Qazaxıstanlı yazıçı və alimlər Xocaəfəndidən danışdı

Qazaxıstanlı yazıçı və alimlər "Qazaxıstan Yazıçılar Birliyi"nin quruluşunun 75 illik yubileyində müştərək fəaliyyətə imza atdı. Bu il 75-ci ilini qeyd edən "Qazaxıstan Yazıçılar Birliyi"nə üzv olan 45 yazıçı və alim Türkiyə başda olmaqla dünyanın bir çox yerində fəaliyyət göstərən Türk məktəblərini gəzdilər və Fəthullah Gülən Xocaəfəndi haqqında yazdıqları məqalələri "Fikir Memarı" adlı kitabda dərc etdilər.

Qazaxıstanın keçmiş paytaxtı və iqtisadi mərkəzi Alma-Atanın "Qazaxıstan Otel"ində keçirilən kitabın təqdimat mərasiminə çox sayda yazıçı və alim qatıldı. "Qazaxıstan Yazıçılar Birliyi" və "Dialoq Avrasiya Platforması (DAP)" tərəfindən təşkil edilən tədbirə "DA" Platformasının rəhbəri Harun Tokak, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Tacikistan Yazıçılar Birliyi sədr müavini Mehmon Bəxti və çox sayda qonaq iştirak etdi.

45 Qazaxıstanlı yazıçının Fəthullah Gülən haqqında yazdığı məqalələrdən ibarət "Fikir Memarı" adlı kitab tədbirdə təqdim edildi. Bu məqalələrdə Qazaxıstan yazarları Fəthullah Gülənin "20-ci əsrin ən böyük siması, yazıçı və fikir memarı" olduğunu yekdilliklə bildirir, Gülənin dünyaya yeni bir pəncərə açdığını vurğulayırlar.

130-dan çox ölkədə Gülənin dialoq fəaliyyətlərindən bəhs edən kitabda Qazaxıstan ziyalı və yazarları Gülənin fikirlərindən bir ölkə olaraq faydalanmaq istədiklərini bildirdilər.

Qazaxıstanlı yazıçı və alimlər Xocaəfəndidən danışdı

Kitab haqqında Cihan Xəbər Agentliyinə məlumat verən Qazaxıstan Yazıçılar Birliyi və DA Platformasının Rəhbəri Nurlan Orazalin dialoqla hər kəsin bir-biri ilə təmas qurmalı olduğunu ifadə edərək, "Daha firavan bir dünya üçün dialoq şərtdir" - dedi.

Fəthullah Gülənin dialoq fəaliyyətlərinin əhəmiyyətinə diqqət çəkən Orazalin həmçinin Gülənə Qazaxıstan yazıçı və alimləri adından salam göndərdi.

"DA" Platforması Rəhbəri Harun Tokak isə, Qazaxıstan yazar və alimlərinin keçirdiyi bu tədbirin dünyada ilk olduğunu ifadə edərək kitabda yazılanlardan çox təsirləndiyini dilə gətirdi.

Fəthullah Gülən Xocaəfəndinin böyük xidmətləri olduğunu vurğulayan Tokak Gülənin tarix boyu bir-biri ilə müharibə edən xalqlara birlikdə yaşamağı öyrətdiyini ifadə etdi. Gülənin bu fikir və fəaliyyətlərinin toplumlar arasında "Qızıl Körpülər" qurduğunu da əlavə edən Tokak Qazaxıstan yazar və alimlərə bu tədbirə görə təşəkkürünü bildirdi.

Dialoq Avrasiya Platformasının Qazaxıstan təmsilçisi Saleh Akça da kitabın böyük bir çalışmanın bəhrəsi olduğunu bildirərək bunun digər ölkələrə də nümunə olduğunu qeyd etdi.

Bu tədbirin ilk olduğunu vurğulayan Akça bütün bunların ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.