqrantları ən yaxşı tanıyanlardan biriyəm" deyə cavab verdi. Prof. Leman həmçinin Gülən Fəaliyyətinin təhsilə verdiyi əhəmiyyətə görə, "Onlar mənim üçün seçilmiş partnyorlardır" dedi.
Dünyada 4-cü Gülən Kürsüsünün Müdiri olan prof. Leman Cihan Xəbər Agentliyinə verdiyi müsahibədə Kürsünün qurulma xəbərinə həm belçikalılardan, həm də türklərdən tənqid gəldiyini bildirərək "Haqsız tənqidlərdir. Gülən Fəaliyyəti haqqında "gizli ajanda" və s. kimi iddialar vardı. Onlara cavabım bu oldu: "Həyata keçirilən dinlərarası dialoq fəaliyyətlərin vacib əhəmiyyət daşıdığına inanıram. Gələcəyimiz bunun üstündə bina ediləcək. O cümlədən İslami əsaslı bu dünyagörüşündə maarif, insan yetişdirmə və elmi araşdırmaya üstünlük verilirsə, onlar mənim üçün "seçilmiş partnyorlar"dır. Üstəlik mən indiyə qədər "gizli ajanda"nın varlığını hiss etmədim. Bir neçə ildir Gülən Fəaliyyətinin insanları ilə birlikdəyəm. Amma indiyə qədər belə bir "gizli ajanda" görmədim. Gələcək beş il içində bu haqda bir şey aşkar etsəm, hər kəsə bunu elan edəcəyəm sözünü verdim" dedi.
"Güləni təsdiq etməkdən başqa bir şey edə bilmirəm"
Təcrübəli alim sözügedən söz-söhbətlərin haradan qaynaqlanması haqda isə belə dedi: "Baxın, cəmiyyətin gözü önündə 30 il fəallığı ilə seçilən bir insanın 25 il əvvəlki sözləri ilə indiki sözləri arasında fərq ola bilər. Bu çox təbii qarşılanmalıdır. Mənim 20 il əvvəlki sözlərimə baxsanız, bugünkündən fərqli olduğunu görə bilərsiniz. Bu mənim "gizli ajanada"mın olduğunumu göstərir? Xeyr! Gülən Fəaliyyətinin son 5-10 ilinə, Fəthullah Gülənin yazılarına, Fəaliyyətdə olanlara baxanda –ki baxdım- görülən işləri təsdiq etməkdən başqa bir şey edə bilmirəm".
1425-ci ildə fəaliyyətə başlayan və Erasmus kimi dünya şöhrətli filosofların işlədiyi Lyuven Universiteti Avropanın ən nüfuzlu ali təhsil ocaqlarından biridir. Katolik Lyuven Universiteti nəzdində 5 illik elmi araşdırmalar aparma hüququnu qazanan Gülən Kürsüsünə rəhbərlik vəzifəsi haqqında isə prof. Leman, "Təklif Gülən Fəaliyyətindən gəldi. Mənim təklifim deyildi. Çox təəccübləndim, çünki təqaüdə çıxıb İtaliyaya köməyə hazırlaşırdım" – dedi.
Prof. İohan Leman Kürsüyə müdirliyi qəbul etməsini belə izah etdi: "Niyə qəbul elədim? Çünki bunun ən yaxşı strategiya olduğunu düşünürəm. Fleman bölgəsində və Belçikada məni "nə etdiyimi bilməməklə" günahlandıra bilməzlər. İslamı tanımadığımı, ya da immiqrasiya faktından bixəbər olduğumu heç kim iddia edə bilməz. Həmçinin elmi araşdırmanın da necə aparıldığını çox yaxşı bilirəm. Bu halda İslami təbəqədən mənə bu haqda bir təklif gəlirsə, mən niyə etiraz etməliyəm".
- tarixində yaradılmışdır.